Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Cəmiyyət 26 Oktyabr 2026, 14:40

1467

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər.

Citypost.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Biz – Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımızı ifadə edirik.

Sizin işğaldan azad edilmiş doğma Xankəndiyə və hər bir azərbaycanlı üçün əziz olan Şuşa şəhərinə səfərinizi, Azərbaycan Respublikasına münasibətdə nümayiş etdirdiyiniz xoş məramı, Azərbaycan və İran İslam Respublikası arasında mehriban qonşuluğa verdiyiniz önəmi, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə qarşılıqlı hörmətə, etimada və səmimiyyətə əsaslanan münasibətlərinizi yüksək qiymətləndiririk.

Sizin həkim kimi onlarla azərbaycanlı pasiyenti əməliyyat etməyiniz, onlara böyük diqqət və qayğı ilə yanaşmağınız, insanlara xidmət amalınız, eləcə də ictimai xadim kimi vətəndaşlıq mövqeyiniz Azərbaycan xalqının Sizə olan rəğbətini daha da artırıb.

Hörmətli cənab Prezident!

Sizin Azərbaycan dilinə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və zəngin ədəbi irsinə bəslədiyiniz məhəbbət və hörmət təqdirəlayiqdir. Müxtəlif çıxışlarınızda ana dilində şeirlər səsləndirməyiniz, Azərbaycan atalar sözlərinə müraciət etməyiniz, ailə üzvlərinizlə doğma ana dilində ünsiyyət qurmağınız və bu dilə bağlılığınızı qürurla nümayiş etdirməyiniz əvəzsizdir.

Bütün bunlar Sizin üçün Azərbaycan dilinin sadəcə ünsiyyət vasitəsi deyil, həm də mənəvi kimliyin, tarixi yaddaşın və milli mənsubiyyətin ayrılmaz hissəsi olduğunu göstərir.

Məhz bu baxımdan inanırıq ki, ana dilinin insan həyatında daşıdığı müstəsna əhəmiyyəti qiymətləndirən bir dövlət başçısı kimi Siz İranda yaşayan milyonlarla azərbaycanlının öz doğma dilində təhsil almaq arzusuna da xüsusi həssaslıqla yanaşacaqsınız.

Hesab edirik ki, İranın ictimai-siyasi, iqtisadi mədəni və digər sahələrdə həyatında həmişə mühüm rol oynayan azərbaycanlıların ana dilində təhsil imkanlarının təmin olunması istiqamətində tarixi addımlar atmağın vaxtı çatıb.

Bu gün həmin tarixi irsin layiqli davamçıları olan milyonlarla insanın öz ana dilini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək imkanlarının genişləndirilməsi həm mənəvi məsuliyyət, həm də tarixi ədalət məsələsidir.

Sizdən xahiş edirik ki, İran İslam Respublikasında yaşayan azərbaycanlıların ölkə Konstitusiyasında təsbit olunmuş ana dilində təhsil imkanlarının təmin olunması istiqamətində qətiyyətli və əməli addımlar atılmasına şəxsən təşəbbüs göstərəsiniz.

Hesab edirik ki, bu məqsədlə Azərbaycan dilinin məktəblərdə sistemli şəkildə tədrisinin təşkil edilməsini, Azərbaycan dilində təhsil verən orta və ali təhsil müəssisələrinin yaradılmasını, müvafiq pedaqoji kadrların hazırlanmasını, dərslik və tədris proqramlarının işlənib hazırlanmasını, eləcə də bu istiqamətdə zəruri hüquqi və institusional mexanizmlərin formalaşdırılmasına ehtiyac duyulur.

Əminik ki, belə bir təşəbbüs yalnız milyonlarla insanın çoxdankı arzusunun gerçəkləşməsinə xidmət etməyəcək, həm də İranın mədəni müxtəlifliyinə verilən yüksək dəyərin, ədalətə və bərabərliyə sadiqliyin parlaq nümunəsinə çevriləcəkdir.

Ana dilində təhsil almaq imkanı yaratmaq bir xalqın keçmişinə göstərilən ehtiram, bu gününə verilən dəyər və gələcəyinə qoyulan ən qiymətli sərmayədir.

Hörmətli cənab Prezident!

İnanırıq ki, məhz Sizin prezidentliyiniz dövründə bu istiqamətdə tarixi addımlar milyonlarla azərbaycanlının yaddaşında silinməz iz qoyacaq, həmişə minnətdarlıqla yad ediləcəkdir.

Biz – Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri də bu nəcib missiyanın həyata keçirilməsinə, ana dilində təhsilin inkişafına, elmi-pedaqoji və mədəni əməkdaşlığın genişləndirilməsinə öz imkanlarımız daxilində hər cür dəstək verməyə hazır olduğumuzu bildiririk.

Bu məktubumuzu qələmə alarkən, Sizin də daim böyük sevgi və ehtiramla yad etdiyiniz Azərbaycanın və İranın qüdrətli söz ustadı Məhəmmədhüseyn Şəhriyarın ana dilimizə həsr etdiyi ölməz misralarını dərin duyğularla xatırlayırıq.

İnanırıq ki, ana dilinə böyük məhəbbət bəsləyən bir Prezident kimi Siz bu tarixi missiyanın gerçəkləşməsi üçün öz layiqli töhfənizi əsirgəməyəcəksiniz.

Dərin hörmət və ehtiramla,

Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının nümayəndələri:

1. Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri

2. Fuad Məmmədov – "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri

3. Sevda Tahirli - Mirzə Ələkbər Sabir Fondunun rəhbəri

4. Varis Yolçiyev – Azərbaycan Ədəbiyyat Fondunun rəhbəri

5. Sevinc Əlizadə – "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

6. Zaur İbrahimli – "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri

7. Dilqəm Əhməd – "Çapar" Milli İrsin Tədqiqi Mərkəzi İctimai Birliyinin sədri

8. Seyfəddin Hüseynli – "Mədəni və Etnik Müxtəliflik Mərkəzi" İctimai Birliyinin sədri

9. Səadət Məmmədova - "Maarifçi Media Mərkəzi" İctimai Birliyinin sədri

10. Qəmər Bağırova - "Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım" İctimai Birliyinin sədri

11. Fəridə Mirişova – "İz" Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri

12. Sevinc Abdullayeva – "Qadın və Uşaqların Təhsilinə Dəstək" İctimai Birliyinin sədri

13. Əliməmməd Nuriyev – Konstitusiya Araşdırmalar Fondunun rəhbəri

14. Könül Behbudova – "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri

15. Şəbnəm Səfərova – "Qarabağın Tərəqqisi Naminə" İctimai Birliyinin sədri

16. Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri

17. Mübariz Əsgərov – "Obyektiv" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri

18. Şahin Rəhmanlı – "İrəli" İctimai Birliyinin sədri

19. İradə Rzazadə – "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri

20. Lalə Sərdarlı – "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin sədri

21. Məqsəd Sarıyev – "YENİSİ" Ədədiyyət və Mədəniyyət Təzahürləri Mərkəzi İctimai Birliyi

22. Tükəzban Süleymanova – "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri

23. Fariz Xəlilli – "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri

24. Müşviq Ələsgərli – "Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri

25. Xatirə Vəliyeva – "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri

26. Səltənət Qocamanlı – "İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyinin sədri

27. Novella Cəfərova – "D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti" İctimai Birliyinin sədri

28. Səadət Bənənyarlı – "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyinin sədri

29. Aqil Camal – "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri

30. Əmir Əliyev – "İnsan Hüquqlarının Təşviqi Mərkəzi" İctimai Birliyinin sədri

31. Səməd Vəkilov – "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyinin sədri

32. Elşad Eyvazov – Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri

33. Şəlalə Həsənova – İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri

34. Ayaz Mirzəyev – "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri

35. Şəhla Nağıyeva – "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədri

36. Cəsarət Hüseynzadə – "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri

37. Vüsalə Hüseynli – "İslahatçı qadınlar və innovasiyalar" İctimai Birliyinin sədri

38. Əhməd Abbasbəyli – "Cəmiyyətin İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri

39. Aytən Həsənova – "Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye" İctimai Birliyinin sədri

40. Fuad Hüseynzadə – "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" İctimai Birliyinin sədri

41. Anar Xəlilov – "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin sədri

42. Cavid Abdullayev – "Yeni Yol" Gənclərin Maariflənməsi İctimai Birliyinin sədri

43. Turanə Orucova – "İncəsənətin Tərəqqisinə Dəstək" İctimai Birliyinin (İB) təsisçisi və sədri

44. Xalid Kazımov – "Regional İnsan Hüquqları və Media Mərkəzi" İctimai Birliyinin sədri

45. Elşad Məmmədli – "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyinin sədri

46. Nərmin Kərimova - "Göyərçin" Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri

47. Əfsələddin Ağalarov – "Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım" İctimai Birliyinin sədri

48. Yadigar Məmmədli – "Azərbaycan Demokratik Jurnalistlər Liqası" İctimai Birliyinin sədri

49. Tünzalə Abduləlimova – "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

50. Ceyran Həsənova – "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri

51. Vüqar Qədirov – "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyinin sədri

52. Kəramət İsmayılov – "İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri

53. Fikrət Yusifov – "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri

54. İlqar Hüseynli – "Sosial-strateji tədqiqatlar və analitik araşdırmalar" İctimai Birliyinin sədri

55. Cəmilə İsbəndiyarova – "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri"

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan alimlərindən Pezeşkiana müraciət: İranda Azərbaycan dilində tədris təşkil edilsin

Azərbaycan Milli Elmlər Akademiyası alimləri İran Prezidenti Məsud Pezeşkiana müraciət edib.Citypost.az-ın məlumatına görə, müraciətdə deyilir:"Biz, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, ilk növbədə Sizə dərin ehtiramımızı bildiririk.Sizin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə görüşləriniz zamanı və Bakıya, Şuşaya, Xankəndiyə səfərləriniz dövründə Azərbaycan dilində apardığınız söhbətlər dövlətlərarası münasibətlərin daha səmimi şəkildə qurulmasına təminat verir, bir daha İran dövlətinə hörmət qazandırır və qarşılıqlı etimadın möhkəmləndirilməsinə geniş imkan yaradır.Bütün bunları nəzərə alaraq, İran İslam Respublikasında əhalinin böyük hissəsini təşkil edən Azərbaycan xalqının hüquqlarının gerçəkləşdirilməsi ilə əlaqədar Sizə müraciət etməyi zəruri və əhəmiyyətli hesab edirik.Hörmətli Prezident!İranda yaşayan köklü azərbaycanlılar orta və ali...

27 Oktyabr 2026, 16:45

Rəşad Əhməd-zadənin şikayəti əsasında teatr əməkdaşına qarşı cinayət işi üzrə icraat başlanıb

Dövlət Kukla Teatrının direktoru Rəşad Əhməd-zadənin teatrın əməkdaşı Aynurə Əkbərova barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətə baxılıb.Citypost.az xəbər verir ki, Abşeron rayon Məhkəməsində keçirilən prosesdə A. Əkbərova barəsində xüsusi ittiham qaydasında şikayət icraata götürülüb.Qərara əsasən, Aynurə Əkbərova Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhməd-Zadə barəsində kütləvi informasiya vasitələrində böhtan xarakterli məlumatlar yaydığı üçün və onu cinayət törətməkdə ittiham etməsi ilə bağlı etdiyi paylaşımlara bağlı Cinayət Məcəlləsinin 147.1-ci (cinayət törətməkdə böhtan atma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.Qeyd edək ki, A. Əkbərova Xətai rayon icra başçısının keçmiş müavini Zaməddin Əkbərovun qızıdır....

27 Oktyabr 2026, 16:35

Prezident sərt DANIŞDI:Qətnamələr kağız üzərində...

Qətnamələr kağız üzərində qalanda beynəlxalq hüquq nüfuzunu itirmiş olurBeynəlxalq hüquq dövlətlərin gücündən asılı olmayan, böyük və kiçik ölkələrin hüquqlarını eyni ölçü ilə qorumağa xidmət edən sistem olmalıdır. Əgər bu sistemin qərarları yalnız kağız üzərində qalırsa, əgər qəbul edilən qətnamələrin icrası siyasi maraqlardan asılı vəziyyətə düşürsə, onda dünyanın ən mühüm beynəlxalq təsisatlarına olan inam da sarsılır. Prezident İlham Əliyevin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı çıxışında qaldırdığı məsələlərdən biri məhz bu problemdir.Dövlət başçısı xatırlatdı ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdi. Lakin həmin sənədlər uzun illər ərzində...

27 Oktyabr 2026, 16:22

Naxçıvanda vətəndaşlar üçün yeni elektron müraciət imkanı yaradılıb

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə "mygov" platforması üzərindən vətəndaşların birbaşa müraciət imkanı təmin edilib.Citypost.az xəbər verir ki, muxtar respublika sakinləri qarşılaşdıqları problemlər, onları narahat edən sosial-iqtisadi məsələlər, eləcə də təklif və şikayətləri ilə bağlı "mygov" platforması vasitəsilə də səlahiyyətli nümayəndəliyə birbaşa müraciət edə bilərlər.Qeyd olunub ki, bu imkan vətəndaşların gündəlik həyatına təsir edən məsələlərin daha operativ çatdırılmasına, müraciətlərin aidiyyəti üzrə yönləndirilməsinə və onlara çevik baxılmasına şərait yaradır. Səlahiyyətli nümayəndəliyin və muxtar respublikanın aidiyyəti icra qurumlarının səlahiyyətlərinə aid məsələlər üzrə müraciətlərin icra vəziyyətinin izlənilməsi də artıq portal vasitəsilə mümkün olacaq.Bildirilib ki, burada əsas məqsəd vətəndaşların problemlərinin qısa müddətdə...

27 Oktyabr 2026, 16:15

Prezident İlham Əliyev Fərhad Xəlilovun 80 illik yubiley sərgisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar.Citypost.az xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə Xalq rəssamının şəxsi kolleksiyasından seçilmiş, 1960-cı illərdən bu günədək yaratdığı 90-dan çox əsər, o cümlədən monumental rəngkarlıq tablolarından kiçikformatlı qrafik işlərədək müxtəlif sənət nümunələri nümayiş olunur.Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən olan Fərhad Xəlilov zəngin yaradıcılığı, özünəməxsus...

27 Oktyabr 2026, 15:55

Prezident onu niyə AZAD ETDİ? -ŞOK SƏBƏB

Xəbər verdiyimiz kimi, bu gün Mirsaleh Seyidov ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib.CityPost.az  xəbər verir ki, Mirsaleh Miradil oğlu Seyidov 23 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2002-ci ildə isə magistr pilləsi üzrə bitirib.1999-cu ilin yanvar ayından Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Əməliyyat rejim şöbəsinin rejim və nəzarət xidmətinin təşkili bölməsinin nəzarətçilər üzrə inspektoru vəzifəsində əmək fəaliyyətinə başlayıb, fevral ayından isə həmin İdarənin Rejim-nəzarət şöbəsinin inspektoru olub.2001-ci ilin avqust ayında Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 3 saylı İstintaq təcridxanasının Rejim mühafizə və nəzarət şöbəsinin rəisi, 2006-cı...

27 Oktyabr 2026, 15:51