Bizə yazın

Baku

-°C

USD

-

Qaçqınkomda vətəndaşların növbəti qəbulu keçirilib 

Cəmiyyət 09 İyun 2026, 16:02

478

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

Citypost.az xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.

Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.

Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Naxçıvanın təhsil müəssisələrində yeni laboratoriyalar yaradılıb 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp şirkəti arasında cari il aprelin 10-da imzalanmış əməkdaşlıq sazişi çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində yeni laboratoriyalar yaradılıb.Nazirliyin mətbuat xidmətindən Citypost.az-a bildirilib ki, laboratoriyalarda müasir mebel avadanlıqları quraşdırılıb, lazımi avadanlıqlarla təchiz olunaraq müasir tədris şəraiti yaradılıb.Qeyd edək ki, sazişə əsasən, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində 2 yeni istehsalat emalatxanasının da yaradılmasına başlanılıb. İstehsalat emalatxanasının sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulur.Saziş çərçivəsində, həmçinin bp tərəfindən muxtar respublikanın ümumtəhsil müəssisələrində tədris aparan 30 nəfər perspektivli və metodoloji dəstəyə ehtiyacı olan ingilis dili müəlliminin ixtisasartırma və təlim proqramlarına cəlbi, istedadlı şagirdlərin...

09 İyun 2026, 17:40

Sosial Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq tədbirlərdə iştirak ediblər 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları peşəkar bilik və bacarıqların artırılması, beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Macarıstan və Türkiyədə səfərdə olublar.Bu barədə Citypost.az-a agentlikdən məlumat verilib.Bildirilib ki, Macarıstanda keçirilən beynəlxalq konfransda məişət zorakılığı törədən şəxslər üçün proqramların hazırlanması, tətbiqi və qiymətləndirilməsi üzrə mövcud təcrübə və yanaşmalar müzakirə olunub, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.Türkiyədə təşkil edilən tədbirlər çərçivəsində “Anka Uşaq Dəstəyi Proqramı”nın tətbiqi ilə bağlı təcrübənin öyrənilməsi və peşəkar bacarıqların artırılması məqsədilə aidiyyəti uşaq müəssisələrinə səfər təşkil edilib. Səfər çərçivəsində iştirakçılar müəssisələrin fəaliyyəti, uşaqlarla iş sahəsində tətbiq olunan metodlar və xidmət modelləri ilə...

09 İyun 2026, 17:21

Vyetnamın Baş prokuroru “ASAN xidmət”də oldu

Vyetnam Sosialist Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Nguyen Tienin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.Bu barədə Citypost.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bildirilib ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və burada tətbiq olunan innovasiyalar barədə ətraflı məlumat verib. “ASAN xidmət” təcrübəsinin intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olublar....

09 İyun 2026, 17:09

 Xəyal Əliyev müalicə üçün Madridə yollanıb 

Azərbaycan millisinin futbolçusu Xəyal Əliyev komandanın düşərgəsindən ayrılıb.Bu barədə Citypost.az AFFA-dan məlumat verilib.Macarıstanın Sombatxey şəhərində iyunun 5-də Malta yığmasına qarşı keçirilən yoldaşlıq görüşündə (0:2) zədələnən oyunçu müalicə olunmaq üçün İspaniyanın paytaxtı Madridə gedib.Xatırladaq ki, Azərbaycan millisi bu gün San Marino ilə üz-üzə gələcək. Görüş "Haladaş" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

09 İyun 2026, 17:00

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı və Xüsusi Riskli Xilasetmə Xidmətinin iştirakı ilə Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 19 nömrəli Yanğından Mühafizə Hissəsində “açıq qapı günü” tədbiri keçirilib.Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Avropa Azərbaycan Məktəbinin şagirdləri və müəllimlərinin iştirak etdikləri tədbirin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürən və xilasedicilərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.“Açıq qapı günü” tədbirində iştirakçılara yanğınsöndürən və xilasedicilərin gündəlik rejim qaydaları və hissənin fəaliyyəti haqqında ətraflı məlumat...

09 İyun 2026, 16:53

Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib 

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Birləşmiş Ərəb Əmirliklərinin G42 “Presight” şirkəti ilə tərəfdaşlıq çərçivəsində “Rəqəmsal məktəb” platformasında şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib.Bu barədə Citypost.az-a Nazirlikdən məlumat verilib.Bildirilib ki, rəqəmsal köməkçi şagirdlərin gündəlik öyrənmə prosesində fərdi dəstək almasına, dərs mövzularını daha asan mənimsəməsinə və suallarına cavab tapmasına imkan yaradır. Həmçinin müxtəlif fənlər üzrə şagirdlərin suallarını cavablandırır, mürəkkəb mövzuları sadə dildə izah edir, anlayışları mərhələli şəkildə açıqlayır və müstəqil öyrənmə bacarıqlarının inkişafına dəstək göstərir."Süni intellekt əsaslı mentor hər bir şagirdlə fərdi ünsiyyət quraraq onun öyrənmə tempinə uyğun dəstək təqdim edir. Çətin fizika mövzusunun izahı və ya məktəbdən sonra riyaziyyat...

09 İyun 2026, 16:49