Sabah İmişli və Saatlı rayonları ilə Sabirabad şəhərinin qaz təminatında fasilə yaranacaq
Cəmiyyət 24 May 2026, 14:05
207
İmişli və Saatlı rayonlarının, Sabirabad şəhərinin və rayonun bir sıra kəndlərinin qaz təminatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə"Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Həmçinin oxuyun
Qeyd olunub ki, fasilə saat 09:00-dan təmir-bərpa işləri yekunlaşanadək davam edəcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan XİN Pakistana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kvetta şəhərində qatarda törədilən terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib.Bu barədə XİN-in "X" hesabında paylaşım edilib."Biz Pakistanın Kvetta şəhərində qatarı hədəf alan, günahsız insanların faciəvi şəkildə həlak olması və bir çoxlarının yaralanması ilə nəticələnən mənfur terror hücumunu qətiyyətlə pisləyirik.Qurbanların ailələrinə dərin hüznlə başsağlığı verir və bu çətin dövrdə qardaş Pakistan xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik", - paylaşımda bildirilib."Bu cür terror aktlarına heç vaxt bəraət qazandırıla bilməz", - XİN-dən qeyd olunub....
24 May 2026, 14:18
Cəlilabadda 3,2 maqnitudalı zəlzələ baş verib
Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.Yerli vaxtla saat 07:52-də qeydə alınan zəlzələnin maqnitudası 3,2 olub. Yeraltı təkanların ocağı 28 km dərinlikdə yerləşib.Zəlzələ hiss olunmayıb.
24 May 2026, 09:14
Bu gün 57 minədək abituriyent imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.DİM-dən bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 231 imtahan binası, 4206 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 231 ümumi imtahan rəhbəri, 665 imtahan rəhbəri, 5211 nəzarətçi, 762 buraxılış rejimi əməkdaşı, 231 bina nümayəndəsi cəlb olunub.II ixtisas qrupu üzrə imtahanda 28 min 507, III ixtisas qrupu üzrə imtahanda isə 28 min 340 nəfər...
24 May 2026, 09:05
Lerik sakinləri “Azərişıq” ASC-ni məhkəmədə uddu - Maddi zərər ödəniləcək
Lerik sakinləri “Azərişıq” ASC-ni məhkəməyə verib.CityPost.az Xitab24.az-a istinadla xəbər verir ki, buna inəkləri elektrik cərəyanının vurması səbəb olub.Hadisə Piran kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd ərazisində yüksək gərginlikli elektrik xətti qırılaraq iki inəyin üzərinə düşüb. Nəticədə iribuynuzlu heyvanlar tələf olub.Nəsimi Rayon Məhkəməsi dəymiş maddi ziyanın ödənilməsi üçün “Azərişıq” ASC-dən ümumilikdə 6400 manat tutularaq inək sahiblərinə ödənilməsinə dair qərar çıxarıb.Lakin “Azərişıq” məhkəmənin bu qərarı ilə razılaşmayıb və yuxarı instansiyalara üz tutub. Qurum etirazı isə heç bir fayda verməyib və Nəsimi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb....
24 May 2026, 08:51
Azərbaycanın baş konsulu qəzada həlak oldu
Azərbaycanın Təbriz şəhərindəki konsulu avtomobil qəzası nəticəsində vəfat edib.Bu barədə Azərbaycan XİN-in X hesabında məlumat verilib.“Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki baş konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində dünyasını dəyişməsi xəbəri bizi dərindən sarsıtdı”, - məlumatda qeyd olunub.
23 May 2026, 23:04
Emin Əmrullayev Britaniyanın Vorvik Universitetində olub,
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın Vorvik Universitetində olub.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, universitet rəhbərliyi ilə keçirilən görüşdə fənlərarası təhsil modeli, qlobal tədqiqat əməkdaşlıqları və beynəlxalq tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, ali təhsil və transmilli təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.Nümayəndə heyəti universitetin Elm, Mühəndislik və Tibb fakültələrinin, eləcə də Qlobal Dayanıqlı İnkişaf İnstitutunun nümayəndələri ilə görüşüb. Görüşlərdə yaşıl enerji keçidi kimi qlobal çağırışlara cavab verən təhsil və tədqiqat istiqamətləri təqdim edilib.Nümayəndə heyəti universitetin Beynəlxalq İstehsalat Mərkəzi və tədqiqat laboratoriyaları ilə də tanış olub.Səfər çərçivəsində Azərbaycan Dövlət...
23 May 2026, 14:35