Bizə yazın

Baku

-°C

USD

-

Prezident mühüm Fərman İMZALADI: Sentyabrın 1-dən qüvvəyə minir 

Cəmiyyət 09 İyun 2026, 20:14

382

Prezident İlham Əliyev qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

CityPost.az-ın   xəbərinə görə, Fərmanda qeyd edilib ki, Qeyri-neft-qaz sektorunun inkişafı ölkənin iqtisadi dayanıqlılığının gücləndirilməsi, dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslərin, qlobal tədarük zəncirindəki qırılmaların və xarici bazarlardakı qeyri-sabitliyin milli iqtisadiyyata mənfi təsirlərinin minimallaşdırılması, habelə ölkənin strateji iqtisadi suverenliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir:

"Qeyri-neft-qaz sektorunun strukturunda qeydə alınan müsbət dinamikaya baxmayaraq, yerli malların xarici bazarlara, eləcə də Naxçıvan Muxtar Respublikasında istehsal olunmuş malların Azərbaycan Respublikasının digər ərazilərinə çıxış imkanları hələ də məhduddur.

Qeyri-neft-qaz sektorunun ixrac potensialının tam reallaşdırılmasına, habelə blokada şəraitində olması da nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasında istehsal edilən malların ölkənin digər ərazilərinə daşınmasına mane olan ən mühüm səbəblərdən biri logistik xərclərin yüksəkliyidir. Xüsusilə, yerli qeyri-neft-qaz mallarının ənənəvi bazarlardan kənar yeni və alternativ xarici bazarlara yönəldilməsi zamanı yaranan yüksək nəqliyyat-daşıma xərcləri ixracatçıların rəqabət imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Logistik zəncirin mürəkkəbliyi və uzaq məsafəli daşımaların malın maya dəyərindəki xüsusi çəkisinin yüksək olması ixracın mallar üzrə və coğrafi şaxələndirilməsinə maneə yaradan amillərdən biridir. Bu isə nəticə etibarilə qeyri-neft-qaz mallarının ümumi ixracdakı payının potensial imkanlardan aşağı qalmasına səbəb olur".

Fərmana əsasən, Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı onların daşınması üçün çəkilmiş xərclərə görə həmin malların növündən, gömrük dəyərindən, ixrac edildiyi ölkədən və nəqliyyat növündən asılı olaraq, dövlət büdcəsinin vəsaiti hesabına daşıma dəstəyi məbləği ödəniləcək.

Həmçinin Naxçıvan Muxtar Respublikasında istehsal olunan Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının Azərbaycan Respublikasının digər ərazilərinə quru yolu ilə daşınması üçün çəkilmiş xərclərə görə dövlət büdcəsinin vəsaiti hesabına daşıma dəstəyi məbləği ödəniləcək.

Fərmanla müəyyən edilib ki, ixrac daşıma dəstəyi məbləği aşağıdakılar əsasında hesablanır:

- ixrac olunan malın daşınması üçün çəkilmiş xərclərə görə nağdsız qaydada ödənilmiş məbləğin:

daşıma dəmir yolu, hava və dəniz nəqliyyatı vasitələri, habelə Azərbaycan Respublikasında qeydiyyata alınmış avtomobil nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 70 (yetmiş) faizi;

daşıma Azərbaycan Respublikasında qeydiyyata alınmamış avtomobil nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 50 (əlli) faizi;

- istifadə olunan nəqliyyat növündən asılı olaraq, ixrac edilən malın gömrük dəyərinin:

daşıma avtomobil, dəmir yolu və hava nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 15 (on beş) faizi;

daşıma dəniz nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 5 (beş) faizi;

İxrac daşıma dəstəyinin yekun məbləğini hesablanmış məbləğlərdən ən az olanı təşkil edir.

Daxili daşıma dəstəyinin məbləği Naxçıvan Muxtar Respublikasında istehsal olunan Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının Azərbaycan Respublikasının digər ərazilərinə quru yolu ilə daşınması üçün çəkilmiş nəqliyyat xərclərinə görə nağdsız qaydada ödənilmiş məbləğin 70 (yetmiş) faizini təşkil edir.

İxrac və daxili daşıma dəstəklərinin məbləğləri rüb ərzində həyata keçirilən daşımalara görə müvafiq olaraq ixracatçının və satıcının (malgöndərənin) müraciəti əsasında həmin rüb bitdikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən ödənilir.

Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti 2026-cı ildə ödənilməsinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, 2027–2036-cı illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etməli, üç ay müddətində ixrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi qaydasını, ixrac və daxili daşıma dəstəklərinin şamil olunmadığı əməliyyatların və şəxslərin siyahısını, ixrac və daxili daşıma dəstəklərinin şamil olunmadığı əməliyyatların və şəxslərin siyahısını; təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla ixrac daşıma dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac olunduğu ölkələrin (ölkə qruplarının) siyahısını, ixrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydasını, müxtəlif nəqliyyat növləri ilə (multimodal) daşımalar zamanı ixrac daşıma dəstəyi məbləğinin hesablanması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Bu Fərmanın 1 – 3-cü hissələri 2026-cı il sentyabrın 1-dən qüvvəyə minir və 2036-cı il sentyabrın 30-dək həyata keçiriləcək ixrac və daxili daşımalara münasibətdə tətbiq olunmaqla 2036-cı il dekabrın 31-dək qüvvədədir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Seyid Əli Xameneinin dəfninin vaxtı açıqlanıb 

İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi iyunun 26-dan sonra keçiriləcək.Bu barədə “Tasnim” Xameneinin əsərlərinin mühafizə və nəşri ofisinə istinadən məlumat yayıb.Bildirilib ki, Xameneinin dəfn mərasimi ilə bağlı yerli və xarici mediada yayılmış iddialar həqiqəti əks etdirmir.Xamenei ilə vida və dəfn mərasiminin Məhərrəm ayının ilk ongünlüyündən sonra keçiriləcəyi və bununla bağlı daha sonra ətraflı məlumat veriləcəyi qeyd olunub.Qeyd edək ki, İranın sabiq Ali Rəhbəri vəsiyyətinə uyğun olaraq, Məşhəddə İmam Rza türbəsində dəfn olunacaq.Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu...

09 İyun 2026, 18:43

Azərbaycanda ötən il muzeyləri ziyarət edənlərin sayı 3 milyona yaxın olub 

Azərbaycanda 2025-ci ildə muzeylərə gələn ziyarətçi sayı 3 milyona yaxın olub.Bu barədə Citypost.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.Bildirilib ki, ötən il 244 muzeyə ümumilikdə 2 milyon 637 min 100 nəfər ziyarətçi gəlib.Bu, 2024-cü illə müqayisədə, demək olar ki, eynidir. Belə ki, 2024-cü ildə muzeylərdəki ziyarətçi sayı 2 milyon 688 min nəfər olub.

09 İyun 2026, 17:50

Naxçıvanın təhsil müəssisələrində yeni laboratoriyalar yaradılıb 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp şirkəti arasında cari il aprelin 10-da imzalanmış əməkdaşlıq sazişi çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində yeni laboratoriyalar yaradılıb.Nazirliyin mətbuat xidmətindən Citypost.az-a bildirilib ki, laboratoriyalarda müasir mebel avadanlıqları quraşdırılıb, lazımi avadanlıqlarla təchiz olunaraq müasir tədris şəraiti yaradılıb.Qeyd edək ki, sazişə əsasən, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində 2 yeni istehsalat emalatxanasının da yaradılmasına başlanılıb. İstehsalat emalatxanasının sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulur.Saziş çərçivəsində, həmçinin bp tərəfindən muxtar respublikanın ümumtəhsil müəssisələrində tədris aparan 30 nəfər perspektivli və metodoloji dəstəyə ehtiyacı olan ingilis dili müəlliminin ixtisasartırma və təlim proqramlarına cəlbi, istedadlı şagirdlərin...

09 İyun 2026, 17:40

Sosial Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq tədbirlərdə iştirak ediblər 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları peşəkar bilik və bacarıqların artırılması, beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Macarıstan və Türkiyədə səfərdə olublar.Bu barədə Citypost.az-a agentlikdən məlumat verilib.Bildirilib ki, Macarıstanda keçirilən beynəlxalq konfransda məişət zorakılığı törədən şəxslər üçün proqramların hazırlanması, tətbiqi və qiymətləndirilməsi üzrə mövcud təcrübə və yanaşmalar müzakirə olunub, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.Türkiyədə təşkil edilən tədbirlər çərçivəsində “Anka Uşaq Dəstəyi Proqramı”nın tətbiqi ilə bağlı təcrübənin öyrənilməsi və peşəkar bacarıqların artırılması məqsədilə aidiyyəti uşaq müəssisələrinə səfər təşkil edilib. Səfər çərçivəsində iştirakçılar müəssisələrin fəaliyyəti, uşaqlarla iş sahəsində tətbiq olunan metodlar və xidmət modelləri ilə...

09 İyun 2026, 17:21

Vyetnamın Baş prokuroru “ASAN xidmət”də oldu

Vyetnam Sosialist Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Nguyen Tienin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.Bu barədə Citypost.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bildirilib ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və burada tətbiq olunan innovasiyalar barədə ətraflı məlumat verib. “ASAN xidmət” təcrübəsinin intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olublar....

09 İyun 2026, 17:09

 Xəyal Əliyev müalicə üçün Madridə yollanıb 

Azərbaycan millisinin futbolçusu Xəyal Əliyev komandanın düşərgəsindən ayrılıb.Bu barədə Citypost.az AFFA-dan məlumat verilib.Macarıstanın Sombatxey şəhərində iyunun 5-də Malta yığmasına qarşı keçirilən yoldaşlıq görüşündə (0:2) zədələnən oyunçu müalicə olunmaq üçün İspaniyanın paytaxtı Madridə gedib.Xatırladaq ki, Azərbaycan millisi bu gün San Marino ilə üz-üzə gələcək. Görüş "Haladaş" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

09 İyun 2026, 17:00