Bizə yazın

Baku

-°C

USD

-

"The Economist": Zelenski daha 2-3 il müharibəyə hazırlaşmağa göstəriş verib 

Dünya 27 May 2026, 14:00

494

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin daha bir neçə il uzana biləcəyi ehtimalını nəzərə almaq və buna hazırlaşmağa göstəriş verib.

Bu barədə “The Economist” Ukrayna hökumətindəki anonim mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna döyüş meydanında son bir neçə ildə müsbət nəticələr əldə edib. Belə ki, “ukraynalı komandirlər dronlar vasitəsilə Rusiyanın quru əməliyyatlarını puça çıxarmağa müvəffəq olublar və son bir neçə aydır Ukrayna ordusu Rusiyanın yerini doldura biləcəyi saydan daha çox rus hərbçisi öldürüb”.

Mənbələrin fikrincə, sülh danışıqları yayda başlaya bilər, amma ən böyük ehtimal budur ki, müharibə tərəflərdən biri təslim olana qədər davam edəcək. (APA)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

UEFA Konfrans Liqasının finalı ərəfəsində azarkeşlər arasında dava düşüb 

UEFA Konfrans Liqasının final oyunundan əvvəl İngiltərənin "Kristal Pelas" və İspaniyanın "Rayo Valyekano" klublarının fanatları arasında kütləvi qarşıdurma yaşanıb."Report" xarici mətbuat orqanlarına istinadən məlumat verir ki, insident Leypsiq şəhərində yerləşən restoranlardan birində baş verib.Azarkeşlər bir-birlərinə müxtəlif əşyalar tullamaqla hücuma keçiblər. Hadisə yerinə gələn polis ərazini nəzarət altına alıb. Onlarla nəfər iğtişaşlarda iştirakına görə saxlanılıb.Qeyd edək ki, "Red Bull Arena" stadionunda təşkil olunacaq "Kristal Pelas" – "Rayo Valyekano" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək....

27 May 2026, 14:55

ABŞ-də kağız fabrikində partlayış baş verib, ölən və yaralananlar var 

ABŞ-nin Vaşinqton ştatında yerləşən kağız fabrikində baş verən partlayış və ardınca güclü kimyəvi maddə ilə dolu iri rezervuarın çökməsi nəticəsində azı bir nəfər həlak olub, doqquz nəfər isə itkin düşüb."Report"un "Associated Press"ə istinadən məlumatına görə, hadisə Lonqvyu şəhərindəki "Nippon Dynawave Packaging Co." müəssisəsində baş verib.Rəsmi məlumatlara görə, içində təxminən bir milyon qallon (3,4 milyon litr) aşındırıcı maye olan rezervuar partlayıb və konstruksiya çöküb.Sızma nəticəsində daha doqquz nəfər zərər çəkib, bəziləri ağır xəsarətlər alıb. Zərərçəkənlər arasında xilasetmə əməliyyatında iştirak edən yanğınsöndürən də olub. İnsanlarda yanıqlar və kimyəvi maddələrin udulması nəticəsində tənəffüs yollarının zədələnməsi qeydə alınıb.Lonqvyu yanğınsöndürmə xidməti mayenin bir hissəsinin hələ...

27 May 2026, 14:48

11 il əvvəl “Fənərbaxça”nın avtobusuna silahlı hücumla bağlı istintaq bərpa olunub 

4 aprel 2015-ci ildə “Fənərbaxça” futbol klubunun avtobusuna edilən silahlı hücumla bağlı istintaq bərpa olunub.NTV xəbər verir ki, bu barədə Türkiyə Ədliyyə Nazirliyi məlumat yayıb.Məlumata görə, ədliyyə naziri Akın Gürlek bununla bağlı tapşırıq verib.Qeyd edək ki, 11 il əvvəl Türkiyədə “Fənərbaxça” futbol klubunun avtobusuna silahlı hücum olub. Hadisə “Çaykur Rizəspor” oyunundan sonra içərisində “Fənərbaxça” klubunun üzvlərinin olduğu avtobus Trabzon aeroportuna gedərkən Rizə-Trabzon yolunda baş verib. Avtobusun sürücüsü yaralanaraq xəstəxanaya yerləşdirilib. (APA)...

27 May 2026, 14:41

Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib 

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu CHP parlament fraksiyasının sədri Özgür Özelin qurultay çağırışına cavab verib.NTV-nin xəbərinə görə, Kılıçdaroğlu bu gün jurnalistlərə açıqlamasında bildirib ki, CHP-nin qurultayını keçirəcəklər.“Biz qurultayı keçirəcəyik, qurultaysız partiya ola bilərmi? Bu, hüquqi çərçivədə edilməlidir”, - o qeyd edib.CHP sədrinin sözlərinə görə, partiya ilə bağlı son qərar üzrə tədbirlər aradan qaldırıldıqdan sonra qurultay baş tutacaq.Kamal Kılıçdaroğlu Özgür Özellə görüşmədiyini də diqqətə çatdırıb.Qeyd edək ki, Ankara Məhkəməsinin qərarına əsasən CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib.Qərara görə, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb.Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə...

27 May 2026, 13:33

Əli Baqeri: İran və ABŞ hələ ki Hörmüz boğazının açılması ilə bağlı razılığa gəlməyib

Zənginləşdirilmiş uran məsələsi İran və ABŞ arasında gedən danışıqların gündəliyində deyil.“Tasnim”in xəbərinə görə, bunu İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri deyib.Onun sözlərinə görə, İran və ABŞ hələ ki Hörmüz boğazının açılması ilə bağlı razılığa gəlməyib.“İran və Oman Hörmüz boğazından gəmilərin keçidi üçün yeni mexanizmin yaradılması ilə bağlı danışıqlar aparır”, - Baqeri vurğulayıb.O qeyd edib ki, Tehran və Vaşinqton arasında dolayı təmaslar davam edir və zənginləşdirilmiş uran danışıqların gündəliyində yoxdur.Xatırladaq ki, Əli Baqeri Rusiyada səfərdədir. (APA)...

27 May 2026, 12:37

Kuba XİN rəhbəri beynəlxalq ictimaiyyəti humanitar fəlakətin qarşısını almağa çağırıb  

Kuba xarici işlər naziri Bruno Rodrigez Parilla beynəlxalq ictimaiyyəti, xüsusilə Latın Amerikası, Karib hövzəsi və Cənubi Amerika ölkələrini adada mümkün humanitar fəlakətin qarşısını almaq üçün birgə səyləri gücləndirməyə çağırıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Nazir bu bəyanatı mayın 26-da BMT Təhlükəsizlik Şurasının iclasında səsləndirib. O bildirib ki, beynəlxalq ictimaiyyət Kubada yaranması ehtimal olunan humanitar böhranın qarşısının alınması üçün daha fəal addımlar atmalıdır.“Beynəlxalq ictimaiyyətdən baş verə biləcək humanitar fəlakətin qarşısını almaq üçün səylərini səfərbər etmələrini xahiş edirəm”, – deyə Parilla vurğulayıb. O, Latın Amerikası və Karib ölkələrini regionda sülhün qorunması istiqamətində daha aktiv olmağa çağırıb.Kuba XİN rəhbəri həmçinin dövlətləri Kuba...

27 May 2026, 11:41