Bizə yazın

Baku

-°C

USD

-

Elnarə Akimova: “20 Yanvar faciəsi Azərbaycan ədəbiyyatına şəhidlik anlayışını gətirdi”  

Cəmiyyət 20 Yanvar 2026, 14:49

2938

Millət vəkili, ədəbiyyatşünas Elnarə Akimova 20 Yanvar faciəsinin Azərbaycan ədəbiyyatında və mədəniyyətində tutduğu yerə münasibət bildirib.

Cityposta.az-a açıqlama verən millət vəkilinin sözlərinə görə, 20 Yanvar faciəsi Azərbaycan ədəbiyyatına ilk növbədə şəhidlik anlayışını gətirdi. “Bu faciə ilə birlikdə ədəbiyyatımızda şəhid obrazı, şəhid anası, azadlıq, mübarizlik və fədakarlıq motivləri formalaşdı. Müstəqillik dövründə şəhid anlayışı ilk dəfə məhz 20 Yanvar hadisələri ilə ədəbiyyata yol açdı”, – deyə o vurğulayıb.

Elnarə Akimova qeyd edib ki, 20 Yanvar faciəsinə ədəbiyyatda ən çevik və operativ reaksiya poeziya və publisistika sahələrində verilib. Bu sahələrdə qələm işlədən yaradıcılar faciəni birbaşa bədii təcəssüm predmetinə çeviriblər.

Millət vəkili xüsusi olaraq Qabilin məşhur mərsiyəsini xatırladıb:

“Faciədən az sonra qələmə alınan Qabilin mərsiyəsi bu gün də 20 Yanvar hadisələrini bütün təfərrüatı, bədii və poetik dolğunluğu ilə əks etdirən azsaylı nümunələrdən biridir”.

O, həmçinin Məmməd İsmayılın “Bu qan yerdə qalan deyil”, Məmməd Aslanın “Ağla qərənfil, ağla”, eləcə də Zəlimxan Yaqub, Bəxtiyar Vahabzadə, Famil Mehdi, Hüseyn Kürdoğlu kimi şairlərin yaradıcılığında 20 Yanvar mövzusunun geniş yer aldığını bildirib. Elnarə Akimovanın sözlərinə görə, demək olar ki, dövrün əksər şairləri bu faciəyə öz yaradıcılıqlarında münasibət bildiriblər.

Nəsr sahəsində isə bu mövzunun o qədər də geniş işlənmədiyini vurğulayan millət vəkili bildirib ki, bu istiqamətdə azsaylı nümunələr mövcuddur. Onlardan biri Tofiq Qəhrəmanovun “Cəlladımız zalım idi” əsəridir. Digər mühüm nəsr nümunəsi kimi isə Sabir Əhmədlinin “Yanvar hekayələri” göstərilir.

“Xüsusilə ‘Dənizdən gələn səda’ hekayəsində 20 Yanvar faciəsi zamanı rus qoşunlarının və rus əsgərlərinin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər, insanlara qarşı edilən təcavüzlər güclü bədii təsvirlərlə təqdim olunur”, – deyə Elnarə Akimova əlavə edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah Xankəndiyə ilk köç olacaq 

Xankəndi şəhərinə yanvarın 21-də ilk köç olacaq.Citypost.az xəbər verir ki, müxtəlif yerlərdə məskunlaşan, çətin şəraitdə yaşayan məcburi köçkünlərin bir qismi Xankəndinə köçürüləcək.Xatırladaq ki, dekabrın 20-də Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub.

20 Yanvar 2026, 15:35

Prezident İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun Baş naziri ilə görüşüb 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.Citypost.az  APA-ya istinadən Davosa ezam olunmuş əməkdaşı xəbər verir.Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını Prezident İlham Əliyevə çatdırıb.Salamlara görə minnətdarlığını bildirən Azərbaycan dövlət başçısı onun da salamlarını Neçirvan Bərzaniyə çatdırmağı xahiş edib.Söhbət zamanı Məsrur Bərzaninin ölkəmizə səfərləri və Prezident İlham Əliyevlə görüşləri məmnunluqla xatırlanıb.Görüşdə iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub....

20 Yanvar 2026, 15:22

Ceyhun Bayramov türkiyəli həmkarı ilə danışıb 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidan  arasında telefon danışığı baş tutub.Citypost.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.Bildirilib ki, nazirlər regional məsələləri müzakirə ediblər.Ümumilikdə ikitərəfli gündəlik və regional məsələlər müzakirə olunub.

20 Yanvar 2026, 13:22

Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək endirilib 

Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar bayraqlar yarıyadək endirilib.Bu barədə Citypost-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bundan başqa, Xankəndi, Xocalı və Ağdərədə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri də keçirilib, saat 12:00-da Qara Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad olunub.

20 Yanvar 2026, 12:53

Lerikdə ağır durum: Kəndlərlə əlaqə kəsilib, texnika çatışmır  

Lerikdə ağır durum: Kəndlərlə əlaqə kəsilib, texnika çatışmırGüclü qar yağışı Lerik rayonunda ciddi fəsadlar yaradıb, bir sıra kəndlərin rayon mərkəzi ilə əlaqəsində problemlər var.80 saylı Lerik - Astara seçki dairəsinin deputatı Vasif Qafarov Modern.az-a açıqlamasından bildirib ki, hazırda Lerikdə qar intensiv şəkildə yağmağa davam edir. Lerik şəhərində qarın hündürlüyü 1 m-ə yaxın, dağlıq kəndlərdə 1.2-1.4  m-ə qədər çatır. “Hava şəraiti ilə əlaqədar rayonun 80-dən çox yaşayış məntəqəsində elektrik enerjisi yoxdur. Elektrik enerjisinin bərpa olunması üçün Cənub Regional Enerji Təchizatı və Satışı idarəsinin, o cümlədən Lerik Elektrik Şəbəkəsinin əməkdaşları işlərini davam etdirir”. Deputat qeyd edib ki, Lerik-Lənkəran yolunun daim işlək saxlanılması üçün 52...

20 Yanvar 2026, 12:50

Gənc qızlar arasında gecə həyatı, əxlaqsızlığın narahatedici səviyyədə yayğınlaşması… -Fazil Mustafa yazır 

İstanbula gəlmişkən dostlarla axşamüstü görüşüb çay içmək üçün yaxındakı çay-qəhvə məkanına girdik. Bu məkanın əsas binaya artırma hissəsinin üstünü qapalı göstərmək üçün komuflyaj edərək rahat siqaret və qəlyan çəkməyə uyğunlaşdırmışdılar. Təmiz havalı yer tapa bilmədiyimizə görə vaxtımızın qiymətli olduğunu düşünərək başqa məkan axtarışına çıxmadıq.Hamısı mənim kimi siqaret və qəlyan görəndə yüz addım uzağa qaçan dostlarla boş bir yer tapıb çay sifarişimizi verdik. Oturan kimi ətrafa diqqət etdim. Ətraf masalarda əsasən gənc oğlan və qızlar oturub çay və yaxud qəhvə içir, söhbətləşir… və əksəriyyəti siqaretı damağında tüstülədirdi.İstisna olaraq siqaret çəkməyən oğlanlar gözə çarpsa da, demək olar ki, bütün qızların ya damağında...

20 Yanvar 2026, 12:29