Rusiya komandası Əfqanıstanla səfər meydanında oynamaqdan imtina edib
İdman 30 İyun 2025, 13:24
4648
Rusiya futbol yığması Əfqanıstan yığması ilə Kabildə oynamaqdan imtina edib.
CityPost.az xəbər verir ki, bu barədə “Mash on Sport” Teleqram kanalı Rusiya Futbol İttifaqının (RFU) nümayəndəsinə istinadən məlumat yayıb.
"İlin sonuna kimi komandamız üç oyun keçirəcək, onların hamısı Rusiyada keçiriləcək. Potensial rəqiblərin adları hələlik məlum deyil, lakin iş gedir", - RFU-dan bildiriblər.
İyunun 18-də Əfqanıstanın sənaye və ticarət nazirinin müavini Əhmədullah Zahid Rusiya yığmasını Kabilə yoldaşlıq görüşünə dəvət edib.
2022-ci ilin fevralında Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Assosiasiyaları İttifaqı (UEFA) Rusiya millisini və Rusiya klublarını onların himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırıb. Belə ki, klubların Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqasında oynamaq hüququ yoxdur, kişilərdən ibarət yığma isə 2022-ci il dünya çempionatına vəsiqə qazanmaq imkanından məhrum edilib. Həmçinin rusiyalı futbolçular 2024-cü il Avropa çempionatında iştirak etməyib və ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il dünya çempionatının püşkatma mərasimində iştiraka buraxılmayıblar.
Həmçinin oxuyun
Rusiya yığması yalnız yoldaşlıq oyunları keçirir. İyun ayında Valeri Karpinin komandası Nigeriya (1:1) və Belarus (4:1) ilə qarşılaşıb.
Daha əvvəl RFU ABŞ-dan daha yaxşı Klublararası Dünya Çempionatını keçirəcəklərini bildirmişdi.
Miri
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Oyun zamanı futbolçular huşunu itirdi
Tunis Liqasının "Sfaksyen" və "Qabes" komandaları arasında keçirilən qarşılaşmanın başlama saatı kütləvi narazılığa səbəb olub.Citypost.az xəbər verir ki, Ramazan ayı zamanı, yerli vaxtla günorta saat 13:00-da start götürən matçda bir neçə futbolçu meydanda huşunu itirərək yıxılıb.Hadisənin baş verdiyi vaxt Tunisdə müşahidə olunan yüksək temperatur və orucluğun yaratdığı fiziki gərginlik oyunçuları çətin vəziyyətə salıb.Şahidlərin və sosial şəbəkələrdə yayılan görüntülərin təsdiq etdiyi kimi, bir neçə oyunçu kəskin susuzluq və yorğunluq səbəbindən meydanda kollaps keçirib. Tibbi heyət huşunu itirən idmançılara təcili yardım göstərmək üçün dəfələrlə meydana daxil olublar. (Telerqraf)Hələlik hər iki klub baş verənlərlə bağlı rəsmi bəyanat yaymasa da, ölkə mətbuatı bu hadisəni...
04 Mart 2026, 17:13
Ağa Dadaşzadə: “Qarabağ”–“Nyukasl” oyunu Azərbaycan futbolu üçün mühüm sınaqdır
“Bu gün səfərdə keçiriləcək “Qarabağ” – “Nyukasl” qarşılaşması həm klubumuz, həm də Azərbaycan futbolu üçün mühüm sınaqdır.”Jurnalist Ağa Dadaşzadə görüşlə bağlı Citypost.az-a fikirlərini bölüşərək bildirib ki, səfər amili oyunun çətinliyini artırsa da, komandanın son illərdə Avropa arenalarında qazandığı təcrübə ümid verir:“Qarabağ artıq Avropa səfərlərinin psixoloji ağırlığını yaşayan komanda deyil. Futbolçular belə atmosferlərə öyrəşiblər. ‘Nyukasl’ fiziki gücü və sürətli oyun tempi ilə seçilir, lakin düzgün taktiki intizam və müdafiədə diqqət nəticəyə təsir edə bilər.”O qeyd edib ki, İngiltərə təmsilçisinin favorit göstərilməsi təbiidir: “Premyer Liqa komandaları hər zaman güclü sayılır. Amma futbol sürprizləri sevir. Qarabağ topa nəzarəti itirməsə və əks-hücumlarda dəqiq oynasa,...
24 Fevral 2026, 13:17
Dünyanın ən dəyərli 5 klubu - SİYAHI
Futbol dünyası yalnız meydanda baş verən oyunla deyil, həm də klubların bazar dəyərləri ilə diqqət çəkir. Ən məşhur komandaların iqtisadi göstəriciləri də onların populyarlığını və qlobal təsirini ortaya qoyur. Citypost.az hazırda dünyanın ən dəyərli beş futbol klubunu təqdim edir.1-ci yer – Real Madridİspaniyanın ən böyük futbol klubu olan Real Madrid-in hazırkı bazar dəyəri 6,7 milyard dollardır.2-ci yer – Manchester Unitedİngiltərənin Manchester şəhərini təmsil edən Manchester United futbol klubunun hazırkı bazar dəyəri 6 milyard dollardır.3-cü yer – Barcelonaİspaniyanın ən böyük ikinci futbol klubu olan Barcelona-nın hazırkı bazar dəyəri 5,51 milyard dollardır.4-cü yer – Liverpool FCİngiltərənin Liverpool şəhərini təmsil edən Liverpool futbol...
23 Fevral 2026, 13:08
İdmanda sistem problemi varmı?
“İdmanda sistem problemi varmı?” sualı hər böyük turnirdən sonra yenidən gündəmə gəlir. Qələbə olanda hamı fərdi istedaddan danışır, məğlubiyyət olanda isə birdən-birə “sistem yoxdur” arqumenti ortaya çıxır. Amma məsələ emosional reaksiya yox, struktur məsələsidir.Citypost.az-ın məlumatına görə, Azərbaycan idmanı uzun illərdir fərdi nailiyyətlər üzərində qurulub. Xüsusilə güləş, cüdo, boks kimi növlərdə olimpiya və dünya uğurları əldə olunub. Bu nəticələrdə həm istedad, həm də dövlət dəstəyi mühüm rol oynayıb. Lakin sual budur: bu uğurlar davamlı modelə söykənir, yoxsa konkret nəsil və konkret məşqçi məktəbinin nəticəsidir?Məsələn, Olimpiya zamanı qazandığımız medallar cəmiyyətə böyük motivasiya verir. Ancaq həmin medalların arxasında uşaq idman məktəblərinin vəziyyəti, regionlarda...
23 Fevral 2026, 11:29
Nəriman ABŞ-da 90 nömrəli forma ilə oyuna çıxacaq
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ABŞ-nin “Kolambus Kryu” klubunda forma nömrəsi bəlli olub.Citypost.az xəbər verir ki, hücumçu yeni komandasında 90 nömrəli formanı geyinəcək.Qeyd edək ki, Nəriman Axundzadə bu yaxınlarda “Qarabağ”dan MLS təmsilçisinə transfer olunub. O, ABŞ klubunun düşərgəsinə viza aldıqdan sonra qoşulacaq. Futbolçu “Kolambus Kryu” ilə 2029-cu ilədək müqavilə imzalayıb. (Modern.az)
23 Fevral 2026, 11:26
UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.CityPost.az-ın məlumatına görə, İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1:6 hesabı ilə uduzub.Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qonaq komandanın qollarını Entoni Qordon (3, 32-pen, 34, 45+1-pen), Malik Tşau (9) və Ceykob Merfi (72) vurublar.Ağdam təmsilçisinin yeganə qolu isə 55-ci dəqiqədə Elvin Cəfərquliyevin aktivinə yazılıb.Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq....
18 Fevral 2026, 23:49