Nicat Dağlar: Ermənistanda növbəti mərhələ Konstitusiya dəyişikliyi olmalıdır
Siyasət 09 İyun 2026, 11:01
352
Jurnalist Nicat Dağlar Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin davamı üçün Ermənistanın üzərinə düşən mühüm öhdəliklərin hələ də qaldığını bildirib.
Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə qeyd edib ki, Ermənistanda növbəti əsas mərhələ Konstitusiyaya dəyişikliklərin edilməsi və Azərbaycana qarşı ərazi iddialarının tamamilə aradan qaldırılması olmalıdır.
“Ərazi iddiaları Ermənistan Konstitusiyasından çıxarılmalıdır”, – deyə jurnalist vurğulayıb.
Nicat Dağlar hesab edir ki, bununla yanaşı, “Qarabağ” adı altında fəaliyyət göstərən müxtəlif nümayəndəlik və təmsilçilik strukturlarının da fəaliyyətinə son verilməlidir.
Onun sözlərinə görə, belə qurumlar təkcə Ermənistanda deyil, Fransa, ABŞ, Rusiya və digər ölkələrdə də ləğv edilməli, erməni təşkilatlarının “Qarabağ” adından istifadəsinə birdəfəlik son qoyulmalıdır.
Jurnalist bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş münaqişə ilə bağlı səhifəni tam şəkildə bağlamaq üçün konkret addımlar atmalıdır.
Həmçinin oxuyun
N.Dağlar əlavə edib ki, regionda davamlı sülh və əməkdaşlığın təmin olunması baxımından nəqliyyat-kommunikasiya xətlərinin açılması da mühüm əhəmiyyət daşıyır.
“Eyni zamanda Zəngəzur dəhlizinin açılması istiqamətində praktik addımlar atılmalıdır”, – deyə o qeyd edib.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əziz Əlibəyli: Ermənistanın əsas gücü diaspora və lobbi şəbəkəsindən qaynaqlanır
Siyasi şərhçi Əziz Əlibəyli Ermənistanın son illərdə həyata keçirdiyi xarici siyasət kursunu və bunun arxasında duran amilləri dəyərləndirib.Citypost.az xəbər verir ki, Ə.Əlibəyli bildirib ki, Ermənistanda keçirilən seçkilərin nəticələri ölkənin xarici təsirlərə qarşı müəyyən müqavimət imkanlarına malik olduğunu bir daha nümayiş etdirib.Ə.Əlibəylinin sözlərinə görə, Ermənistan Rusiyanın müxtəlif təzyiq və təsir mexanizmləri ilə üzləşsə də, bir sıra hallarda bu təsirləri neytrallaşdırmağa nail olub.“Bu necə baş verdi? Ermənistanın əsas gücü diaspora və lobbi şəbəkəsindən qaynaqlanır”, – deyə siyasi şərhçi qeyd edib.O vurğulayıb ki, erməni diasporunun müxtəlif ölkələrdə formalaşdırdığı əlaqələr və təsir imkanları Ermənistanın iqtisadi və siyasi dayanıqlılığına dəstək verir.Şərhçi nümunə kimi Rusiyanın Ermənistanın...
09 İyun 2026, 11:08
Politoloq: Yaxın Şərqdə böyük sülh planı Azərbaycanın maraqlarına uyğundur
Yaxın Şərqdə davamlı sülhün əldə olunması hazırda çətin görünsə də, region ölkələri ilə İsrail arasında genişmiqyaslı razılaşma bunun mümkünlüyünü təmin edə bilər. Citypost.az xəbər verir ki, bu fikirləri politoloq Turab Rzayev sosial şəbəkə hesabında paylaşdığı açıqlamada səsləndirib.Politoloqun sözlərinə görə, belə bir ssenari İran, Türkiyə, Pakistan, Misir, Səudiyyə Ərəbistanı, İordaniya və Körfəz ölkələrinin İsraillə münasibətlərinin normallaşmasını nəzərdə tutur. O hesab edir ki, bunun üçün ilk növbədə İsraildə daha mülayim və praqmatik hökumətin formalaşması, eyni zamanda İranın İsrailə qarşı sərt ideoloji yanaşmadan imtina etməsi vacibdir.T.Rzayev qeyd edib ki, region ölkələrinin hamısının İbrahim Sazişlərinə qoşulması və yeni təhlükəsizlik arxitekturasının yaradılması Yaxın Şərqdə sabitliyin...
09 İyun 2026, 10:45
Ankara hesablayır, Bakı əsəbiləşir: Paşinyan niyə problemə çevrildi?
Ermənistanda seçki keçirildi. Paşinyan qalib gəldi.Türkiyə sakit və müsbət reaksiya verdi.Azərbaycanın dövlətə bağlı mediası isə faktiki olaraq anti-Paşinyan kampaniyasına başladı.Bu, emosional fərq deyil.Bu, maraqların toqquşmasıdır.Türkiyə üçün Paşinyan ideal variantdır.Çünki o:Türkiyə ilə sərhədi açmağa hazırdırregionu iqtisadi layihələrə inteqrasiya etmək istəyirRusiya asılılığını zəiflədirAnkara üçün bundan yaxşı Ermənistan ola bilməz.Türkiyə dövlət kimi düşünür.Ona nəticə lazımdır.Bakı isə başqa şeyə öyrəşmişdi.Uzun illər Ermənistan zəif, parçalanmış və reaksiya verən tərəf idi.İndi isə Paşinyan bu modeli dağıdır.O, müharibəni bağladı.Revanşizmi kənara qoydu.Dövləti toparlamağa başladı.Bu isə artıq problem yaradır.Çünki zəif qonşu rahatdır.Stabil qonşu isə rəqibdir.Azərbaycan mediasının isterik reaksiyası da buradan gəlir.Paşinyanı gözdən salmaq cəhdi seçkiyə görə deyil.Nəticəyə görədir.Çünki bu...
09 İyun 2026, 10:03
Ədalət Verdiyev: Ermənistan seçkilərinin nəticəsi regiondakı güc balansını dəyişməyəcək
Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edən hərbi ekspert Ədalət Verdiyev səsvermə prosesi zamanı çoxsaylı pozuntuların müşahidə olunduğunu bildirib.Citypost.az xəbər verir ki, ekspert qeyd edib ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın 50 faiz civarında səs toplayacağını proqnozlaşdırmışdı və əldə olunan nəticə mövcud şərait nəzərə alındıqda yüksək göstərici hesab edilə bilər.Onun sözlərinə görə, seçkilər Rusiyanın təsiri, Qarabağ klanının fəaliyyəti, erməni diasporunun mövqeyi, kilsənin iştirakı və vəzifədən uzaqlaşdırılmış yüksək vəzifəli şəxslərin müxalif davranışları, eləcə də davamlı hibrid təzyiqlər fonunda keçirilib.Ə.Verdiyev vurğulayıb ki, Azərbaycan Ermənistan daxilində hansı siyasi qüvvənin hakimiyyətə gəlməsindən narahat deyil. Onun fikrincə, Azərbaycan müharibə tərəfdarı deyil və bu...
09 İyun 2026, 09:47
Ceyhun Bayramov:Qəzzada dayanıqlı sülhün əldə edilməsi vacibdir
Yaxın Şərqdə, Qəzzada dayanıqlı sülhün əldə edilməsi vacibdir.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türkiyə–Azərbaycan–Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.Onun sözlərinə görə, bu gün İran ətrafında baş verənlərin hər üç ölkəyə təsiri müzakirə edilib.“Vahid yanaşma ondan ibarətdir ki, diplomatik, siyasi yollara üstünlük verilməlidir, beynəlxalq hüquqa riayət olunmalıdır. Atəşkəsin təmin edilməsi və daha sonra davamlı sülhün əldə edilməsi bütün bölgə üçün ən önəmli məqamlardan biridir”, - XİN rəhbəri qeyd edib....
08 İyun 2026, 16:45
Şahin Qocayev: Azərbaycan Paşinyandan sonrakı dövrə hazırlaşmalıdır
Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini dəyərləndirən jurnalist, Ordu.az saytının rəhbəri Şahin Qocayev hesab edir ki, Nikol Paşinyanın yenidən hakimiyyətdə qalması həm bugünkü siyasi reallıqlar, həm də gələcək perspektivlər baxımından təhlil edilməlidir.Citypost.az xəbər verir ki, Ş.Qocayev bildirib ki, Paşinyanın seçkilərdə qələbəsi Azərbaycan üçün vacib məqamlardan biri olsa da, diqqət artıq Ermənistanın gələcək siyasi mərhələsinə yönəlməlidir.“Paşinyanın seçilməsini həm indiki, həm də gələcək zamana əsasən təhlil etmək lazımdır. Hər bir halda bu nəticə Azərbaycan üçün əhəmiyyətli idi. Lakin artıq Paşinyandan sonrakı dövrün konturlarını cızmaq vaxtıdır”, – deyə o qeyd edib.Jurnalistin fikrincə, gələcəkdə Ermənistanda revanşist qüvvələrin bu və ya digər formada hakimiyyətə gəlmək cəhdləri...
08 İyun 2026, 10:35