Sabah hava yağmursuz keçəcək
Cəmiyyət 28 İyun 2025, 14:28

815
Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-şərq küləyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.
Həmçinin oxuyun
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir
Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Belə ki, iyulun 1-dən nikahın bağlanmasına mane olan halların sayı artırılır.Ailə Məcəlləsinə aşağıdakı hallar əlavə edilir.- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;...
01 İyul 2025, 08:52

Qətərdən Qəzza açıqlaması
Qəzza zolağında hərbi əməliyyatların dayandırılması üzrə danışıqlar hazırda davam etmir, lakin vasitəçilərin iştirakı ilə təmaslar var. CityPost.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari mətbuat konfransında bildirib.“Hazırda Qəzza zolağındakı vəziyyətlə bağlı danışıqlar aparılmır, lakin onlara qayıtmaq üçün təmaslar var”, - diplomat bildirib.Onun sözlərinə görə, son vaxtlar beynəlxalq ictimaiyyətin Qəzzada axan qanlara məhəl qoymaması çox çətinləşib.O, əlavə edib ki, ABŞ ciddi şəkildə danışıqlara qayıtmağa cəhd etmək niyyətindədir, lakin burada çətinliklər var.May ayında RİA Novosti baş nazirin dəftərxanasının müşaviri Dmitri Gendelmana istinadən xəbər vermişdi ki, İsrail 2025-ci ilin aprelində növbəti çıxılmaz vəziyyətə düşmüş Qəzzada vəziyyətlə bağlı...
30 İyun 2025, 17:31

Bəylər Eyyubovun yerinə o təyin edildi
Prezidentin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.CityPost.az Unikal-a istinadən xəbər verir ki, bu vəzifəyə polkovnik Fərid Əsgərov təyin edilib.Qeyd edək ki, F.Əsgərov bu təyinatadək PTX rəisi Bəylər Eyyubovun müavini idi. B.Eyyubov digər təyinatla Prezidentin Katibliyinin rəisi təyin edilib.
30 İyun 2025, 17:21

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilib.CityPost.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Bəylər Eyyubov Prezidentin Katibliyinin rəisi təyin olunub.Qeyd edək ki, 74 yaşlı B.Eyyubov 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini vəzifəsini tutub. 16 mart 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.O, göstərdiyi xidmətlərinə görə “Şərəf”, “Azərbaycan bayrağı”, “Vətənə xidmətə görə” (3 dəfə) və digər orden və medallarla təltif edilib....
30 İyun 2025, 17:20

Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılanlar var.APA-nın əldə etdiyi məlumata görə, DİN-in əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb.Qeyd edək ki, bu gün səhər saatlarından etibarən DİN "Sputnik Azərbaycan"ın Bakıdakı ofisində əməliyyat keçirir.Xatırladaq ki, Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan" agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunub.Məlumatda bildirilib ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədilə qəbul edilib.Başqa sözlə, "Sputnik-Azərbaycan"ın Bakıda çalışan jurnalistlərinin sayı AZƏRTAC-ın...
30 İyun 2025, 15:53

Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, Fikrət Fərrux oğlu Məmmədov Azərbaycan Respublikasının ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.Qeyd edək ki, sabah F. Məmmədovun 70 yaşı tamam olur.O, 2000-2024-cü illərdə ədliyyə naziri vəzifəsini icra edib. Bu ilin fevralında Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi təyin olunub....
30 İyun 2025, 14:27