Bizə yazın

Baku

-°C

USD

-

AQP: Mayda daşınmaz əmlak bazarında qiymətlər 6 % artıb 

Cəmiyyət 09 İyun 2026, 14:03

387

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) Kompozit daşınmaz əmlak qiymətləri may ayında 106,0 səviyyəsində formalaşıb və 2025-ci ilin dekabr ayı ilə müqayisədə bazarda orta hesabla 6 % artım baş verib.

Palatadan Citypost.az-a verilən məlumata görə, may ayı ərzində daşınmaz əmlak bazarında ümumi artım tendensiyası davam edib və ayrı-ayrı seqmentlər üzrə dinamika fərqli xüsusiyyətlərlə diqqət çəkib.

Aparılan kompleks analizlər göstərir ki, bazarın əsas hərəkətverici qüvvəsi torpaq seqmenti olub. Bakı şəhəri üzrə torpaq bazarında qiymət 116,0 səviyyəsinə yüksələrək bütün daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım nümayiş etdirib. Ekspertlər xüsusilə development potensialına malik torpaq sahələrinə, çoxmənzilli yaşayış və kommersiya layihələri üçün nəzərdə tutulan ərazilərə investisiya marağının artmasını bu yüksəlişin əsas səbəbi hesab edirlər. Premium və periferiya zonaları arasında qiymət fərqlərinin hələ də yüksək səviyyədə qalması torpaq bazarının struktur xüsusiyyətlərini qoruduğunu göstərir.

Eyni zamanda, yeni tikili mənzillər bazarı öz lider mövqeyini və yüksək likvidliyini saxlaya bilib. May ayında bu seqment üzrə qiymətin 104,2 səviyyəsində formalaşması bazarda sabit tələbin davam etdiyini təsdiqləyir. Premium yaşayış kompleksləri, xüsusilə şəhərin mərkəzi hissələrində və "Ağ Şəhər" layihəsi ətrafında yerləşən obyektlər qiymətlərin artımını dəstəkləməyə davam edib. Bununla yanaşı, median, orta və orta çəkili qiymətlər arasında fərqin minimal olması bazarın statistik baxımdan balanslı və sağlam inkişaf etdiyini göstərən əsas meyarlardandır.

Köhnə tikili mənzillər bazarında isə artım meyilləri daha məhdud çərçivədə qeydə alınıb. Bu seqmentdə indeks 102,6 səviyyəsində formalaşıb və bazarın artıq sürətli qiymət artımı mərhələsini başa vuraraq daha sabit inkişaf fazasına keçib. Premium rayonlarda qiymətlər yüksək səviyyədə qalsa da, kütləvi yaşayış seqmentində artım tempi nisbətən zəifləyib.

Fərdi yaşayış evləri bazarında da müsbət dinamika qorunaraq may ayında indeks 103,1 səviyyəsinə yüksəlib. Bununla belə aprel ayı ilə müqayisədə artım tempinin azalması bazarın tədricən tarazlaşdığını göstərir. Bu seqmentdə torpaq komponenti əsas qiymət formalaşdırıcı amil olaraq qalmaqda davam edir.

Kommersiya daşınmaz əmlakı bazarında isə hesabat ayında fərqli bir mənzərə müşahidə olunub. Satış bazarında indeks 100,8 səviyyəsində qalaraq demək olar ki, sabit dinamika nümayiş etdirdiyi halda, kommersiya obyektlərinin icarə bazarında indeks ciddi artımla 106,4 səviyyəsinə yüksəlib. Bu artım xüsusilə ticarət sahələri və mərkəzi biznes zonalarında yerləşən ofis obyektlərinə tələbin yüksəlməsi ilə əlaqələndirilir. Ölkədə biznes aktivliyinin genişlənməsi və xidmət sektorundakı inkişaf kommersiya icarə bazarını dəstəkləyən əsas daxili faktorlar olub.

Mənzil kirayəsi bazarında yüksək sabitlik izlənilib. Yeni tikili mənzillərin kirayə bazarında indeks 101,6, köhnə tikili mənzillərin kirayə bazarında isə 100 səviyyəsində formalaşıb. Bu göstəricilər kirayə bazarının əsasən əhalinin real ödəmə qabiliyyəti və uzunmüddətli yaşayış tələbi əsasında tənzimləndiyini göstərir. Beləliklə, satış bazarında müşahidə olunan qiymət artımları kirayə seqmentinə tam həcmdə ötürülməyib.

Mayda diqqət çəkən digər maraqlı seqment qaraj bazarı ilə bağlı olub. İndeksin 109,5 səviyyəsinə yüksəlməsi mərkəzi rayonlarda parklanma yerlərinə artan tələbin və premium qaraj satışlarının bazara birbaşa təsirini əks etdirir. Bununla belə, bu seqmentin ümumi həcminin kiçik olması səbəbindən ayrı-ayrı əməliyyatların ümumi göstəricilərə təsiri daha yüksək qalır.

Ümumilikdə, may ayının nəticələri göstərir ki, Azərbaycan daşınmaz əmlak bazarı 2026-cı ilin ikinci rübündə sağlam və balanslı inkişafını davam etdirir. Ən yüksək artım investisiya yönümlü torpaq bazarında müşahidə olunsa da, mənzil və kommersiya seqmentlərində daha sabit və idarəolunan dinamika formalaşmışdır. Bazarın əsas xüsusiyyəti artıq sürətli qiymət sıçrayışlarından uzaqlaşaraq daha dayanıqlı artım mərhələsinə keçməsidir.

AQP-nin peşəkar qiymətləndirmələrinə əsasən, 2026-cı ilin ikinci yarısında da bazarda mülayim artım tendensiyasının davam edəcəyi, əsas aktivliyin torpaq, yeni tikili mənzillər və kommersiya icarə seqmentlərində cəmləşəcəyi gözlənilir. Mövcud makroiqtisadi və statistik göstəricilər daşınmaz əmlak bazarında sistemli risklərin aşağı səviyyədə qaldığını və bazarın ümumi tarazlığını qoruduğunu təsdiqləyir.

Xatırladaq ki, AQP dövrü olaraq hər ay daşınmaz əmlak, avtomobil və tikinti indekslərini açıqlayır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

85 İLLİK ÖMRÜN İŞIĞINDA: PROFESSOR HAFİZ PAŞAYEV HAQQINDA DÜŞÜNCƏLƏRİM   

Şəfibəyli Hüseyin yazır:Bəzən insan həyatda elə adamlarla qarşılaşır ki, onlarla görüşdükdən sonra daxilində qəribə bir rahatlıq yaranır. Sanki uzun illərdir tanıdığın, hörmət etdiyin bir insanla söhbət etmisən. Hafiz Paşayev mənim yaddaşımda məhz belə qalan insanlardandır.Onun adını illərlə eşitmişdim. Görkəmli alim, diplomat, ADA Universitetinin qurucusu kimi tanıyırdım. Ancaq etiraf edim ki, insanı yaxından tanımadan onun haqqında tam fikir formalaşdırmaq olmur.Ötən il qızım Nəsrinlə birlikdə ADA Universitetində Hafiz müəllimlə görüşmək imkanımız oldu. Bu görüş mənim üçün sadəcə bir tanışlıq deyildi. O gün mən yalnız böyük vəzifələr daşımış bir dövlət xadimini deyil, həm də böyük ürəyə malik bir insanı tanıdım.Nəsrinin həm memarlıq sahəsində...

09 İyun 2026, 15:48

Hikmət Hacıyev: Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 427-yə çatıb 

Geniş yayılmış mina çirklənməsi məcburi köçkün ailələrinin təhlükəsiz qayıdışına, azad olunmuş ərazilərin yenidən qurulmasına, iqtisadi inkişafa və kənd təsərrüfatına əsas maneə olmaqda davam edir.Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.Onun sözlərinə görə, minalar Ermənistan-Azərbaycan münaqişəsinin ən ağır mirası olaraq qalır və aktiv döyüşlərdən sonra da can almağa davam edir. Belə ki, 2020-ci il noyabrın 10-dan 2026-cı il iyunun 9-dək Azərbaycanda 264 mina hadisəsi baş verib, nəticədə 427 nəfər minaya düşüb, onlardan 73-ü həlak olub, 354-ü isə xəsarət alıb.Hikmət Hacıyev qeyd edib ki, mina qurbanlarının arasında 231...

09 İyun 2026, 15:47

Təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim keçirilib 

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris-Simulyasiya və Akkreditasiya Mərkəzində təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim təşkil olunub.Citypost.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.Təlimin məqsədi təcili hallarda qərarvermə, pasiyentin vəziyyətinin operativ qiymətləndirilməsi, ilkin tibbi yardımın təşkili və məhdud zaman şəraitində effektiv müdaxilə bacarıqlarının təkmilləşdirilməsi olub.Proqram çərçivəsində iştirakçılar hava yolunun açıqlığının təmin edilməsi, tənəffüs və qan dövranının qiymətləndirilməsi, eləcə də həyati təhlükə yaradan vəziyyətlərdə ilkin müdaxilə prinsipləri üzrə nəzəri və praktiki biliklər əldə ediblər.Təlim zamanı şok vəziyyətlərinin və ürək ritm pozğunluqlarının tanınması, təxirəsalınmaz hallarda düzgün qərarvermə və müdaxilə alqoritmləri üzrə praktiki məşğələlər keçirilib.Təlim real klinik...

09 İyun 2026, 15:45

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb 

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası iyunun 12-də keçiriləcək.Citypost.az xəbər verir ki, iclasın gündəliyinə 10 məsələnin müzakirəsi daxil edilib.Həmin məsələlər aşağıdakılardır:1. "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).2. "Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi.3. "Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi.4. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Tənzimlənən qiymətlər haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.5. "Azərbaycanın mədəniyyət paytaxtı...

09 İyun 2026, 15:42

Zərdabda barama tədarükünə başlanılıb 

Bu gündən etibarən, Zərdab rayonunda barama tədarükünə başlanılıb."Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, iyunun 9-da 30-a yaxın kümçü 1 kiloqramı 11 manatdan hesablanmaqla təqribən 1,5 ton baramanı tədarük məntəqəsinə təhvil verib.Qeyd olunub ki, rayon kümçülərinə 1 kq barama üçün ödənilən 11 manatın 5 manatı tədarükçü, 6 manatı isə dövlət tərəfindən subsidiya şəklində təqdim olunur.Bildirilib ki, cari ildə rayona 650 qutu barama qurdu gətirilib və 253 kümçü arasında bölüşdürülüb. Zərdabda 2025-ci ildə 32 ton təşkil edən barama istehsalının bu il daha da artacağı proqnozlaşdırılır....

09 İyun 2026, 15:25

Rusiyanın zərbələri nəticəsində Ukraynanın beş vilayəti elektrik enerjisiz qalıb 

Rusiya ordusunun hücumu nəticəsində Ukraynanın Çerniqov, Xarkov, Sumı, Dnepropetrovsk və Zaporojye vilayətləri elektrik enerjisiz qalıb."Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə "Ukrenеrqо" milli enerji şirkətindən bildirilib.Təhlükəsizliklə bağlı vəziyyətin imkan verdiyi yerlərdə qəza-bərpa işlərinə başlanılıb.Bundan başqa, əlverişsiz hava şəraiti səbəbindən Sumı və Kiyev vilayətlərində 40-dan çox yaşayış məntəqəsi elektrik enerjisiz qalıb. Təmir briqadaları zədələnmiş elektrik ötürmə xətlərinin bərpası ilə məşğuldur.Sistem operatorunun məlumatına görə, çərşənbə axşamı səhər saatlarında ölkədə elektrik enerjisi istehlakı əvvəlki günlə müqayisədə 3,5 % azalıb. "Ukrenerqo" bunu günəş elektrik stansiyalarının səmərəli işləməsinə kömək edən və enerji sisteminin yükünü azaldan əlverişli hava şəraiti ilə izah edir....

09 İyun 2026, 15:05