FHN Sumqayıtda yaşayış kompleksində yanğın-taktiki təlim keçirib
Cəmiyyət 09 İyun 2026, 10:20
421
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri, Bulvar küçəsində, yerləşən “MİDA” yaşayış kompleksində “Yanğınların söndürülməsi və insanların təxliyyəsinin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.
Bu barədə Citypost.az FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd çoxmərtəbəli yaşayış binalarında yanğınlar zamanı əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu tipli obyektlərdə yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə aidiyyəti heyətin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlim zamanı kompleksdə yerləşən binaların birində şərti yanğın yerinə operativ çatan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri sakinlərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.
Həmçinin oxuyun
Təlimə Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri, Sumqayıt Regional Mərkəzinin ümumilikdə 8 ədəd texnika və 40 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin 9-cu iclası çərçivəsində TDT-nin Baş katibi, səfir Kubanıçbek Ömüralıyev ilə görüşüb.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, görüş zamanı Türk dünyasında ümumi və ali təhsil sahələrində birgə proqram və təşəbbüslərin həyata keçirilməsi, eləcə də Nazirlər iclası çərçivəsində qəbul olunmuş əsas qərarlar müzakirə edilib. Tərəflər həmçinin TDT çərçivəsində təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar....
09 İyun 2026, 11:55
DİN qanunsuz saxlanılan silahlarla bağlı müraciət edib
İyunun 8-də polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 100 ədəd müxtəlif çaplı patronun aşkar edilərək götürülüb.Bu barədə Citypost.az Daxili İşlər Nazirliyindən məlumat verilib.DİN vətəndaşlara qanunsuz saxlanılan odlu silah və sursatları könüllü qaydada polis orqanlarına təhvil verməyin vacibliyini bir daha xatırladıb."Qanunsuz saxlanılan silah və sursatlar bədbəxt hadisələrə, ağır cinayətlərə və insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər. Vətəndaşlardan belə hallarla qarşılaşdıqda dərhal polisə məlumat vermələri və ictimai təhlükəsizliyin təmin olunmasına dəstək göstərmələri xahiş olunur. Qanunvericiliyə əsasən, qanunsuz saxlanılan odlu silah və sursatları könüllü qaydada polis...
09 İyun 2026, 11:13
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.Xəbərə görə, Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 32 kiloqram 365 qram narkotik vasitə (27 kiloqram 65 qram marixuana, 5 kiloqram 300 qram heroin) və 7200 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir....
09 İyun 2026, 11:04
Azərbaycan parlamenti büdcənin icrasını müzakirə edir
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başlayıb.Citypost.az xəbər verir ki, iclasda "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilir.Sənəd parlamentə iyunun 8-də daxil olub.Ötən il büdcənin gəlirləri 39 milyard 184,6 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,4 %, proqnozdan isə 2,2 % çoxdur. Büdcənin xərcləri isə 38 milyard 604,6 milyon manat olub ki, bu da illik müqayisədə 2,4 % çox, proqnozdan isə 6,8 % azdır.İl ərzində büdcənin profisiti 580 milyon manat və yaxud ÜDM-in 0,45 %-ni təşkil edib. Profisitin yaranmasına səbəb büdcəyə daxilolmalar üzrə proqnozun artıqlaması ilə təmin edilməsi, eləcə də...
09 İyun 2026, 11:00
Jurnalist: Şəhid ailələri ilə bağlı mübahisələrin detallı yayımlanmasına qadağa qoyulmalıdır
Jurnalist Fatimə Hüseynova-Şirnova şəhid ailələri arasında baş verən mübahisələr, narazılıqlar və bu zəmində törədilən hadisələrin mediada geniş şəkildə işıqlandırılmasına münasibət bildirib.Citypost.az xəbər verir ki, qeyd edib ki, şəhid valideynləri ilə şəhidin öz ailəsi arasında yaranan münaqişələrin, eləcə də bu səbəbdən baş verən cinayət və digər hadisələrin təfərrüatlı formada yayılması cəmiyyət üçün mənfi nəticələr doğurur.Jurnalistin fikrincə, dövlət bu cür məlumatların yayılmasına dair daha sərt tənzimləmə mexanizmləri tətbiq etməlidir.“İstəyirsiniz buna senzura deyin, istəyirsiniz söz azadlığının məhdudlaşdırılması adlandırın. Hesab edirəm ki, bu mövzuda nəinki xəbər materiallarında, hətta sosial şəbəkələrdə paylaşılan statuslarda da hadisələrin detallı şəkildə açıqlanmasına görə məsuliyyət müəyyənləşdirilməli və bu qaydalar ciddi...
09 İyun 2026, 10:50
XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib
Məlumdur ki, mövcud beynəlxalq təhlükəsizlik mühitində daha da artan gərginlik, müxtəlif regionlarda, o cümlədən Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqdadır. Təəssüf ki, belə ərazilərdə olan Azərbaycan vətəndaşlarının silahlı toqquşmalar və hərbi əməliyyatlar nəticəsində həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları qeydə alınır.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.Bəyanatda bildirilib ki, bu cür hadisələr münaqişə zonalarında və onların yaxınlığında yerləşən ərazilərdə təhlükəsizlik risklərinin son dərəcə yüksək olduğunu bir daha nümayiş etdirir və həmin bölgələrə səfər edən və ya fəaliyyət göstərən vətəndaşlarımızın...
09 İyun 2026, 10:34