Bizə yazın

Baku

-°C

USD

-

85 İLLİK ÖMRÜN İŞIĞINDA: PROFESSOR HAFİZ PAŞAYEV HAQQINDA DÜŞÜNCƏLƏRİM   

Cəmiyyət 09 İyun 2026, 15:48

587

Şəfibəyli Hüseyin yazır:

Bəzən insan həyatda elə adamlarla qarşılaşır ki, onlarla görüşdükdən sonra daxilində qəribə bir rahatlıq yaranır. Sanki uzun illərdir tanıdığın, hörmət etdiyin bir insanla söhbət etmisən. Hafiz Paşayev mənim yaddaşımda məhz belə qalan insanlardandır.

Onun adını illərlə eşitmişdim. Görkəmli alim, diplomat, ADA Universitetinin qurucusu kimi tanıyırdım. Ancaq etiraf edim ki, insanı yaxından tanımadan onun haqqında tam fikir formalaşdırmaq olmur.

Ötən il qızım Nəsrinlə birlikdə ADA Universitetində Hafiz müəllimlə görüşmək imkanımız oldu. Bu görüş mənim üçün sadəcə bir tanışlıq deyildi. O gün mən yalnız böyük vəzifələr daşımış bir dövlət xadimini deyil, həm də böyük ürəyə malik bir insanı tanıdım.

Nəsrinin həm memarlıq sahəsində təhsil aldığını, həm də Muğam müsabiqəsinin diplomantı olduğunu eşidəndə onun maraqla verdiyi suallar, səmimi münasibəti və xoş sözləri qızımın da, mənim də yaddaşımızda qaldı. O, gənclərin uğuruna sevinən, onların gələcəyini düşünən bir müəllim kimi danışırdı.

Məni ən çox təsirləndirən isə onun sadəliyi oldu. İllərlə Azərbaycanın adını dünyanın ən böyük siyasi mərkəzlərində təmsil etmiş bir insanın tələbələri ilə eyni masada əyləşməsi, onlarla birlikdə nahar etməsi, hər kəsə eyni diqqət göstərməsi mənə çox şey anlatdı.

Həmin gün mən Hafiz müəllimin böyüklüyünü vəzifəsində yox, sadəliyində gördüm.

Mən Cənubi Azərbaycanın ab-havasında böyümüş bir insanam. Hafiz müəllimin ailəsinin bağlı olduğu Sofyanın Əndəbil kəndinin ,Təbrizin adı çəkiləndə içimdə qəribə bir doğmalıq hissi oyanırdı. Bəzən insanları yaxınlaşdıran yalnız tanışlıq olmur. Eyni torpağın qoxusu, eyni yurdun xatirələri, eyni mənəvi dəyərlər də insanları bir-birinə bağlayır.

Bu gün Hafiz müəllimin 85 illik yubileyində mən ona yalnız görkəmli diplomat, alim və təhsil təşkilatçısı kimi baxmıram. Mən onu Azərbaycanı sevən, insanlara dəyər verən, sadəliyi ilə hörmət qazanan böyük bir ziyalı kimi görürəm.

Hafiz müəllim, Sizə möhkəm cansağlığı, uzun ömür və yeni uğurlar arzulayıram. Allah Sizə can sağlığı versin ki, yetişdirdiyiniz tələbələrin, xidmət etdiyiniz Azərbaycanın uğurlarını uzun illər görəsiniz.

Sizinlə olan qısa görüşümüz mənim yaddaşımda həmişə xoş bir xatirə kimi yaşayacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Vyetnamın Baş prokuroru “ASAN xidmət”də oldu

Vyetnam Sosialist Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Nguyen Tienin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.Bu barədə Citypost.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bildirilib ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və burada tətbiq olunan innovasiyalar barədə ətraflı məlumat verib. “ASAN xidmət” təcrübəsinin intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olublar....

09 İyun 2026, 17:09

 Xəyal Əliyev müalicə üçün Madridə yollanıb 

Azərbaycan millisinin futbolçusu Xəyal Əliyev komandanın düşərgəsindən ayrılıb.Bu barədə Citypost.az AFFA-dan məlumat verilib.Macarıstanın Sombatxey şəhərində iyunun 5-də Malta yığmasına qarşı keçirilən yoldaşlıq görüşündə (0:2) zədələnən oyunçu müalicə olunmaq üçün İspaniyanın paytaxtı Madridə gedib.Xatırladaq ki, Azərbaycan millisi bu gün San Marino ilə üz-üzə gələcək. Görüş "Haladaş" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

09 İyun 2026, 17:00

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı və Xüsusi Riskli Xilasetmə Xidmətinin iştirakı ilə Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 19 nömrəli Yanğından Mühafizə Hissəsində “açıq qapı günü” tədbiri keçirilib.Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Avropa Azərbaycan Məktəbinin şagirdləri və müəllimlərinin iştirak etdikləri tədbirin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürən və xilasedicilərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.“Açıq qapı günü” tədbirində iştirakçılara yanğınsöndürən və xilasedicilərin gündəlik rejim qaydaları və hissənin fəaliyyəti haqqında ətraflı məlumat...

09 İyun 2026, 16:53

Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib 

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Birləşmiş Ərəb Əmirliklərinin G42 “Presight” şirkəti ilə tərəfdaşlıq çərçivəsində “Rəqəmsal məktəb” platformasında şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib.Bu barədə Citypost.az-a Nazirlikdən məlumat verilib.Bildirilib ki, rəqəmsal köməkçi şagirdlərin gündəlik öyrənmə prosesində fərdi dəstək almasına, dərs mövzularını daha asan mənimsəməsinə və suallarına cavab tapmasına imkan yaradır. Həmçinin müxtəlif fənlər üzrə şagirdlərin suallarını cavablandırır, mürəkkəb mövzuları sadə dildə izah edir, anlayışları mərhələli şəkildə açıqlayır və müstəqil öyrənmə bacarıqlarının inkişafına dəstək göstərir."Süni intellekt əsaslı mentor hər bir şagirdlə fərdi ünsiyyət quraraq onun öyrənmə tempinə uyğun dəstək təqdim edir. Çətin fizika mövzusunun izahı və ya məktəbdən sonra riyaziyyat...

09 İyun 2026, 16:49

"BakıKart"ın qiyməti bahalaşdı 

İctimai nəqliyyatda rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi, xidmət keyfiyyətinin artırılması və kart infrastrukturunun davamlı inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 1 iyul 2026-cı il tarixindən etibarən "BakıKart" kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək.Citypost.az-a xəbər verir ki, bu barədə “Bakıkart” məlumat yayıb.Bildirilib ki, "BakıKart" kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib.Bu dövr ərzində kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb.Son illər ərzində ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. Sərnişinlər hazırda "BakıKart" kartları ilə yanaşı, NFC texnologiyası vasitəsilə bank kartları,...

09 İyun 2026, 16:43

"Turan Tovuz" Şəhriyar Əliyevlə vidalaşıb 

"Turan Tovuz" Şəhriyar Əliyevlə vidalaşıb.Bu barədə Citypost.az-a klubdan bildirilib.Müdafiəçi ilə müddəti başa çatan müqavilə yenilənməyib.Qeyd edək ki, 2022/2023 mövsümündən "Turan Tovuz"un formasını geyinirdi.

09 İyun 2026, 16:33