Almaniyada Azərbycanın Müstəqillik Günü qeyd olunub
Cəmiyyət 27 May 2026, 13:35
492
28 May Müstəqillik Günü münasibətilə Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Berlində rəsmi qəbul təşkil olunub.
Bu barədə Citypost.az-a səfirlikdən məlumat verilib.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev deyib ki, müsəlman dünyasında ilk parlamentli və dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqın öz taleyini müstəqil şəkildə müəyyənləşdirmək əzminin tarixi təzahürü olduğunu vurğulayıb.
Səfir, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü, özünəinamlı və beynəlxalq aləmdə hörmət edilən bir dövlətə çevrildiyini, etibarlı enerji tərəfdaşı, regional əməkdaşlığın təşəbbüskarı və sabitlik lövbəri kimi mövqeyini möhkəmləndirdiyini vurğulayıb.
Çıxışında qlobal qeyri-müəyyənliklər fonunda etibarlı tərəfdaşlıqların əhəmiyyətinin artdığını vurğulayan səfir Azərbaycan-Almaniya münasibətlərinə toxunaraq, iki ölkə arasında əməkdaşlığın iqtisadiyyat, elm, mədəniyyət və humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini bildirib.
Səfir həmçinin Azərbaycanın sülh gündəliyinə toxunaraq, bölgədə sülhün bərqərar olması üçün ölkəmizin yürütüyü məqsədəyönlü siyasət və nəticədə son dövrdə əldə olunan müsbət irəliləyişlər barədə qonaqları məlumatlandırıb.
Həmçinin oxuyun
Almaniya Xarici İşlər Nazirliyinin Avropa baş idarəsinin rəisi səfir Kristof İsranq çıxışında xarici işlər naziri Yohan Vadefulun 28 May - Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.
Azərbaycanın Almaniya üçün mühüm tərəfdaş olduğunu deyən K.İsranq iki ölkə arasında münasibətlərin dərin tarixi köklərə söykəndiyini, iqtisadi, mədəni və siyasi əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıb.
Diplomat Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyinə diqqət çəkərək, regionda sabitlik və əməkdaşlıq istiqamətində atılan addımların önəmini qeyd edib.
Həmçinin Almaniyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəklədiyi və bunu Cənubi Qafqazda davamlı sülh üçün mühüm imkan kimi qiymətləndirdiyi diqqətə çatdırılıb.
Bildirilib ki, Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə 400-dək qonaq, o cümlədən Almaniyanın Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri, Bundestaqın deputatları, xarici ölkələrin səfirləri, jurnalistlər, elm, mədəniyyət və incəsənət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər dost icmaların üzvləri iştirak ediblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
AQTA: Azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
Qurban bayramı ilə əlaqədar işğaldan azad olunmuş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub.Bu barədə Citypost.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.Bildirilib ki, əhalinin tələbatı nəzərə alınaraq həmin rayonlarda xüsusi kəsim-satış məntəqələri və ya çadırları quraşdırılıb.Həm məntəqələrdə, həm də səyyar çadırlarda baytarlıq-sanitariya qaydalarına uyğun şərait yaradılıb, fasiləsiz su təminatı təşkil edilib. Baytarlıq nəzarətindən keçmiş, sanitar-gigiyenik tələblərə uyğun şəkildə kəsilmiş qurbanlıq heyvanların əhaliyə təqdim olunması üçün bütün zəruri tədbirlər görülüb.Müasir standartlara cavab verən səyyar heyvan kəsimi çadırlarında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları da fəaliyyət göstərir. Qurbanlıq heyvanlarda hər hansı xəstəlik şübhəsi yarandığı halda,...
27 May 2026, 14:28
AAYDA: Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır
Bakının Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb.Bu barədə Citypost.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.Məlumata görə, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır. Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək.Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək.Tikinti-bərpa işləri ölkə Prezidentinin sərəncamına uyğun olaraq aparılır.
27 May 2026, 14:20
Tərtərdə şəhid ailələrinə və aztəminatlı şəxslərə bayram sovqatı verilib
İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, Tərtər rayonunda da xoş əhvali-ruhiyyə ilə qeyd edilir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram münasibətilə xüsusi ayrılmış kəsim məntəqəsində gigiyenik qaydalara və dini ənənələrə əməl edilməklə qurbanlıq qoyunlar kəsilib, şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə göndərilib.Sakinlər bu əziz gündə onlara göstərilən maddi və mənəvi dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyiblər....
27 May 2026, 14:15
300-dək qazi reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub
Vətən müharibəsindən sonrakı dövrdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müəssisələrində 3800 qaziyə reabilitasiya xidmətləri göstərilib.Citypost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.Qeyd olunub ki, aparılan işlərin nəticəsi olaraq həmin qazilərdən artıq 300-dək şəxs reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyublar.Hazırda digər qazilərin reabilitasiyası istiqamətində işlər davam etdirilir.
27 May 2026, 14:06
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
Sürücü piyadanın təhlükəsizliyinə, piyada isə həm öz həyatına, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinə qarşı həssas yanaşmalıdır.Citypost.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği şöbəsinin rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev deyib.O bildirilib ki, son günlər, xüsusilə bayram öncəsi yollarda hərəkət intensivliyinin artdığı bir vaxtda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri ciddi narahatlıq doğurur: "Təhlillər göstərir ki, belə qəzaların bir qismi sürücülərin diqqətsizliyi, digər qismi isə piyadaların məsuliyyətsiz davranışları səbəbindən baş verir.Yol hərəkəti təhlükəsizliyi yalnız sürücülərin deyil, piyadaların da birbaşa məsuliyyət daşıdığı sahədir. Təəssüf ki, bəzi piyadalar müəyyən edilmiş keçidlərdən istifadə etmir, nəqliyyat axınının arasından qəfil...
27 May 2026, 13:23
Mayın 28-də Azərbaycanda 32 dərəcə isti olacaq
Mayın 28-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 17-19° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturu gecə 16-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 16-21° isti, bəzi yerlərdə 23-26° isti...
27 May 2026, 13:02