Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu yaradılıb
Cəmiyyət 14 May 2026, 15:00
1338
Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu və Tətbiqi Elmlər İnstitutu yaradılıb.
Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Elm və Təhsil Nazirliyinin tabeliyində müasir infrastruktura və beynəlxalq standartlara uyğun elmi tədqiqat və təcrübi istehsalat bazasına malik publik hüquqi şəxs statuslu aşağıdakı elmi müəssisələr yaradılıb:
Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu;
Tətbiqi Elmlər İnstitutu.
Həmçinin oxuyun
Yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
- Nazirlər Kabinetinə publik hüquqi şəxslərin yenidən təşkili və ləğv edilməsi;
- Elm və Təhsil Nazirliyinə yuxarıda qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” qanun ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.
Elm və Təhsil Nazirliyi yaradılan publik hüquqi şəxslərin nizamnamələrini iki ay müddətində təsdiq etməli, publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli, bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident mühüm Fərman İMZALADI: Sentyabrın 1-dən qüvvəyə minir
Prezident İlham Əliyev qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.CityPost.az-ın xəbərinə görə, Fərmanda qeyd edilib ki, Qeyri-neft-qaz sektorunun inkişafı ölkənin iqtisadi dayanıqlılığının gücləndirilməsi, dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslərin, qlobal tədarük zəncirindəki qırılmaların və xarici bazarlardakı qeyri-sabitliyin milli iqtisadiyyata mənfi təsirlərinin minimallaşdırılması, habelə ölkənin strateji iqtisadi suverenliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir:"Qeyri-neft-qaz sektorunun strukturunda qeydə alınan müsbət dinamikaya baxmayaraq, yerli malların xarici bazarlara, eləcə də Naxçıvan Muxtar Respublikasında istehsal olunmuş malların Azərbaycan Respublikasının digər ərazilərinə çıxış imkanları hələ də məhduddur.Qeyri-neft-qaz sektorunun ixrac potensialının tam reallaşdırılmasına, habelə blokada şəraitində olması da...
09 İyun 2026, 20:14
Seyid Əli Xameneinin dəfninin vaxtı açıqlanıb
İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi iyunun 26-dan sonra keçiriləcək.Bu barədə “Tasnim” Xameneinin əsərlərinin mühafizə və nəşri ofisinə istinadən məlumat yayıb.Bildirilib ki, Xameneinin dəfn mərasimi ilə bağlı yerli və xarici mediada yayılmış iddialar həqiqəti əks etdirmir.Xamenei ilə vida və dəfn mərasiminin Məhərrəm ayının ilk ongünlüyündən sonra keçiriləcəyi və bununla bağlı daha sonra ətraflı məlumat veriləcəyi qeyd olunub.Qeyd edək ki, İranın sabiq Ali Rəhbəri vəsiyyətinə uyğun olaraq, Məşhəddə İmam Rza türbəsində dəfn olunacaq.Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu...
09 İyun 2026, 18:43
Azərbaycanda ötən il muzeyləri ziyarət edənlərin sayı 3 milyona yaxın olub
Azərbaycanda 2025-ci ildə muzeylərə gələn ziyarətçi sayı 3 milyona yaxın olub.Bu barədə Citypost.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.Bildirilib ki, ötən il 244 muzeyə ümumilikdə 2 milyon 637 min 100 nəfər ziyarətçi gəlib.Bu, 2024-cü illə müqayisədə, demək olar ki, eynidir. Belə ki, 2024-cü ildə muzeylərdəki ziyarətçi sayı 2 milyon 688 min nəfər olub.
09 İyun 2026, 17:50
Naxçıvanın təhsil müəssisələrində yeni laboratoriyalar yaradılıb
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp şirkəti arasında cari il aprelin 10-da imzalanmış əməkdaşlıq sazişi çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində yeni laboratoriyalar yaradılıb.Nazirliyin mətbuat xidmətindən Citypost.az-a bildirilib ki, laboratoriyalarda müasir mebel avadanlıqları quraşdırılıb, lazımi avadanlıqlarla təchiz olunaraq müasir tədris şəraiti yaradılıb.Qeyd edək ki, sazişə əsasən, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində 2 yeni istehsalat emalatxanasının da yaradılmasına başlanılıb. İstehsalat emalatxanasının sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulur.Saziş çərçivəsində, həmçinin bp tərəfindən muxtar respublikanın ümumtəhsil müəssisələrində tədris aparan 30 nəfər perspektivli və metodoloji dəstəyə ehtiyacı olan ingilis dili müəlliminin ixtisasartırma və təlim proqramlarına cəlbi, istedadlı şagirdlərin...
09 İyun 2026, 17:40
Sosial Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq tədbirlərdə iştirak ediblər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları peşəkar bilik və bacarıqların artırılması, beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Macarıstan və Türkiyədə səfərdə olublar.Bu barədə Citypost.az-a agentlikdən məlumat verilib.Bildirilib ki, Macarıstanda keçirilən beynəlxalq konfransda məişət zorakılığı törədən şəxslər üçün proqramların hazırlanması, tətbiqi və qiymətləndirilməsi üzrə mövcud təcrübə və yanaşmalar müzakirə olunub, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.Türkiyədə təşkil edilən tədbirlər çərçivəsində “Anka Uşaq Dəstəyi Proqramı”nın tətbiqi ilə bağlı təcrübənin öyrənilməsi və peşəkar bacarıqların artırılması məqsədilə aidiyyəti uşaq müəssisələrinə səfər təşkil edilib. Səfər çərçivəsində iştirakçılar müəssisələrin fəaliyyəti, uşaqlarla iş sahəsində tətbiq olunan metodlar və xidmət modelləri ilə...
09 İyun 2026, 17:21
Vyetnamın Baş prokuroru “ASAN xidmət”də oldu
Vyetnam Sosialist Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Nguyen Tienin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.Bu barədə Citypost.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bildirilib ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və burada tətbiq olunan innovasiyalar barədə ətraflı məlumat verib. “ASAN xidmət” təcrübəsinin intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olublar....
09 İyun 2026, 17:09