Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
Cəmiyyət 23 İyul 2025, 10:17

285
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,25 %-dən 7 %-ə endirilməsi barədə qərar qəbul edib.
CityPost.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 %-dən 6 %-ə, yuxarı həddi isə 8,25 %-dən 8 %-ə endirilib.
Həmçinin oxuyun
"Sabahdan qüvvəyə minəcək qərar faktiki inflyasiyanın proqnoz inflyasiyasının trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib", - deyə AMB bəyan edib.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə sentyabrın 10-da açıqlanacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Pentaqon Heqsetin istefasını tələb edən məktub hazırlayır
Bir sıra Pentaqon rəsmiləri ABŞ müdafiə naziri Pit Heqsetin istefasını tələb edən kollektiv məktub hazırlayır. CityPost.az xəbər verir ki,bu barədə mənbələrə istinadən Daily Mail qəzeti məlumat yayıb.Nəşr qeyd edib ki, may ayından etibarən məktub layihələri yüksək və orta səviyyəli hərbi məmurlar, eləcə də mülki işçilər arasında “dolaşır”. Mənbənin sözlərinə görə, orada deyilir: “Amerika ictimaiyyətinə bildirin ki, bu adamın nə etdiyi barədə heç bir fikri yoxdur.”“Bəzi Pentaqon rəsmiləri Pete Hegseth-i müdafiə naziri olmağa yararsız elan etməyə cəhdlər edir”, - nəşr yazır.Məktubda siyasiləşmiş qərar qəbuletmə prosesi, bütün şöbənin "disfunksiyası", aşağı əhval-ruhiyyə, həmçinin "Hegseth-in müxalif fikrin kökünü kəsmək vəsvəsəsi" səbəbindən yaranan paranoyak atmosferlə...
23 İyul 2025, 16:51

Rasim Həmidovdan şok iddia: "Qolumu sındırdılar..."
Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün Rasim Həmidovun şikayəti əsasında keçmiş həyat yoldaşı Sevinc Həmidova barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması və 253300021 nömrəli cinayət işinin istintaqının yekunlaşması ilə bağlı məlumat vermişdik.Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin topladığı materiallar baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilib.Bu gün Ağcabədi Rayon Məhkəməsində hakim Etibar Quliyevin sədrliyi ilə saat 15:00-da Ağcabədi Rayon Məhkəməsində zal...
23 İyul 2025, 16:50

Azərbaycan Ordusunun zabiti vəfat etdi
Azərbaycan Ordusunun zabiti vəfat edib.CityPost.az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə Kəlbəcər rayonunda yerləşən “N” saylı hərbi hissələrin birində baş verib.Əslən Ağcabədi rayonundan olan leytenant Qasımov Azad Ziyad oğlu xidmət etdiyi hərbi hissədə vəfat edib.Mərhum bu gün doğulduğu rayonda dəfn olunacaq.Qeyd edək ki, A.Qasımov ailəli olub və bir övladı var.Faktla bağlı araşdırma aparılır.
23 İyul 2025, 11:09

Həsən bəy Zərdabinin oğlunun inanılmaz HƏYAT HEKAYƏSİ
Bu gün Azərbaycanda mətbuat günü qeyd olunur.CityPost.az xəbər verir ki, 22 iyul "Milli Mətbuat Günü" görkəmli ziyalı Həsən bəy Zərdabinin adı ilə bağlıdır. Mətbuatımızın banisi Həsən bəyin oğlu ilə bağlı maraqlı faktı təqdim edirik:Səfvət bəy Məlikov 1891-ci ildə Göyçay qəzasının Zərdab kəndində doğulub.Həsən bəy Zərdabinin oğludur.1915-ci ildən fasilələrlə xaricdə, 1927-ci ildən isə Türkiyədə yaşayıb.O, Bakı Realnı məktəbini bitirdikdən sonra 1915-ci ildə Riqa Politexnik İnstitutuna daxil olub.Atasının adına təsis olunmuş təqaüdlə təhsil alıb.1917-ci il inqilabından sonra təhsilini yarımcıq qoyaraq Bakıya geri dönüb.Cümhuriyyət quruculuğu prosesində iştirak edib. Əlimərdan bəy Topçubaşov Səfvət bəyin yeznəsi idi və o Paris Sülh Konfransına gedən nümayəndə heyətinin tərkibində Səfvət...
22 İyul 2025, 14:43

Prezident Trampa təşəkkür etdi
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışından paylaşım etdiyi üçün təşəkkür edib.CityPost.az xəbər verir ki, dövlət başçısı bununla bağlı “X” hesabında paylaşım edib.“Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həmçinin Prezident Donald Trampın həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliyi ilə bağlı qeyd etdiyim fikirlərimi öz sosial media platformasında paylaşdığına görə ona minnətdarlığımı bildirmək istərdim.Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviq edilməsi ilə bağlı baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ortaq dəyərləri bölüşürük və onun...
22 İyul 2025, 14:08

Prezident sərəncam imzaladı
Prezident İlham Əliyev Sabirabad rayonunun Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. CityPost.az sərəncamın mətnini təqdim edir: 1. Altmış bir min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,1 milyon (iki milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən...
22 İyul 2025, 13:19