Bizə yazın

Baku

-°C

USD

-

Sevinc Həmidovanın barəsindəki iş məhkəməyə göndərildi    

Hadisə 23 İyun 2025, 13:21

14097

Onun 3 ilədək azadlıqdan məhrum ediləcəyi gözlənilir.

Alimenti ödəmədiyinə görə keçmiş həyat yoldaşından şikayət edən Həmidov Rasim barədə məlumat vermişdik.

CityPost.az   xəbər  verir    ki, bu günlərdə əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün Rasim Həmidov Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi Seymur Xəlilovun dəvəti ilə Ədliyyə Nazirliyində olub.

Rasim Həmidovun sözlərinə görə,O,Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə çağrılıb.Çağırış onun şikayəti əsasında keçmiş həyat yoldaşı Sevinc Həmidova barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə başlanmış,  253300021 nömrəli cinayət işinin istintaqının yekunlaşması ilə bağlı olub.

Rasim Həmidov qanunverciliyin tələblərinə uyğun olaraq onun şikayəti əsasında keçmiş  arvadı Sevinc Həmidova barəsində başlanmış cinayət işi ilə tanış olub və istintaq prosesi  başa çatdığına görə  toplanmış materiallar cinayət işinə əlavə olmaqla borcluya ittiham olunması üçün Baş Prokurorun birinci müavini,III dərəcə ədliyyə müşaviri Ceyhun Kərimova göndərilib.

İttiham aktı təsdiq edildikdən sonra cinayət işinin  qanunvericiliyin tələblərinə uyğun olaraq baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə həvalə ediləcəyi gözlənilir.

Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun  keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə məlumat  son bir neçə gündə saytların əsas xəbər başlığına çevrilməklə sosial şəbəkələrdə gündəm olub.

Məhkəmənin qət etdiyinə görə,Sevinc Həmidova birgə nikahdan olan 3 övladlarının saxlanması  üçün hər ay,hər  uşağa  görə Rasim Həmidova 150 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin ,yazılanlara görə aliment ödəməli olan S.Həmidova məhkəmənin qanuni qətnaməsini saya salmır,belə ki,qətnaməni  icra etməməkdən ötrü  süni əngəl  törətməklə  müxtəlif cür bəhanələr gətirib.

Qeyd edək ki, Ağcabədi Rayon Məhkəməsinin 28.03.2023-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Borclunun olduğu yer müəyyən edilmədiyindən icra məmurunun 02.12.2022-ci və 12.04.2023-cü il tarixli qərarları ilə axtarışla şöbəyə gətirilmiş S.Həmidova Ağcabədi Rayon Məhkəməsinin 25.01.2023-cü 10.09.2024-cü il tarixli qərarları    ilə hər biri 500 manat olmaqla iki dəfə inzibati qaydada cərimə edilmişdir.

Miri Məcidli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gəncədə qanunsuz tikili söküldü

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Tereşkova küçəsi və Məhsəti qəsəbəsi ərazilərində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb....

16 Mart 2026, 10:31

Azərbaycan XİN: İslamın yanlış təqdim edilməsi və ya damğalanması qəbuledilməzdir 

İslamofobiya, insanların inancına görə onlara qarşı yönəlmiş ayrı-seçkilik və nifrət insan ləyaqətinin, bərabərliyin və qarşılıqlı anlaşmanın ən əsas prinsiplərini sarsıdır.CityPost.az  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü ilə bağlı "X" sosial şəbəkə hesabında edilən paylaşımda qeyd olunub.Bildirilib ki, sözügedən qərəzin cəmiyyətlərimizdə yeri yoxdur."İslamofobiya ilə Beynəlxalq Mübarizə Günündə biz mədəniyyətlər və dinlər arasında hörmət, tolerantlıq və dinc yanaşı yaşamağa dair qəti sadiqliyimizi bir daha təsdiq edirik", - xarici siyasət idarəsinin paylaşımında vurğulanıb."İslam sülh, mərhəmət, ədalət və həmrəylik dəyərlərinə əsaslanır. İslamın yanlış təqdim edilməsi və ya damğalanması qəbuledilməzdir.Dözümsüzlüyün bütün formalarına qarşı mübarizə inklüziv, dinc...

15 Mart 2026, 18:42

"Qırmızı bülleten" ilə axtarılan 32 nəfər Türkiyəyə ekstradisiya olunub 

Türkiyəyə 72 cinayətkar ekstradisiya olunub, onlardan 32-si "qırmızı bülleten" ilə, 40-ı isə milli səviyyədə axtarışda olub.Bu barədə məlumat Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) "X"dəki hesabında yayılıb.Bildirilib ki, Türkiyəyə ekstradisiya olunanlardan 54-ü Gürcüstan, 9-u Almaniya, 2-si Monteneqroda olub. "Argentina, Kolumbiya, İraq, Rusiya, İsveç, Şimali Kipr Türk Respublikası və Bolqarıstanın isə hərəsindən 1 nəfər Türkiyəyə gətirilib",- DİN-in məlumatında qeyd olunub.

15 Mart 2026, 17:30

Bakıya narkotik gətirdi - HƏBS olundu

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə şübhəli bilinən 65 yaşlı Elçin Əliyev saxlanılıb.DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Citypost.az-a verilən məlumata görə, həmin şəxsdən 8 kiloqram mariuxana, tiryək, metamfetamin və psixotrop tərkibli həblər aşkarlanıb.Araşdırma zamanı E.Əliyevin narkotikləri Bakı şəhərinə apardığı müəyyən edilib.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib....

15 Mart 2026, 13:16

KİV: Müctəba Xamenei yaralı vəziyyətdə Rusiyaya aparılıb 

İranın yeni Ali rəhbəri Müctəba Xamenei səhhəti və təhlükəsizliyi ilə əlaqədar gizli formada Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparılıb.CityPost.az  xəbər verir ki, bunu İranın yeni Ali rəhbəri Müctəba Xameneiyə yaxın olan yüksəkrütbəli mənbə "Al-Jarida" nəşrinə bildirib."Moskvada uğurlu əməliyyat keçirib və hazırda prezident saraylarından birinin nəzdindəki özəl xəstəxanada müalicə alır",- məlumatda qeyd olunub.Mənbənin sözlərinə görə, fevralın 28-də İrana edilən ilk hücumlar zamanı Müctəba yaralanıb. İrana hücumların davam etməsi isə onun ölkədə müalicə almasını çətinləşdirib və bu səbəbdən Xamenei Rusiya paytaxtına aparılıb:"Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı zamanı Müctəbanın Rusiyada müalicə olunmasını təklif edib. İran rəsmiləri,...

15 Mart 2026, 12:25

Yəmən ABŞ və İsraili hədələdi

Yəmən strateji əhəmiyyətli Bab əl-Məndəb boğazını ABŞ və İsrail gəmiləri üçün bağlamaqla hədələyib.CityPost.az  İranın “Press TV” telekanalına istinadən xəbər verir ki, bu haqda Yəmənin yüksək rütbəli hərbi komandiri Abed əl-Səvr bildirib.

15 Mart 2026, 10:30