Bizə yazın

Baku

-°C

USD

-

BŞTİ-nin tabeliyindəki məktəbləri 87 519 şagird bitirir 

Cəmiyyət 09 İyun 2026, 14:30

487

2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 50 219, XI siniflərini 37 222, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 78 nəfər bitirir.

Citypost.az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Belə ki, paytaxtdakı ümumi təhsil müəssisələri üzrə 41 941 nəfər I sinfi başa vurur.

Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 530 988 şagird təhsil alır. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 32 052 müəllim fəaliyyət göstərir.

2025-2026-cı tədris ilində paytaxt üzrə ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarını 21 384 uşaq başa vurub.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 371 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Turan Tovuz" Şəhriyar Əliyevlə vidalaşıb 

"Turan Tovuz" Şəhriyar Əliyevlə vidalaşıb.Bu barədə Citypost.az-a klubdan bildirilib.Müdafiəçi ilə müddəti başa çatan müqavilə yenilənməyib.Qeyd edək ki, 2022/2023 mövsümündən "Turan Tovuz"un formasını geyinirdi.

09 İyun 2026, 16:33

Qaqik Tsarukyana qarşı vergidən yayınma maddəsi ilə cinayət işi başlanıb 

İş adamı və “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan barəsində cinayət işi başlanıb.“Armenpress” xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan məlumat verilib.Tsarukyana qarşı xüsusilə külli miqdarda vergi ödəməkdən yayınma maddəsi ilə cinayət işi başlanıb.

09 İyun 2026, 16:25

"Dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə qaydaları" təsdiq edilib 

Nazirlər Kabineti "Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları"nı təsdiq edib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Qərara əsasən, infrastrukturun saxlanmasını və ondan istifadənin idarə olunmasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, eləcə də Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) təklifləri nəzərə alınmaqla infrastruktur sahibi həyata keçirir.

09 İyun 2026, 16:19

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib 

"İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilib.Citypost.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının say həddi 20-dən 50-ə qaldırılıb.

09 İyun 2026, 16:16

Sloveniya Prezidenti Azərbaycan liderini təbrik edib 

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musar Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Zati-aliləri.Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sloveniya Respublikasının xalqı adından və öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm.Ölkələrimiz arasındakı davamlı konstruktiv əməkdaşlıq və dostluq münasibətlərindən çox məmnunam. Əminəm ki, qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə ikitərəfli əlaqələrimizi dərinləşdirəcək və bir çox sahələrdə əməkdaşlığı daha da inkişaf etdirəcəyik.Həm Sloveniya, həm də Azərbaycan beynəlxalq sabitliyə və davamlı inkişafa sadiq qaldığı üçün inanıram ki, Avropa və beynəlxalq birlik çərçivəsində əməkdaşlığımız daha da genişlənəcək və möhkəmlənəcək.Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və yaxşı münasibətlərin qurulması istiqamətində davam edən səylərinizi yüksək qiymətləndirirəm və...

09 İyun 2026, 16:14

Qaçqınkomda vətəndaşların növbəti qəbulu keçirilib 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.Citypost.az xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub....

09 İyun 2026, 16:02