Bizə yazın

Baku

-°C

USD

-

Sürücülər arasında insidentə görə bir nəfər saxlanılıb

Cəmiyyət 09 İyun 2026, 12:05

510

İyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində “Mercedes” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

DİN-in Mətbuat Xidmətindən Citypost.az-a  bildirilib ki, araşdırmalarla “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Polis avtomobil yoluna çıxan qadınla bağlı açıqlama verib 

Paytaxtın Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekvat hərəkətlər edən qadın polis əməkdaşları tərəfindən müəyyən olunub.Citypost.az xəbər verir ki, araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb.Onun sağlamlıq vəziyyəti nəzarə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

09 İyun 2026, 13:47

Taleh Qaraşova qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verilib 

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova sui-qəsd hazırlamaqda ittiham olunan Bəhruz Əskərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində qərar qəbul edilib.Qərara əsasən, şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Bəhruz Əskərov 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.Xatırladaq ki, Bəhruz Əskərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə...

09 İyun 2026, 13:22

SÖZÜN ÇIRAĞI  - AYB-nin sədri Anar haqqında ədəbi-publisistik esse

Azərbaycan ədəbiyyatının çağdaş tarixində elə adlar var ki, onlar təkcə bir yazıçı kimi deyil, bütöv bir mənəvi sistem kimi qəbul olunur. Bu adlardan biri – Anar Rzayev – zamanın sərhədlərini aşaraq milli yaddaşın, ədəbi vicdanın və söz nəfəsinin daşıyıcısına çevrilmiş nadir sənətkarlardandır.Biz – sözə könül verən yazarlar üçün Anar yalnız müəllif deyil, həm də məktəbdir. Onun yaradıcılığına baxdıqda Azərbaycan insanının keçdiyi mənəvi yolları, yaşadığı daxili ziddiyyətləri, sevinc və ağrılarını görürük. Bu baxımdan Anar ədəbiyyatı təkcə bədii mətnlər toplusu deyil, xalqın ruhunun bədii salnaməsidir.Yaddaşın daşıyıcısıHər xalqın yaddaşı onun ədəbiyyatında yaşayır. Anarın əsərləri isə bu yaddaşı qoruyub saxlayan canlı mətnlərdir. O, keçmişi...

09 İyun 2026, 13:09

Fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib 

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Yasamal rayonu Bakı Baş Səhiyyə Mərkəzində, Aran RM tərəfindən Yevlax şəhər İcra Hakimiyyəti başçısının Nemətabad kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində və Yevlax rayonu Aran qəsəbə 2 nömrəli tam orta məktəbində, Gəncə RM tərəfindən Göygöl Şərab Zavodu ASC-də, Qarabağ RM tərəfindən Tərtər şəhər 5 nömrəli körpələr evi-uşaq baxçasında, Muğan RM tərəfindən Şirvan şəhər...

09 İyun 2026, 13:03

Sabah Bakıda 32 dərəcə isti olacaq 

İyunun 10-da gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraitiBildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 17-19° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.İyunun 10-u Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman...

09 İyun 2026, 12:50

İrpendəki Zərifə Əliyeva adına liseyin şagirdləri və müəllimləri Azərbaycandadırlar 

Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına Humanitar "Linqvist" liseyinin bir qrup şagirdi və müəllimi Azərbaycana gəlib.Citypost.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial şəbəkələrdə məlumat verib.Onun sözlərinə görə, səfər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəvəti ilə təşkil olunub.Səfər çərçivəsində ukraynalı məktəblilər Bakı, Qəbələ, Şəki və Zaqatalada olacaq, burada Azərbaycanın zəngin mədəni irsi, ənənələri və müasir inkişafı ilə tanış olacaqlar."Belə təşəbbüslər Ukrayna və Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfədir, ukraynalı uşaqların inkişafı, istirahəti və mədəniyyətlərarası dialoqu üçün yeni imkanlar yaradır", - o qeyd edib.Bununla yanaşı, diplomat Ukraynaya dəstəyə və ukraynalı uşaqlara göstərilən qayğıya görə SOCAR-a və...

09 İyun 2026, 12:38