Nadir Azəri: Naxçıvan hücumu İranın Azərbaycana qarşı xain addımlarını sübut edir
Siyasət 05 Mart 2026, 13:09
13184
“Artıq bir neçə gündür ki, Yaxın Şərqdə gərginlik ən pik həddə çatıb. İranda yüksək rütbəli generalların və ali rəhbərliyin nümayəndələrinin məhv edilməsindən sonra gözlənilirdi ki, rejim heç olmasa müəyyən yumşalmaya gedəcək, islahatlara başlayacaq. Lakin təəssüf ki, hakimiyyət daxilində baş verən dəyişikliklərin, yəni Müctəba Xameneinin Ali Rəhbər seçilməsi barədə qərarın mürəkkəbi qurulmamış İran qonşularına qarşı təxribatçı və təhlükəli addımlar atmağa başlayıb”.
Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.
Onun sözlərinə görə, öncə Türkiyə, bu gün isə Azərbaycan hədəfə gəlib: “İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan Beynəlxalq Hava Limanına raket zərbələrinin endirilməsi artıq görüntülər və videolarla təsdiqlənmiş faktdır. Yayılan məlumatlardan da bəlli olur ki, hadisə nəticəsində hava limanı terminalında dağıntılar meydana gəlib. Sosial şəbəkələrdə yayılan fotolarda və videolarda terminalın daxilində tavan konstruksiyalarının zədələndiyi, şüşələrin sındığı və obyektin müxtəlif hissələrində dağıntıların olduğu açıq şəkildə görünür. Məlumatlarda hava limanı ərazisinə ən azı üç raket zərbəsi endirildiyi qeyd edilir. Bu isə fars-molla rejiminin Azərbaycana qarşı xain davranışlarından əl çəkmədiyini bir daha sübut edir”.
Həmçinin oxuyun
Ekspert bildirib ki, Azərbaycan hər zaman İrana qarşı münasibətdə ehtiyatlı və konstruktiv siyasət yürüdüb: “Məlum olduğu kimi, Azərbaycan rəsmiləri dəfələrlə bəyan edib ki, ölkəmizin ərazisi heç bir halda üçüncü dövlətlərə qarşı istifadə oluna bilməz və rəsmi Bakı regionda gərginliyin artmasının tərəfdarı deyil. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev son hadisələr fonunda İran səfirliyinə baş çəkərək, İranın ali dini liderinin öldürülməsi ilə bağlı diplomatik jest olaraq başsağlığı verdi. Lakin təəssüflər olsun ki, İranın mövcud rejiminin bizə davranışı adekvat deyil, əksinə düşmənçilik xislətinə əsaslanır. Hər halda belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf götürməsi molla rejiminin nankorluğu ilə yanaşı, həm də dinc sakinlərə və mülki infrastruktura qarşı terrordur. Terrorçu isə tez ya gec öz layiqli cəzasını alır və alacaq”.
N. Azəri deyib ki, İran Azərbaycanın müstəqillik əldə etdiyi gündən etibarən rəsmi Bakıya qarşı daim qısqanc və qeyri-səmimi mövqe nümayiş etdirib: “30 illik işğal dövründə daim Ermənistanın yanında olan İran, postmüharibə dövründə də öz xain xislətindən əl çəkməyib. Və bu gün baş verənləri də əlavə etsək, deyə bilərik ki, İranda mövcud rejim dəyişməyincə, ölkə demokratikləşməyincə İran ümumilikdə region üçün ciddi təhlükə mənbəyi olaraq qalacaq. Yəqin ki, rəsmi Tehran ənənəvi şəkildə məsuliyyətdən qaçmağa, hücum faktını inkar etməyə çalışacaq. Lakin fakt ortadadır və mülki infrastruktura dron hücumu təşkil etməklə molla rejimi həm terrorçu mahiyyətini, həm də acizlik və qorxaqlığını sərgiləmiş oldu. Hesab edirəm ki, indi söz Güney Azərbaycanın olmalıdır. Güney Azərbaycan mövcud molla rejiminə lazımi cavabı verməlidir”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Hərbi ekspertdən Fransaya sərt mesaj: “Əsl simaları ilə tanış olur”
Hərbi ekspert Ədalət Verdiyev Fransada keçirilən aksiyalar fonunda Fransa hökumətinin vaxtilə Azərbaycan əleyhinə fəaliyyət göstərən qüvvələrə münasibətini tənqid edib.Citypost.az xəbər verir ki, hərbi ekspert bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Ədalət Verdiyev bildirib ki, vaxtilə Azərbaycan ərazisində mövcud olmuş terrorçuları dəstəkləyən və onların televiziya efirlərində Azərbaycan əleyhinə təbliğat aparmasına şərait yaradan Fransa indi həmin qüvvələrin əsl siması ilə daha yaxından tanış olur.“Vaxtilə Azərbaycan ərazisində mövcud olan terrorçuları dəstəkləyən, onları televiziya efirlərində Azərbaycan əleyhinə təbliğatına şərait yaradan Fransa indi həmin terrorçuların əsl siması ilə daha yaxından tanış olur”, – deyə Ədalət Verdiyev yazıb.Turan...
21 Oktyabr 2026, 09:28
Sənan Nəcəfov: “Dövlətimiz hər şeydən üstündür, qalanı boş söhbətdir!”
Jurnalist Sənan Nəcəfov son paylaşımlarına görə ona irad bildirən şəxslərə cavab verib, dövlətçilik və Azərbaycanın müstəqilliyi ilə bağlı mövqeyini açıqlayıb.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Sənan Nəcəfov bildirib ki, söhbət dövlətin maraqlarından gedirsə, onun üçün hər cür tənqid və təzyiq qarşısında dayanmaq problem deyil. Jurnalist Azərbaycanın müstəqilliyinin və suverenliyinin hər şeydən üstün olduğunu vurğulayıb, eyni zamanda, Ali Baş Komandanın şəxsiyyətinə münasibətini ifadə edib.“Son paylaşımlarımla əlaqədar mənə irad bildirənlər üçün sonuncu dəfə deyirəm: Məsələ Dövlətimizdirsə sinəm hər cür zərbənin qarşısındadır. Dövlətimiz hər şeydən üstündür, qalanı boş söhbətdir! Yaşasın Azərbaycanın müstəqilliyi! Yaşasın Suveren Azərbaycanımız. Mütləq bunu da...
21 Oktyabr 2026, 09:12
Firuz Mustafa: “İki millətin qardaşlığı sarsılmazdır”
Yazıçı, filosof, Əməkdar incəsənət xadimi Firuz Mustafa Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Firuz Mustafa bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O, yaranmış vəziyyətdən istifadə edərək Azərbaycan və Türkiyə arasında münasibətləri gərginləşdirməyə çalışan şəxslərin fəallaşdığını bildirib və hər iki xalqın qardaşlığının sarsılmaz olduğunu vurğulayıb.“Antitürklərin əlinə fürsət düşüb, sağdan-soldan hücuma keçiblər. Hər millətin pisi də var, yaxşısı da.İki millətin qardaşlığı sarsılmazdır.Düşmənləri üstümüzə güldürməyək”, – deyə Firuz Mustafa yazıb.Turan ...
21 Oktyabr 2026, 08:45
Taleh Əliyev: “Bir millətin iki dövlətini düşmən etmək istəyirlər”
Siyasətçi Taleh Əliyev Azərbaycan və Türkiyə arasında münasibətləri gərginləşdirməyə çalışan şəxsləri tənqid edib.Citypost.az xəbər verir ki, Taleh Əliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Siyasətçi bildirib ki, bəzi şəxslər Azərbaycan və Türkiyə arasında düşmənçilik yaratmağa çalışırlar. O, bu cür cəhdlərə sərt etirazını ifadə edərək iki ölkə arasındakı münasibətlərin pozulmasına yönələn addımları tənqid edib.“Türkiyədəki trol sürüsü yalan oldu. Azərbaycandakı bir iki qotur dılqır bir millətin iki dövlətini bir-biri ilə düşmən etmək istəyir. Ay siz öləsiniz! Bu sizin boş başınız üçün deyil!” – deyə Taleh Əliyev yazıb.Turan ...
21 Oktyabr 2026, 08:07
Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib
Azərbaycan Xarici İşlər Nazirliyi Fransaya səyahət barədə xəbərdarlıq edib.Bu barədə Citypost.az-a Xarici İşlər Nazirliyindən bildirilib.Xarici İşlər Nazirliyi Fransada iğtişaşlar, zorakılıq və vətəndaş itaətsizliyi faktlarının son günlər ərzində geniş vüsət aldığını nəzərə alaraq, Azərbaycan Respublikasının vətəndaşlarına zəruri olmadığı təqdirdə, Fransa Respublikasına səfərdən çəkinmələrini, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələrini tövsiyə edib.“Hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarından təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur”, - Xarici İşlər Nazirliyindən bildirilib.Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:Azərbaycan Respublikasının Fransa Respublikasındakı...
20 Oktyabr 2026, 18:52
Spiker: Süni intellekt yeni imkanlarla yanaşı, risklər də yaradır
Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın gənc parlamentarilərini ölkələrin qarşılaşdığı təhdidlərə qarşı gənclər siyasətini gücləndirməyə çağırıb.Citypost.az xəbər verir ki, bu haqda Milli Məclisin spikeri Sahibə Qafarova Qırğızıstanın Bişkek şəhərində TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib.Spiker qeyd edib ki, TÜRKPA üzv ölkələrin parlamentləri arasında əməkdaşlığı yeni istiqamətlər üzrə daha da genişləndirməyə imkan verir.Milli Məclis sədri çıxışında qeyd edib ki, TÜRKPA-nın ən böyük xüsusiyyəti ondan ibarətdir ki, bu təşkilat ortaq mədəniyyətə, tarixə, dilə, milli-mənəvi dəyərlərə malik xalqların təmsilçilərini bir çətir altında birləşdirir. Bu isə parlament üzvlərinin məsuliyyətini daha da artırır.Sahibə Qafarova bildirib ki, hazırda süni intellekt və texnoloji tərəqqi artıq müasir idarəetmənin...
20 Oktyabr 2026, 16:19