AQTA: Azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
Cəmiyyət 27 May 2026, 14:28
305
Qurban bayramı ilə əlaqədar işğaldan azad olunmuş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub.
Bu barədə Citypost.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, əhalinin tələbatı nəzərə alınaraq həmin rayonlarda xüsusi kəsim-satış məntəqələri və ya çadırları quraşdırılıb.
Həm məntəqələrdə, həm də səyyar çadırlarda baytarlıq-sanitariya qaydalarına uyğun şərait yaradılıb, fasiləsiz su təminatı təşkil edilib. Baytarlıq nəzarətindən keçmiş, sanitar-gigiyenik tələblərə uyğun şəkildə kəsilmiş qurbanlıq heyvanların əhaliyə təqdim olunması üçün bütün zəruri tədbirlər görülüb.
Həmçinin oxuyun
Müasir standartlara cavab verən səyyar heyvan kəsimi çadırlarında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları da fəaliyyət göstərir. Qurbanlıq heyvanlarda hər hansı xəstəlik şübhəsi yarandığı halda, daxili orqanlardan nümunələr götürülərək laboratoriyalarda operativ şəkildə müayinə aparılacaq.
Qeyd edək ki, Qurban bayramı günlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aparatının regional bölmələri və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“AzerGold” Qurban bayramı münasibətilə Daşkəsən, Göygöl və Naxçıvanda sosial yardım aksiyaları təşkil edib
“AzerGold” QSC müqəddəs Qurban bayramı münasibətilə növbəti genişmiqyaslı sosial aksiya həyata keçirib. Cəmiyyətin fəaliyyət göstərdiyi bölgələri əhatə edən aksiya çərçivəsində Daşkəsən və Göygöl rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasında yaşayan 500-ə yaxın ailəyə bayram sovqatları təqdim olunub.Bu barədə Citypost.az-a “AzerGold” QSC-dən məlumat verilib.Sosial yardım kampaniyası Naxçıvan Muxtar Respublikasının Culfa rayonununu, Göygöl rayonunun Tülallar və Zurnabad kəndlərini, həmçinin Daşkəsən rayonunda yaşayan Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrini, müharibə iştirakçılarını, eləcə də sosial qayğıya ehtiyacı olan ailələri əhatə edib.Qurban bayramı ərəfəsində Cəmiyyətin nümayəndələri yerli icra hakimiyyəti orqanlarının təmsilçiləri ilə birlikdə ailələri ziyarət edilib, “AzerGold” QSC kollektivi adından səmimi bayram təbrikləri çatdırılıb,...
27 May 2026, 15:28
Hindistan Prezidenti İlham Əliyevi təbrik edib
Hindistan Prezidenti Draupadi Murmu 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.Citypost.az-ın məlumatına görə, təbrikdə deyilir:"Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə, Hökumətinizə və dost Azərbaycan xalqına Hindistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi yetirirəm.Hindistan və Azərbaycan arasında tarixi və mədəni əlaqələr mövcuddur. İnsanlar arasında təmaslarla yanaşı, iqtisadi və ticarət sahələrində əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensial var.Sizə möhkəm cansağlığı və rifah, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm"....
27 May 2026, 15:17
AAYDA: Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır
Bakının Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb.Bu barədə Citypost.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.Məlumata görə, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır. Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək.Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək.Tikinti-bərpa işləri ölkə Prezidentinin sərəncamına uyğun olaraq aparılır.
27 May 2026, 14:20
Tərtərdə şəhid ailələrinə və aztəminatlı şəxslərə bayram sovqatı verilib
İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, Tərtər rayonunda da xoş əhvali-ruhiyyə ilə qeyd edilir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram münasibətilə xüsusi ayrılmış kəsim məntəqəsində gigiyenik qaydalara və dini ənənələrə əməl edilməklə qurbanlıq qoyunlar kəsilib, şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə göndərilib.Sakinlər bu əziz gündə onlara göstərilən maddi və mənəvi dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyiblər....
27 May 2026, 14:15
300-dək qazi reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub
Vətən müharibəsindən sonrakı dövrdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müəssisələrində 3800 qaziyə reabilitasiya xidmətləri göstərilib.Citypost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.Qeyd olunub ki, aparılan işlərin nəticəsi olaraq həmin qazilərdən artıq 300-dək şəxs reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyublar.Hazırda digər qazilərin reabilitasiyası istiqamətində işlər davam etdirilir.
27 May 2026, 14:06
Almaniyada Azərbycanın Müstəqillik Günü qeyd olunub
28 May Müstəqillik Günü münasibətilə Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Berlində rəsmi qəbul təşkil olunub.Bu barədə Citypost.az-a səfirlikdən məlumat verilib.Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev deyib ki, müsəlman dünyasında ilk parlamentli və dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqın öz taleyini müstəqil şəkildə müəyyənləşdirmək əzminin tarixi təzahürü olduğunu vurğulayıb.Səfir, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü, özünəinamlı və beynəlxalq aləmdə hörmət edilən bir dövlətə çevrildiyini, etibarlı enerji tərəfdaşı, regional əməkdaşlığın təşəbbüskarı və sabitlik lövbəri kimi mövqeyini möhkəmləndirdiyini vurğulayıb.Çıxışında qlobal qeyri-müəyyənliklər fonunda etibarlı tərəfdaşlıqların əhəmiyyətinin artdığını vurğulayan səfir Azərbaycan-Almaniya münasibətlərinə toxunaraq, iki ölkə arasında əməkdaşlığın iqtisadiyyat, elm, mədəniyyət və humanitar sahələrdə dinamik...
27 May 2026, 13:35