ATV kanalı qəsdən bayağılığı yayır?- ŞOK İTTİHAMLAR
Cəmiyyət 09 Dekabr 2025, 16:05
284
Bu gün uşaqları zərərli informasiyadan qorumaq, efirdə ədəbsiz, təhqiredici, vulqar məzmunun yayılmasının qarşısını almaq, ailə institutuna, milli və bəşəri dəyərlərə hörmət kimi tələblər qalsa da, hələ də özəl telekanllarımıza dur deyən yoxdur.
Artıq cəmiyyətdə müxtəlif səviyyələrdə SOS siqnalı verilib ki, televiziyalarımız cəmiyyətin mədəni-əxlaqi qatını məhv edir, dil, adət-ənənələr, estetik duyğu, normal ənənəvi davranış qaydalarını kobud surətdə pozur, milli dəyərlərə tüpürür. Məsələn, ATV telekanalı bu sahədə liderliyini qoruyub-saxlamaqdadır. Bu kanalda bayağı, ucuz şou-verilişlər xirtdəyə qədərdir. Estetik, əxlaqi və mədəni minimal tələbləri gözləməyən, sadəcə kommersiya marağına istiqamətlənmiş verilişlər efiri zəbt edib. Bu siyasətə isə ATV-nin prezidenti Azər Xəlilov rəhbərlik edir. Etirazı varsa, buyursun, teziz və arqumentlərini ortaya qoysun. Axı onun nə arqumenti olacaq ki?! Yalnız kommersiya marağı. Belə çıxır ki, kommersiya marağı bütün müqəddəs dəyərlərdən üstündür. Hansısa “sehirli əl”in himayə etdiyi Azər Xəlilov sanki özünə söz verib ki, insanların zövqünü alt-üst etməklə, onların dünyagörüşünü ibtidai icma təfəkkürü ilə formalaşdıracaq.
Əgər belə davam edərsə, sizcə, iyrənc zövqü olan tamaşaçı hansı qlobal uğurlarımızın mahiyyətini dərk edər?! Primitiv, ucuz yanaşması ilə cəmiyyətdə Zəfər əhval-ruhiyyəsini anlayar?! Bəli cənablar, bu gün problemlərimizin əsas səbəblərindən biri də məhz ümumi mədəni səviyyənin aşağı olmasıdır. Kütlə formalaşdıran cənab Xəlilov bu baxımdan kimin dəyirmanına su tökür? Əlbəttə, burada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də günahı böyükdür. Bu barədə növbəti yazılarımız olacaq. Bu gün isə Azər Xəlilovun fəaliyyətinə qiymət qoyulacaq. O fəaliyyətinə ki, vizual-auditiv olaraq çox güclü alət olan televiziyanı yalnız kommersiya marağı ilə idarə edir. Əlbəttə, o fərqindədir ki. mədəni-əxlaqi standartları tapdalayır. Cəmiyyət üçün belə təsirlərin real təhlükəsini gözardına vurur. Cənab Xəlilov o qədər də savadsız deyil. Bilir ki, qanunvericiliyə görə, televiziya yayımı da “media subyekti”nin fəaliyyəti sayılır. Media subyektləri (yəni kanallar) redaksiya və məzmun baxımından məsuliyyət daşıyırlar.
Xatırladaq ki, ATV-nin öz saytında “redaksiya siyasəti və peşə etikası qaydaları” bölməsi var. Orada “redaksiya siyasəti heç bir halda … milli-mənəvi dəyərlərə, ümumi əxlaqa və ailə institutunun qorunması prinsipinə zidd ola bilməz” – deyə yazılıb. Amma bu, yalnız sözlərdə belədir. Belə çıxır ki, reallıqda bu məsuliyyətin həyata keçirilməsi münasibətləri kifayət qədər mürəkkəbdir. Real vəziyyət həm də belədir: Xəlilov niyə məsuliyyətə cəlb edilməyib? Doğrudur, media qanunvericiliyində texniki olaraq, cəzalar (məsələn, efir yayımının dayandırılması, xəbərdarlıq, inzibati sanksiya) nəzərdə tutulsa da, bu sanksiyalar kifayət qədər məhduddur və “maddi-tövsiyə xarakterli” olaraq qalır. Amma bizə elə gəlir ki, Azər Xəlilovun cəzası lap ağır olmalıdır. Ən azından onu işdən kənarlaşdırmaq lazımdır. Onsuz da Azər Xəlilov heç peşə etikasına və ictimai-mədəni məsuliyyətə də cəlb edilməyib. Hər zaman kölgədə qalmağa çalışan Xəlilov çox təəssüflər olsun ki, hələ də kommersiya maraqları ilə “at oynadır”.
Kağız üzərində məsuliyyət daşıyan Xəlilova heç kim “gözünün ustündə qaşın var” da demir. Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyində Azərbaycan dilinin qorunması ilə bağlı verdiyi tezislər də onu deməyə əsas verir ki, özəl kanallar dilimizin də vayına oturub. Sevindirici haldır ki, bununla bağlı Audiovizual Şura sərt cərimələr tətbiq edəcək. Amma nə qədər ki, Azər Xəlilovlar var, özəl kanallarda inanmıram ki, bir irəliləyiş əldə olunsun.
Çünki Xəlilovun patronajlığı sayəsində ATV kimi kanallar bu yolu seçib. Məhz onlar belə hesab edir ki, televiziya kanalının əsas gəlir mənbəyi reklam, sponsorluq və reytinqdir. Reytinq almaq üçün ucuz, sensasion, sadə anlayışlı verilişlər (“reallıq şouları”, “şou-biznes”, “bayağı zarafatlar”, “konfliktli verilişlər” və s.) tez və asan auditoriya cəlb edir. Bu, biznes marağıdır.
Həmçinin oxuyun
Azər Xəlilov bu barədə “peşəkardır”. O yaxşı bilir ki, onların təyin etdiyi auditoriya estetika və yüksək mədəniyyət deyil, sadəcə asudə vaxt və əyləncə axtarır. ATV də böyük məmnuniyyətlə bu tələbatı ödəyir. Kanal rəhbərliyi milli-mənəvi dəyərlər anlayışını da çox vaxt subyektiv qəbul edir. Onlara görə konservativlərin, liberalların, gənclərin və yaşlı nəslin ATV-dən başqa gözləntiləri var. Bu mənada özəl telekanallar elə bir mövqe sərgiləyir ki, cəmiyyətdə “mənəviyyat – kommersiya” toqquşması baş verib. Bu toqquşmaların da baş qəhrəmanlarından biri Azər Xəlilovdur.
Məgər o, hər proqramın seçilməsinə, redaktə olunmasına, yayım saatlarına, veriliş kontentinə nəzarət etmir? Redaksiya siyasəti və etik prinsiplərə göz qoymur? Məhsul olaraq satdıqları verilişlərin zərərlilik miqyasını ölçə bilmir?
Guya Qərb dəyərlərinə sadiq olan Xəlilovun nəzərinə çatdırmaq istəyirik ki, bəyənmədiyimiz sovet dövründə belə televiziya mədəniyyətin, milli kimliyin, dəyərlərin qorunmasında vacib rol oynayıb. Əgər bu rol tələbata, reytinqə və kommersiyaya qurban verilirsə, vay onda bizim halımıza. Bu, həqiqətən də cəmiyyətin mənəvi deqredasiyasını ancaq və ancaq sürətləndirə bilər.
İnanırıq ki, Xəlilovun yerinə gələn istənilən milli düşüncəyə hakim olan rəhbər yalnız reytinq və kommersiya marağı ilə deyil, mənəviyyat, milli kimlik, estetik zövq, cəmiyyətin tərbiyəsi funksiyasını həyata keçirəcək. Gəlin ən azından ümid edək və bu yazıdakı tonumuzu bir qədər sərtləşdirək: Tez bir zamanda özəl telekanallar yalnız ucuz əyləncə verməsin, keyfiyyət, mədəniyyət, ədəb qaydası və dəyərlər irəli çəkilsin. Əks təqdirdə dövlətçilik əxlaqı mənəvi deqredasiya prosesində əriyib gedəcək, Azərbaycanın bir müstəqil ölkə kimi gələcəyini təhlükəyə atacaq. Cənablar, sözdən çox əmələ keçməyin vaxtıdır. Azər Xəlilovları dayandırmalıyıq!
KONKRET.az-ın ANALİTİK QRUPU
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakı metrosu "Qarabağ"ın oyununa görə 01:00-a qədər açıq olacaq
Bakı metrosu “Qarabağ” FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.Bu barədə CityPost.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.Qeyd edilib ki, dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.Metropoliten azarkeşlərin rahat və təhlükəsiz hərəkəti üçün gücləndirilmiş rejimdə işləyəcək.“Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri və işçi qüvvəsi artırılacaq.Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmağa hazır saxlanılacaq....
09 Dekabr 2025, 16:03
Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə birdəfəlik haqq ödəniləcək
Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə birdəfəlik haqq ödəniləcək.CityPost.az-ın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin 5 dekabr tarixli birgə iclasında müzakirəyə çıxarılmış “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün dövlət qulluğuna xitam verildikdə, digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ona öz seçimi ilə dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğinin 6 misli miqdarında birdəfəlik haqq veriləcək. Bu məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmayacaq.Vergi Məcəlləsi...
09 Dekabr 2025, 14:26
Stadionu alan şəxs Şeyxin Mühafizə xidmətinin rəisi olub
Masallıda yerləşən Anatoli Banişevski adına stadionun kim tərəfindən satın alınması müəyyənləşib.CityPost.az Teleqraf-a istinadla xəbər verir ki, stadionu satın alan şəxs yerli iş adamı Səxavəddin Sadıqovdur.Əslən Masallıdan olan S.Sadıqov uzun müddət xüsusi xidmət orqanlarında çalışıb. İstefada olan polkovnik Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Mühafizə xidmətinin rəisi olub.O, eyni zamanda Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.S.Sadıqov həm də 20 Yanvardakı “Ləvəngi” restoranının sahibidir.Qeyd edək ki, sözügedən stadion 2012-ci ildən Mübariz Mənsimovun rəhbəri olduğu “Palmali”yə məxsus idi. 2014-cü ildən stadionda təmir məqsədilə söküntü işləri başlasa da, sonradan yarımçıq qalmışdı....
09 Dekabr 2025, 14:01
Pensiyaçıların NƏZƏRİNƏ: Təqaüdünüzdən bu qədər pul tutulacaq
Son zamanlar banklara borcu olan pensiyaçılar arasında ciddi narahatlıq yaranıb. Belə ki, bəzi hallarda pensiyanın tam şəkildə borc ödənişinə yönəldilməsi vətəndaşın gündəlik xərclərini qarşılama imkanlarını məhdudlaşdırır. Bu isə həm sosial rifaha, həm də hüquqi tənzimləmələrin tətbiqinə dair suallar doğurur: borcu olan pensiyaçının yaşayış minimumu necə qorunmalıdır və qanun buna hansı imkanları tanıyır? Məsələ ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, mövcud qanunvericiliyə əsasən, vətəndaşın gəlirinin, o cümlədən pensiyasının yarısınadək borc öhdəliklərinə görə tutulması mümkündür. Ekspert qeyd edib ki, qanunda məcburi olaraq 50 faiz tutulmalı olduğu göstərilmir. Sadəcə olaraq maksimum hədd 50 faizdir və daha az tutulması da...
09 Dekabr 2025, 12:46
Bakıda iki gün leysan olacaq
Abşeron yarımadasında və Bakı şəhərində dekabrın 9-u axşamdan 11-i gündüzədək arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Dekabrın 10-da gün ərzində ayrı-ayrı yerlərdə yağışın aramsız və güclü olacağı ehtimalı var.Gözlənilən intensiv və güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.Azərbaycanın rayonlarında dekabrın 9-u axşamdan 11-i axşamadək fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsinin bəzi yerlərində isə yağıntının bir qədər də güclənəcəyi ehtimalı var.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur....
09 Dekabr 2025, 12:30
Gələn il üçün yaşayış minimumu 300 manat olacaq
Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq.Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.Beləliklə, gələn il üçün yaşayış minimumu 15 manat artırılacaq.Yaşayış minimumu 2026-cı ildə əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək.Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib....
09 Dekabr 2025, 11:28