Bizə yazın

Baku

-°C

USD

-

Nadir Azəri: "Azərbaycan postmüharibə dövrü üçün nümunə ortaya qoyub"

Siyasət 12 May 2026, 09:40

3200

“Bu gün dünyada baş verən müharibələrə və postmüharibə proseslərinə baxdıqda Azərbaycanın ortaya qoyduğu yanaşmanın bir sıra ölkələrdən fərqləndiyi açıq görünür. Azərbaycan yalnız iqtisadi inkişafı, beynəlxalq əməkdaşlıqdakı etibarlı tərəfdaş mövqeyi, nüfuzlu tədbirlərə uğurlu ev sahibliyi və sosial siyasəti ilə diqqət çəkmir. Ölkəmiz eyni zamanda hərbi əməliyyatlar zamanı mülki əhalinin təhlükəsizliyinə və yaşayış məntəqələrinin qorunmasına göstərdiyi həssas münasibətlə də beynəlxalq səviyyədə fərqlənən dövlətlərdən biridir. Bu yanaşmanın təsadüfi olmadığı isə həm real faktlarda, həm də dövlət başçısının çıxışlarında aydın şəkildə görünür”. 

Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib. 

O, qeyd edib ki, Prezident İlham Əliyevin mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə səsləndirdiyi fikirlər də Azərbaycanın müharibə və postmüharibə dövründə nümayiş etdirdiyi məsuliyyətli siyasətin növbəti dəfə diqqətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır: “Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə təkcə hərbi uğur kimi deyil, həm də dövlətin siyasi iradəsinin və prinsipial mövqeyinin göstəricisi kimi qiymətləndirilir. Rəsmi Bakının verdiyi bəyanatlarla praktik addımlar arasında uyğunsuzluğun olmaması isə ölkənin beynəlxalq nüfuzuna müsbət təsir göstərən əsas amillərdən birinə çevrilib. Məhz buna görə də bu gün Azərbaycanın mövqeyinə beynəlxalq müstəvidə maraq və hörmət getdikcə artır”. 

N.Azərinin sözlərinə görə, ən mühüm məqamlardan biri də odur ki, Azərbaycan müharibənin ən ağır mərhələlərində belə beynəlxalq humanitar hüququn tələblərinə əməl etdi: “Ermənistanın Gəncə, Bərdə və digər yaşayış məntəqələrini uzaqmənzilli raketlərlə hədəfə almasına baxmayaraq, Azərbaycan Ordusu mülki obyektləri hədəf seçmədi. Bu yanaşma Azərbaycanın yalnız hərbi deyil, həm də mənəvi və siyasi baxımdan üstün mövqe nümayiş etdirdiyini göstərən vacib məqamlardan biridir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan həm müharibə dövründə, həm də sonrakı mərhələdə ortaya qoyduğu davranış modeli ilə diqqət çəkən nümunə formalaşdırıb. Xüsusilə bu gün müxtəlif bölgələrdə silahlı qarşıdurmaların davam etdiyi bir vaxtda Azərbaycanın təcrübəsi beynəlxalq ictimaiyyət üçün maraqlı və əhəmiyyətli model kimi qiymətləndirilə bilər. Müharibə aparan və ya postmüharibə bərpa prosesi yaşayan ölkələr üçün bu yanaşma müəyyən mənada praktik örnək rolunu oynaya bilər”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Madyarın qurduğu yeni hökumət təsdiqləndi 

Macarıstanda 12 aprel parlament seçkilərində qalib gələn “Tisa” partiyasının sədri, yeni Baş nazir Peter Madyarın rəhbərliyi ilə yeni hökumət qurulub.Teleqraf xəbər verir ki, Prezident Tamaş Şuyok namizədlikləri Baş nazir tərəfindən təqdim edilən və parlament üzvləri tərəfindən təsdiqlənən 16 nazirin təyin edilməsi barədə fərman imzalayıb.Yeni hökumət üzvlərinin etimadnamələrinin təqdim edilməsi üçün rəsmi mərasim dövlət başçısının rəsmi iqamətgahı olan Şandor Sarayında baş tutub. Yeni hökumətin üzvləri parlament qarşısında and içəcəklər və bundan sonra vəzifələrinin icrasına başlaya biləcəklər. İlk iş iclası mayın 13-nə planlaşdırılıb.Macarıstanın yeni hökumətində 15 nazirlik (əvvəlkindən 5 nazirlik çox) və Baş nazir Administrasiyası olacaq.Keçmiş baş nazir Viktor Orbanın rəhbərlik etdiyi...

12 May 2026, 17:28

Vüqar Rəhimzadə: Azərbaycanın bugünkü uğurları ədalətin təntənəsidir

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad olunmuş ərazilərə səfər etmələri, cənab Prezidentin bu məkanlardan verdiyi mesajlar  hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasından sonra azad edilmiş bütün torpaqlarımızda üçrəngli Bayrağımızın dalğalanması ilə Ulu Öndərin arzusu reallığa çevrildi. Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşündə qeyd etdiyi kimi, biz -...

12 May 2026, 16:28

Nigar Sabirqızı: Müharibədən sonra İran daha çox tələb irəli sürür

Tanınmış televiziya aparıcısı Nigar Sabirqızı ABŞ və İran arasında mövcud geosiyasi gərginlik və danışıqlar prosesi ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, aparıcı bildirib ki, müharibədən əvvəl Vaşinqton və Tehran arasında masadakı əsas şərtlər aydın idi. ABŞ İranın nüvə proqramından imtinasını tələb edir, İran isə sanksiyaların ləğvini ön şərt kimi irəli sürürdü.Nigar Sabirqızının sözlərinə görə, müharibədən sonrakı mərhələdə ABŞ-nin mövqeyi dəyişməz qalsa da, İranın irəli sürdüyü tələblərin sayı artıb. Onun qeyd etdiyinə görə, Tehran hazırda yalnız sanksiyaların ləğvini deyil, həm də Hörmüz boğazı üzərində suverenlik və müharibə nəticəsində kompensasiya ödənilməsini tələb edir.Aparıcı vurğulayıb ki, yaranmış vəziyyət müəyyən mənada ironik xarakter...

12 May 2026, 10:32

Sahib Alıyev: Ermənistanla bağlı İlham Əliyevin mesajı mühüm xəbərdarlıqdır

Millət vəkili, əməkdar jurnalist Sahib Alıyev Prezident İlham Əliyevin Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə səsləndirdiyi fikirləri şərh edib.Citypost.az xəbər verir ki, deputat bildirib ki, dövlət başçısının “Nə qədər ki Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq” fikri mühüm siyasi mesajdır və diqqətdə saxlanılmalıdır.Sahib Alıyevin sözlərinə görə, Ermənistanda mövcud olan siyasi qüvvələrin Azərbaycana münasibəti və gələcək planları arasında ciddi prinsipial fərq yoxdur, fərq yalnız onların ritorikasındadır.Millət vəkili qeyd edib ki, Baş nazir Nikol Paşinyanın komandasında yer alan Alen Simonyan, Armen Qriqoryan və Ararat Mirzoyan kimi şəxslərin mövqeyi...

12 May 2026, 10:11

Ceyhun Məmmədov: “ATƏT-in Minsk qrupu 30 il nəticə vermədi”

Millət vəkili Ceyhun Məmmədov Azərbaycan dövlətinin son illərdə əldə etdiyi uğurların arxasında gərgin əməyin, düşünülmüş siyasi addımların və güclü ordunun dayandığını bildirib. O qeyd edib ki, bu güc 44 günlük Vətən müharibəsində öz təsdiqini tapdı.Citypost.az xəbər verir i, Deputat vurğulayıb ki, Azərbaycana qarşı uzun illər ikili standartlarla yanaşan bəzi dövlətlər və beynəlxalq təşkilatlar ölkəmizin qazandığı qələbəni qəbul edə bilmir və əvvəlki siyasətlərini davam etdirmək niyyətindədirlər.Ceyhun Məmmədov bildirib ki, Azərbaycan BMT-nin 4 qətnaməsini özü icra edərək torpaqlarını işğaldan azad edib və artıq ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Onun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə bu məsələ ilə bağlı qətiyyətli və prinsipial...

12 May 2026, 09:34

Tural İrfan: Müsəlman xalqların birliyi hədəfə alınır

Qərbdəki bəzi siyasi institutlar davamlı olaraq Şərqi, əsasən də zəngin sərvətləri və mədəniyyəti olan müsəlman aləmini istila və istismar etmək üçün ideyalar üzərində işləyir, yeni metodlar ortaya qoyurlar. Qədimdən öz köklərinə, inancına sadiq xalqları bütövləşdirən, həmrəyliyinə bünövrə təşkil edən özülləri, bağları sarsıtmaq üçün müxtəlif adlar altında cürbəcür təsirlər göstərilir. Bu xalqları birləşdirən, hətta dövlətlərin arasında ittifaqa səbəb olan amilləri aradan qaldırmağa çalışırlar ki, parçalayıb, üz-üzə qoyub asan istismar edə bilsinlər."Demokratiya", "insan haqları", "qadın hüquqları" adı altında müsəlman Şərqinə müəllimlik edir, əvvəlcə səddamlar, qəddafilər yetişdirirlər. Sonra onları öz xalqı ilə üz-üzə qoyurlar yaxud buna təhrik edirlər, imkan yaradırlar. Daha sonda onların...

12 May 2026, 08:55