Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Cəmiyyət 09 İyun 2026, 09:28
322
Sosial şəbəkələrdə 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların qidalanması üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılaraq mənimsənilməsi ilə bağlı iddialar yayılıb.
Citypost.az xəbər verir ki, paylaşılan məlumatlarda bildirilir ki, sözügedən hadisə bağçaya təyin olunmuş müdir əvəzinin göstərişi ilə baş verib.
Bağçanın müdir əvəzi Vəsilə Bayramova iddiaların əsassız olduğunu bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra bütün məqamlar aydınlaşacaq.
Həmçinin oxuyun
“Görüntüləri görmüşük və orada səsləndirilən iddiaların hamısı yalandır. Kadrlarda görünənlər ərzaq deyil, tullantı məhsullarıdır”, – deyə o bildirib.
Valideynlərdən biri də bağçada uşaqların qidalanmasından razı qaldığını deyib: “Qidalanma hər gün çəkilir və qruplarda paylaşılır. Son vaxtlar təyin olunan müdir əvəzi Vəsilə xanım bağçada bir çox yeniliklər həyata keçirib. O, işinə və uşaqlara böyük həvəslə yanaşır. Kadrlara diqqətlə baxanda da görünür ki, orada daşınan hər hansı ərzaq məhsulu yoxdur. Bunlar, sadəcə, tullantı məhsullarıdır”.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtdakı 198 nömrəli körpələr evi-uşaq bağçasında ərzaq məhsullarının mənimsənilməsi ilə bağlı yayılan iddialar araşdırılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.Xəbərə görə, Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 32 kiloqram 365 qram narkotik vasitə (27 kiloqram 65 qram marixuana, 5 kiloqram 300 qram heroin) və 7200 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir....
09 İyun 2026, 11:04
Azərbaycan parlamenti büdcənin icrasını müzakirə edir
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başlayıb.Citypost.az xəbər verir ki, iclasda "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilir.Sənəd parlamentə iyunun 8-də daxil olub.Ötən il büdcənin gəlirləri 39 milyard 184,6 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,4 %, proqnozdan isə 2,2 % çoxdur. Büdcənin xərcləri isə 38 milyard 604,6 milyon manat olub ki, bu da illik müqayisədə 2,4 % çox, proqnozdan isə 6,8 % azdır.İl ərzində büdcənin profisiti 580 milyon manat və yaxud ÜDM-in 0,45 %-ni təşkil edib. Profisitin yaranmasına səbəb büdcəyə daxilolmalar üzrə proqnozun artıqlaması ilə təmin edilməsi, eləcə də...
09 İyun 2026, 11:00
Jurnalist: Şəhid ailələri ilə bağlı mübahisələrin detallı yayımlanmasına qadağa qoyulmalıdır
Jurnalist Fatimə Hüseynova-Şirnova şəhid ailələri arasında baş verən mübahisələr, narazılıqlar və bu zəmində törədilən hadisələrin mediada geniş şəkildə işıqlandırılmasına münasibət bildirib.Citypost.az xəbər verir ki, qeyd edib ki, şəhid valideynləri ilə şəhidin öz ailəsi arasında yaranan münaqişələrin, eləcə də bu səbəbdən baş verən cinayət və digər hadisələrin təfərrüatlı formada yayılması cəmiyyət üçün mənfi nəticələr doğurur.Jurnalistin fikrincə, dövlət bu cür məlumatların yayılmasına dair daha sərt tənzimləmə mexanizmləri tətbiq etməlidir.“İstəyirsiniz buna senzura deyin, istəyirsiniz söz azadlığının məhdudlaşdırılması adlandırın. Hesab edirəm ki, bu mövzuda nəinki xəbər materiallarında, hətta sosial şəbəkələrdə paylaşılan statuslarda da hadisələrin detallı şəkildə açıqlanmasına görə məsuliyyət müəyyənləşdirilməli və bu qaydalar ciddi...
09 İyun 2026, 10:50
XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib
Məlumdur ki, mövcud beynəlxalq təhlükəsizlik mühitində daha da artan gərginlik, müxtəlif regionlarda, o cümlədən Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqdadır. Təəssüf ki, belə ərazilərdə olan Azərbaycan vətəndaşlarının silahlı toqquşmalar və hərbi əməliyyatlar nəticəsində həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları qeydə alınır.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.Bəyanatda bildirilib ki, bu cür hadisələr münaqişə zonalarında və onların yaxınlığında yerləşən ərazilərdə təhlükəsizlik risklərinin son dərəcə yüksək olduğunu bir daha nümayiş etdirir və həmin bölgələrə səfər edən və ya fəaliyyət göstərən vətəndaşlarımızın...
09 İyun 2026, 10:34
FHN Sumqayıtda yaşayış kompleksində yanğın-taktiki təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri, Bulvar küçəsində, yerləşən “MİDA” yaşayış kompleksində “Yanğınların söndürülməsi və insanların təxliyyəsinin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.Bu barədə Citypost.az FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd çoxmərtəbəli yaşayış binalarında yanğınlar zamanı əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu tipli obyektlərdə yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə aidiyyəti heyətin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.Təlim zamanı kompleksdə yerləşən binaların birində şərti yanğın yerinə operativ çatan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri sakinlərin “təhlükəli ərazidən”...
09 İyun 2026, 10:20
Bakıda "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" keçirilir
Bu gün Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı ikigünlük beynəlxalq tədbir işinə başlayıb.“APA-Economics” xəbər verir ki, tədbir Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası (CBATS), Azərbaycan Mərkəzi Bankı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə bank assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası, eləcə də digər tərəfdaş qurumların dəstəyi ilə keçirilir.Sammitin əsas məqsədi qlobal maliyyə və bankçılıq trendlərinin təhlili, regional maliyyə inteqrasiyasının təşviqi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, innovasiya və dayanıqlılığın artırılması, eyni zamanda, şəbəkələşmə və strateji tərəfdaşlıqların formalaşdırılmasıdır.Sammit müzakirə və şəbəkələşmə imkanlarını genişləndirmək məqsədilə müxtəlif və nüfuzlu auditoriyanı bir araya gətirəcək. Proqrama yüksək səviyyəli siyasət müzakirələri, panel sessiyalar və B2B görüşlər...
09 İyun 2026, 10:00