“65 yaşı tamam olan kimi təhsil sistemindən kənarda qoyduğumuz...” - Zahid Oruc SƏRT DANIŞDI
Cəmiyyət 20 Fevral 2026, 21:46
327
Milli Məclisdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Musavat.com bildirir ki, layihə barədə komitə sədri Hicran Hüseynova məlumat verib.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışında bildirib ki, birinci oxunuşda parlament üzvləri “Uşaq hüquqları haqqında“ layihənin müzakirəsi zamanı əsasən uşaqların sosial media asılılığından xilas olması üçün müxtəlif alternativlər təklif ediblər:
“Gəlin, bir neçə məqamı nəzərə alaq. Uşaqlar üçün keyfiyyətli filmlərin az olması təkcə kino sənayesinin problemi deyil - mədəniyyətimizin, təhsilimizin və istehsal infrastrukturunun birgə üzərinə düşən ən böyük vəzifədir.
Təəssüflər olsun ki, ölkəmizdə uşaq filmlərinin sayı çox məhduddur, bəzi illərdə bir-iki layihə belə olmur. Əsasən serial, animasiya və uşaq proqramları var - amma tammetrajlı kinolar və ya yüksək səviyyəli layihələr çox nadirdir. İstehsal olunan məzmunların çoxu zəif ssenari və keyfiyyətsizdir, bəziləri isə əyləncə xarakterli olur. Lakin milli dəyərlərimizi və tariximizi gələcək nəsillərə ötürən əsərlər çox azdır. Xaricdə uşaqlar üçün hazırlanan film və seriallara baxanda - “Pixar”, “DreamWorks” və s. fərq açıq görünür. Uşaq filmləri kommersiya baxımından cəlbedici sayılmır. Peşəkar uşaq kino istehsal komandaları və studiyaları azdır. Uşaq psixologiyası, pedaqogikası, ssenari yazarlığı və audiovizual effektlər sahəsində ixtisaslaşan kadrlar çatışmır. Uşaqlar daha çox xarici məzmunlarla böyüyür, nəticədə yerli məhsula maraq azalır və mədəni assimilyasiya riskləri yaranır.
Dil, dəyərlər, milli simvollar uşaq filmlərində daha zəif əks olunur. Uşaqlar Vətən müharibəsi qəhrəmanlarını, nağıllarımızı, Böyük Qayıdışı, milli ənənələri və tariximizi görməklə mədəni kimliklərini daha güclü formalaşdırarlar.
Beləliklə, uşaq filmlərinin azlığı təkcə mədəni problem deyil - gələcək nəslin estetik dünyagörüşünü, milli dəyərlərini, fantaziyasını və öyrənmə imkanlarını məhdudlaşdıran hadisədir”.
Komitə sədri əlavə edib ki, eyni vəziyyət cizgi filmləri sahəsindədir:
Həmçinin oxuyun
“Azərbaycanda uşaqlar üçün cizgi filmləri (animasiya) sahəsi kifayət qədər inkişaf potensialına malik olsa da, hələ də müxtəlif çətinliklərlə üz-üzədir. Halbuki ölkəmizdə cizgi filmlərinin tarixi XX əsrin 30-cu illərinə gedib çıxır və 60-70-ci illərdə silsilə uğurlu animasiya filmləri çəkilib. 1970-80-ci illərdə xalq folklorundan götürülən motivlərlə çəkilən çoxlu filmlərimiz var. İndi isə övladlarımız ən yaxşı halda qardaş ölkənin cizgi qəhrəmanları ilə, ən pis halda isə “Disney”lə böyüyürlər.
Başqa bir sual - uşaqlarımızın ilk oyuncaqları hamısı qeyri-milli və əcnəbi istehsallıdır. Biz öz milli oyuncaqlarımızı necə istehsal edək, övladlarımıza min illik nağıl qəhrəmanlarımızı, miflərimizi necə ötürək? Uşaqların ilk oyuncaqları onların dünyagörüşünü, estetik zövqünü və milli yaddaşını formalaşdırır. Əgər onlar “Lego” qəhrəmanları ilə böyüyürsə, uşaqların zehni və emosional dünyası xarici məhsulların obrazları ilə formalaşır.
Minillik nağıllar, qəhrəmanlar, mifoloji obrazlar uşaqlara fiziki şəkildə təqdim olunmur. Oyuncaqlar, cizgi filmləri, kitablar tarixi yaddaşın əsas daşıyıcıları, hard diskləridir. Uşaq oyunları və əyləncə məhsulları milli təhsil məqsədləri ilə uyğunlaşdırılmalıdır. Lakin xarici markalar hazır məhsul, cizgi və kitablarla həm əyləncə, həm də təhsil rolunu doldurur”.
Zahid Oruc daha sonra digər mühüm məsələlərə diqqət çəkib:
“Nəhayət, gəlin, qəbul edək ki, müəllim dövlətin sütunudur, millətin qurucusudur, onun savadlı gələcəyinin memarıdır. Müəllimin nüfuzu sarsılarsa, nizam pozular, ən kiçik mübahisədə öyrədənini haqsız və günahkar çıxaran xalqın gələcəyi ola bilməz. Silahlı zorakılıqlarda müəllimi günahlandırmaq, istənilən hadisədə öyrədəni linç etmək bizə Qərb məktəblərindəki qətliamları nümunə göstərməkdir. Əlbəttə, onunla da razıyıq ki, yalnız test sisteminə arxalandığımız və repetitorluqdan keçən gənc müəllimləri irəli çəkib, 65 yaşı tamam olan kimi təhsil sistemindən kənarda qoyduğumuz, Makarenko təlimi görmüş müdrik pedaqoqlara gəlin, yenidən qiymət verək.
Uşaqların çətinləşən qəbul imtahanları fonunda nəinki asudə vaxta, normal fiziki qidalanmaya zamanı qalmır. Ona görə də psixoloji keçid mərhələsində olan yeniyetmələri repetitorlara məhkum etməyin nəticələrini dərin elmi araşdırmalarla təhlil etməliyik”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib
Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.Yanğının səbəbi hələlik məlum deyil.Təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə edilib.Faktla bağlı araşdırma aparılır.
20 Fevral 2026, 21:52
Qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonunun Pərioğullar kəndində fəaliyyət göstərən pendir sexində yoxlama aparıblar.Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Citypost.az-a verilən məlumata görə, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən və müvafiq dövlət reyestrindən çıxarışı olmadan fəaliyyət göstərdiyi, həmçinin qida məhsullarının emalı prosesində ciddi uyğunsuzluqlar aşkarlanıb.Saçaq pendirinin hazırlanmasında istifadə olunan suyun filtrdən keçirilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, avadanlıqların təmizlənmədiyi və digər tələblərin pozulduğu müəyyən edilib.Sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb....
20 Fevral 2026, 17:33
Ötən il Azərbaycana 17 ölkədən elektromobil idxal edilib
2025-ci ildə Azərbaycana 62 milyon 485.9 min ABŞ dolları dəyərində 2028 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib.“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ən çox elektromobil Çindən (992 ədəd), ABŞdən (656 ədəd), Almaniyadan (199 ədəd) və Koreyadan (64 ədəd) idxal edilib.Çindən idxal edilən elektromobillərin orta qiyməti 40,9 min manat, ABŞ-dən 31,5 min manat, Almaniyadan 129,5 min manat, Koreyadan isə 31,4 min manat təşkil edib....
20 Fevral 2026, 17:19
Məcnun Məmmədov Ucarda vətəndaşları qəbul edib
Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ucarda bu, eləcə də Ağdaş, Göyçay, Kürdəmir, Yevlax, Mingəçevir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.Citypost.az bu barədə nazirliyə istinadən xəbər verir.Məlumata görə, qurumun idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, subsidiyaların verilməsi, aqrar sığorta, pambıq tədarükçüləri ilə bağlı məsələlər, torpaqların icarəyə verilməsi, suvarma suyu ilə təminat, və digər məsələlərlə bağlı olub.Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin...
20 Fevral 2026, 17:12
Azərbaycanda nikah və boşanmaların sayı azalıb
Azərbaycanda nikah və boşanmaların sayı azalıb."Report" xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən keçən il ərzində ölkədə 48 min 546 nikaha daxilolma və 20 min 675 boşanma halları qeydə alınıb.Həmçinin qeyd olunub ki, 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb....
20 Fevral 2026, 17:02
Birinci Qarabağ müharibəsində itkin düşən hərbçinin qalıqları Gəncədə dəfn edilib
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Nöfəl Cahangir oğlu Əsgərovun nəşinin qalıqları Gəncə şəhərində ailəsinə təhvil verilib.APA-nın yerli bürosunun məlumatına görə, əvvəlcə Gəncədə şəhidin ailəsinin yaşadığı evdə onunla vida mərasimi keçirilib. Mərasimdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqnlarının əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, ictimayət nümayəndələri iştirak edib.Cənazə namazı qılındıqdan sonra şəhid tankçının qalıqları Gəncə şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb, onun ruhuna dualar oxunub, yaylım atəşi açılıb. Şəhidin tabutu üzərinə çəkilən Azərbaycan bayrağı onun doğmalarına təhvil verilib.Qeyd edək ki, Nöfəl Cahangir oğlu Əsgərov 1966-cı ildə Tərtər rayonun Borsunlu kəndində anadan olub. Ailəsi sonradan Gəncə şəhərinə köçüb.1992-ci ilin iyun ayında Qarabağ müharibəsində Ağdərə rayonu,...
20 Fevral 2026, 17:01