Bakıda nəqliyyatın sıxlığı müşahidə olunan yollar açıqlanıb
Cəmiyyət 09 İyun 2026, 08:19
451
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Citypost.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
3. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
Həmçinin oxuyun
6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
8. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
12. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" keçirilir
Bu gün Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı ikigünlük beynəlxalq tədbir işinə başlayıb.“APA-Economics” xəbər verir ki, tədbir Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası (CBATS), Azərbaycan Mərkəzi Bankı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə bank assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası, eləcə də digər tərəfdaş qurumların dəstəyi ilə keçirilir.Sammitin əsas məqsədi qlobal maliyyə və bankçılıq trendlərinin təhlili, regional maliyyə inteqrasiyasının təşviqi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, innovasiya və dayanıqlılığın artırılması, eyni zamanda, şəbəkələşmə və strateji tərəfdaşlıqların formalaşdırılmasıdır.Sammit müzakirə və şəbəkələşmə imkanlarını genişləndirmək məqsədilə müxtəlif və nüfuzlu auditoriyanı bir araya gətirəcək. Proqrama yüksək səviyyəli siyasət müzakirələri, panel sessiyalar və B2B görüşlər...
09 İyun 2026, 10:00
Bakı-Supsa neft kəməri SOCAR-ın operatorluğuna keçib
8 iyun 2026-cı il tarixindən etibarən Qərb İxrac Boru Kəməri (QİBK) və onun ayrılmaz hissəsi olan Supsa terminalı “SOCAR Midstream Operations” MMC-nin operatorluğuna keçib.“SOCAR Midstream Operations"dan "APA-Economics"ə verilən məlumata görə, Gürcüstanın Neft və Qaz Korporasiyası ilə SOCAR arasında əldə olunmuş razılaşmaya uyğun olaraq, bp ilə mövcud operatorluq müqaviləsi başa çatıb və əməliyyat məsuliyyəti “SOCAR Midstream” tərəfindən qəbul edilib.Qeyd olunur ki, Xəzər regionunu Qara dəniz və beynəlxalq bazarlarla birləşdirən əsas enerji marşrutlarından biri olan QİBK regional enerji infrastrukturunun mühüm tərkib hissəsi kimi strateji əhəmiyyətini qorumaqda davam edir.Xatırlada ki, öncə qeyd olunan infrastruktur obyektlərinin operatoru BP şirkəti idi....
09 İyun 2026, 09:54
Əfqan Sadıqov həbs edilib
Hədə-qorxu ilə tələb etmədə ittiham olunan Əfqan Sadıqov həbs edilib.Bu barədə APA-ya vəkil Nemət Kərimli məlumat verib.Vəkil bildirib ki, Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən, Əfqan Sadıqov barəsində iyulun 30-dək həbs qətimkan tədbiri seçilib.Vəkilin sözlərinə görə, Əfqan Sadıqova Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovun sosial şəbəkədə polis əməkdaşını təhqir etdiyinə görə 2000 lari məbləğində cərimə edilməsi, Gürcüstandan deportasiya olunması və 3 il müddətinə ölkəyə girişinə qadağa qoyulması barədə...
09 İyun 2026, 09:51
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Sosial şəbəkələrdə 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların qidalanması üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılaraq mənimsənilməsi ilə bağlı iddialar yayılıb.Citypost.az xəbər verir ki, paylaşılan məlumatlarda bildirilir ki, sözügedən hadisə bağçaya təyin olunmuş müdir əvəzinin göstərişi ilə baş verib.Bağçanın müdir əvəzi Vəsilə Bayramova iddiaların əsassız olduğunu bildirib.Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra bütün məqamlar aydınlaşacaq.“Görüntüləri görmüşük və orada səsləndirilən iddiaların hamısı yalandır. Kadrlarda görünənlər ərzaq deyil, tullantı məhsullarıdır”, – deyə o bildirib.Valideynlərdən biri də bağçada uşaqların qidalanmasından razı qaldığını deyib: “Qidalanma hər gün çəkilir və qruplarda paylaşılır. Son vaxtlar təyin olunan müdir əvəzi Vəsilə xanım bağçada bir çox...
09 İyun 2026, 09:28
Bu gün Maştağa və Savalan qəsəbələrində qaz olmayacaq
Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq.Bu barədə Citypost.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar iyunun 9-da saat 09:30-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Maştağa və Savalan qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq
09 İyun 2026, 09:20
Bakının bu rayonlarında işıq kəsiləcək
Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə Citypost.az-a "Azərişıq" ASC-dən məlumat verilib.Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Zahid Xəlilov küçəsi, Mətbuat prospekti, 82 nömrəli uşaq baxçasının ətrafında yerləşən ərazilər, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yaşayış kompleksinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək İlham Müzəffəroğlu, Azər Manafov küçələri, Qara Qarayev prospektinin bəzi hissələrini əhatə edəcək.Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli...
09 İyun 2026, 09:08