Nadir Azəri: Mövcud şərtlər daxilində İslamabadın səyləri hələlik real nəticəyə çevrilmir
Siyasət 13 Aprel 2026, 10:57
8651
“Pakistanda ABŞ ilə İran arasında keçirilən danışıqların nəticəsiz yekunlaşması artıq müşahidə olunan reallığa çevrilib. Bu vəziyyət bir tərəfdən region ölkələrinin vasitəçilik təşəbbüslərinin artdığını göstərir, digər tərəfdən isə Vaşinqton və Tehran arasında dərin fikir ayrılıqlarının hələ də qalmaqda davam etdiyini ortaya qoyur.”
Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.
Onun sözlərinə görə, prosesin mahiyyəti dəyişməz olaraq nüvə razılaşması məsələsi ətrafında formalaşır: “2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı ABŞ administrasiyasının həmin dövrdəki siyasətinə uyğun olaraq İranın nüvə fəaliyyətinə məhdudiyyətlər qoyulması müqabilində sanksiyaların yumşaldılmasını nəzərdə tuturdu. Lakin 2018-ci ildə Vaşinqtonun bu razılaşmadan çıxması və ardınca sərt sanksiya siyasətinə qayıtması tərəflər arasında etimad mühitini ciddi şəkildə zədələdi və danışıqların əvvəlki məntiqini faktiki olaraq pozdu.”
N.Azəri qeyd edib ki, mövcud dalanın bir neçə əsas səbəbi var: “Əvvəla, tərəflər arasında etimad problemi sistem xarakteri alıb və hələ də aradan qalxmayıb. Üstəlik, son 40 gündən artıq davam edən hərbi gərginlik və müharibə elementləri bu etimadsızlığı daha da dərinləşdirərək tərəflər arasında mövcud çatları genişləndirib. Bu amil diplomatik dialoqun bərpasını daha da çətinləşdirir. Digər tərəfdən, İranın nüvə proqramı əvvəlki mərhələdən fərqli olaraq yeni səviyyəyə keçib. Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatlarında uranın zənginləşdirilmə səviyyəsinin 60 faizə çatdığı qeyd olunur ki, bu da texniki baxımdan silah səviyyəsinə kifayət qədər yaxın göstərici sayılır. Bu isə ABŞ-ın təhlükəsizlik narahatlıqlarını artıraraq kompromis imkanlarını daraldır. Bununla yanaşı, regional və qlobal geosiyasi proseslər də danışıqlara birbaşa təsir edir. İranın Rusiya ilə əməkdaşlığının genişlənməsi və Yaxın Şərqdə müxtəlif təsir mexanizmlərindən istifadə etməsi Vaşinqton tərəfindən risk faktoru kimi qiymətləndirilir. Eyni zamanda, İsrailin sərt mövqeyi və mümkün hərbi ssenariləri gündəmdə saxlaması ümumi gərginliyi daha da artırır.”
Pakistan amilinə toxunan siyasi şərhçi bildirib ki, bu ölkə həm coğrafi, həm də siyasi baxımdan uyğun platforma kimi çıxış etməyə çalışır: “Pakistanın həm İranla qonşuluq münasibətləri, həm də ABŞ-la uzunmüddətli əməkdaşlıq təcrübəsi onu potensial vasitəçi kimi önə çıxarır. Lakin mövcud şərtlər daxilində İslamabadın səyləri hələlik real nəticəyə çevrilmir.”
Sonda N.Azəri vurğulayıb ki, hazırkı vəziyyət tərəflərin dərin kompromisə hazır olmadığını göstərir: “Görünən odur ki, həm ABŞ, həm də İran hələ də maksimalist yanaşmadan geri çəkilmir. Bu səbəbdən yaxın perspektivdə genişmiqyaslı razılaşmanın əldə olunması inandırıcı görünmür. Daha real ehtimal isə mərhələli və məhdud razılaşmaların müzakirəsi və ya mövcud gərginliyin idarə olunan formada davam etməsidir.”
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Hərbi ekspertdən Fransaya sərt mesaj: “Əsl simaları ilə tanış olur”
Hərbi ekspert Ədalət Verdiyev Fransada keçirilən aksiyalar fonunda Fransa hökumətinin vaxtilə Azərbaycan əleyhinə fəaliyyət göstərən qüvvələrə münasibətini tənqid edib.Citypost.az xəbər verir ki, hərbi ekspert bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Ədalət Verdiyev bildirib ki, vaxtilə Azərbaycan ərazisində mövcud olmuş terrorçuları dəstəkləyən və onların televiziya efirlərində Azərbaycan əleyhinə təbliğat aparmasına şərait yaradan Fransa indi həmin qüvvələrin əsl siması ilə daha yaxından tanış olur.“Vaxtilə Azərbaycan ərazisində mövcud olan terrorçuları dəstəkləyən, onları televiziya efirlərində Azərbaycan əleyhinə təbliğatına şərait yaradan Fransa indi həmin terrorçuların əsl siması ilə daha yaxından tanış olur”, – deyə Ədalət Verdiyev yazıb.Turan...
21 Oktyabr 2026, 09:28
Sənan Nəcəfov: “Dövlətimiz hər şeydən üstündür, qalanı boş söhbətdir!”
Jurnalist Sənan Nəcəfov son paylaşımlarına görə ona irad bildirən şəxslərə cavab verib, dövlətçilik və Azərbaycanın müstəqilliyi ilə bağlı mövqeyini açıqlayıb.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Sənan Nəcəfov bildirib ki, söhbət dövlətin maraqlarından gedirsə, onun üçün hər cür tənqid və təzyiq qarşısında dayanmaq problem deyil. Jurnalist Azərbaycanın müstəqilliyinin və suverenliyinin hər şeydən üstün olduğunu vurğulayıb, eyni zamanda, Ali Baş Komandanın şəxsiyyətinə münasibətini ifadə edib.“Son paylaşımlarımla əlaqədar mənə irad bildirənlər üçün sonuncu dəfə deyirəm: Məsələ Dövlətimizdirsə sinəm hər cür zərbənin qarşısındadır. Dövlətimiz hər şeydən üstündür, qalanı boş söhbətdir! Yaşasın Azərbaycanın müstəqilliyi! Yaşasın Suveren Azərbaycanımız. Mütləq bunu da...
21 Oktyabr 2026, 09:12
Firuz Mustafa: “İki millətin qardaşlığı sarsılmazdır”
Yazıçı, filosof, Əməkdar incəsənət xadimi Firuz Mustafa Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Firuz Mustafa bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O, yaranmış vəziyyətdən istifadə edərək Azərbaycan və Türkiyə arasında münasibətləri gərginləşdirməyə çalışan şəxslərin fəallaşdığını bildirib və hər iki xalqın qardaşlığının sarsılmaz olduğunu vurğulayıb.“Antitürklərin əlinə fürsət düşüb, sağdan-soldan hücuma keçiblər. Hər millətin pisi də var, yaxşısı da.İki millətin qardaşlığı sarsılmazdır.Düşmənləri üstümüzə güldürməyək”, – deyə Firuz Mustafa yazıb.Turan ...
21 Oktyabr 2026, 08:45
Taleh Əliyev: “Bir millətin iki dövlətini düşmən etmək istəyirlər”
Siyasətçi Taleh Əliyev Azərbaycan və Türkiyə arasında münasibətləri gərginləşdirməyə çalışan şəxsləri tənqid edib.Citypost.az xəbər verir ki, Taleh Əliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Siyasətçi bildirib ki, bəzi şəxslər Azərbaycan və Türkiyə arasında düşmənçilik yaratmağa çalışırlar. O, bu cür cəhdlərə sərt etirazını ifadə edərək iki ölkə arasındakı münasibətlərin pozulmasına yönələn addımları tənqid edib.“Türkiyədəki trol sürüsü yalan oldu. Azərbaycandakı bir iki qotur dılqır bir millətin iki dövlətini bir-biri ilə düşmən etmək istəyir. Ay siz öləsiniz! Bu sizin boş başınız üçün deyil!” – deyə Taleh Əliyev yazıb.Turan ...
21 Oktyabr 2026, 08:07
Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib
Azərbaycan Xarici İşlər Nazirliyi Fransaya səyahət barədə xəbərdarlıq edib.Bu barədə Citypost.az-a Xarici İşlər Nazirliyindən bildirilib.Xarici İşlər Nazirliyi Fransada iğtişaşlar, zorakılıq və vətəndaş itaətsizliyi faktlarının son günlər ərzində geniş vüsət aldığını nəzərə alaraq, Azərbaycan Respublikasının vətəndaşlarına zəruri olmadığı təqdirdə, Fransa Respublikasına səfərdən çəkinmələrini, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələrini tövsiyə edib.“Hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarından təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur”, - Xarici İşlər Nazirliyindən bildirilib.Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:Azərbaycan Respublikasının Fransa Respublikasındakı...
20 Oktyabr 2026, 18:52
Spiker: Süni intellekt yeni imkanlarla yanaşı, risklər də yaradır
Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın gənc parlamentarilərini ölkələrin qarşılaşdığı təhdidlərə qarşı gənclər siyasətini gücləndirməyə çağırıb.Citypost.az xəbər verir ki, bu haqda Milli Məclisin spikeri Sahibə Qafarova Qırğızıstanın Bişkek şəhərində TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib.Spiker qeyd edib ki, TÜRKPA üzv ölkələrin parlamentləri arasında əməkdaşlığı yeni istiqamətlər üzrə daha da genişləndirməyə imkan verir.Milli Məclis sədri çıxışında qeyd edib ki, TÜRKPA-nın ən böyük xüsusiyyəti ondan ibarətdir ki, bu təşkilat ortaq mədəniyyətə, tarixə, dilə, milli-mənəvi dəyərlərə malik xalqların təmsilçilərini bir çətir altında birləşdirir. Bu isə parlament üzvlərinin məsuliyyətini daha da artırır.Sahibə Qafarova bildirib ki, hazırda süni intellekt və texnoloji tərəqqi artıq müasir idarəetmənin...
20 Oktyabr 2026, 16:19