Bizə yazın

Baku

-°C

USD

-

Sevinc Həmidovanın işinə Ağcabədi Məhkəməsində baxılacaq  

Hadisə 03 İyul 2025, 13:56

10922

Aliment  ödəməkdən  boyun  qaçırdığı üçün  onun 3 ilədək azadlıqdan məhrum ediləcəyi gözlənilir.

Bu günlərdə əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün Rasim Həmidovun  Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi Seymur Xəlilovun dəvəti ilə Ədliyyə Nazirliyində olduğuna dair məlumat  vermişdik.

CityPost.az-a  açıqlama  verən  Rasim Həmidov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə çağrıldığının səbəbinin ,onun şikayəti əsasında keçmiş həyat yoldaşı Sevinc Həmidova barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət  işinin   başlanması və  253300021 nömrəli cinayət işinin istintaqının yekunlaşması ilə bağlı olduğunu deyib.

Çağırış  əsnasında Rasim Həmidov qanunverciliyin tələblərinə uyğun olaraq onun şikayəti əsasında keçmiş  arvadı Sevinc Həmidova barəsində başlanmış cinayət işi ilə tanış olmuş və istintaq prosesi  başa çatdığına görə  toplanmış materiallar cinayət işinə əlavə olmaqla məhkəməyə göndərilmişdir.

Dünən Rasim Həmidov   Ağcabədi Rayon Məhkəməsindən elektron bildiriş alıb. Ağcabədi Rayon  Məhkəməsinin  hakimi   Etibar  Quliyevin  göndərdiyi   bildirişdə R.Həmidovun 16.07.2025-ci il tarixdə,saat 11:30-da Ağcabədi Rayon Məhkəməsində  zal №1-də, təqsirləndirilən şəxs  Həmidova  Sevinc Baxşeyş qızı ilə bağlı 1(017)-78/2025  saylı  cinayət işi üzrə  zərərçəkmiş şəxs  qismində məhkəmə iclasında  iştirak etməsinin zəruri olduğu  vurğulanıb.

Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun  keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə məlumat  son bir neçə gündə saytların əsas xəbər başlığına çevrilməklə sosial şəbəkələrdə gündəm olub.

Məhkəmənin qət etdiyinə görə,Sevinc Həmidova birgə nikahdan olan 3 övladlarının saxlanması  üçün hər ay,hər  uşağa  görə Rasim Həmidova 150 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin ,yazılanlara görə aliment ödəməli olan S.Həmidova məhkəmənin qanuni qətnaməsini saya salmır,belə ki,qətnaməni  icra etməməkdən ötrü  süni əngəl  törətməklə  müxtəlif cür bəhanələr gətirib.

Qeyd edək ki, Ağcabədi Rayon Məhkəməsinin 28.03.2023-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Borclunun olduğu yer müəyyən edilmədiyindən icra məmurunun 02.12.2022-ci və 12.04.2023-cü il tarixli qərarları ilə axtarışla şöbəyə gətirilmiş S.Həmidova Ağcabədi Rayon Məhkəməsinin 25.01.2023-cü 10.09.2024-cü il tarixli qərarları    ilə hər biri 500 manat olmaqla iki dəfə inzibati qaydada cərimə edilmişdir.

Müşərrəfxanım 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Cəlilabadda keçmiş vəzifəli şəxsin meyiti tapılıb 

Cəlilabadda evdən meyit tapılıb.Rayon sakini 1976-cı il təvəllüdlü Rəşad Salmanovun meyiti tapılıb.Onun Bakıda yaşadığı və bir müddət əvvəl ata evinə gəldiyi deyilir.Qeyd edək ki, R.Salmanov uzun müddət Cəlilabad rayon Təhsil Şöbəsində mühasib, Mədəniyyət Şöbəsinin müdiri, son vaxtlar isə İmprotex şirkətində mühasib vəzifəsində çalışırdı.3 övlad atası olan Rəşad Salmanov, yaxınlarda övladına nişan edib.Meyit aidiyyəti üzrə təhvil verilib.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır....

25 Yanvar 2026, 11:33

Niyaməddin Musayevdən polkovnik qızı ilə bağlı AÇIQLAMA 

Xalq artisti Niyaməddin Musayev qızının bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyində işləməsi və polkovnik rütbəsi daşıması xəbərlərinə  münasibət bildirib.CityPost.az  xəbər verir  ki,Oxu24.com-a özəl olaraq açıqlamasında Xalq artisti qızının bir neçə il əvvəl FHN-də işləməsi xəbərini təsdiqləyib."Bəli,qızım orada işləyib.Mən o vaxtı getdim və qızımın işə götürülməsini xahiş etdim. Onlar da xahişimi yerə salmadılar.Yoxladılar,imtahan etdilər və işə götürdülər.Qızım ali təhsillidir.Qanuni şəkildə işə qəbul edilib.Ancaq onun rütbəsindən xəbərim yoxdur",-deyə Niyaməddin Musayev bildirib....

24 Yanvar 2026, 21:59

Mağazaları talayan dəstənin üzvləri SAXLANILDI

Abşeron rayonunda silsilə oğurluq hadisələri baş verib.Citypost.az  xəbər verir ki, dəstə üzvləri Xırdalan şəhərində bir, Masazır qəsəbəsində isə iki mağazanın qapısını sındıraraq içəri daxil olub və obyektlərdən ümumilikdə 2300 manat pulu talayıblar.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olaraq oğurluqları törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş A.Qurbanov, Ü.Şərifov və S.Kərimov müəyyən edilərək saxlanılıblar.Araşdırmalarla onların Gəncə şəhəri ərazisində yerləşən ayrı-ayrı iki marketdən də nağd pul, tütün məmulatı və digər məhsulları taladıqları məlum olub.Faktlar üzrə araşdırmalar davam etdirilir....

24 Yanvar 2026, 11:16

ABŞ ərəb ölkələrini İranı cilovlamağa çağırır

ABŞ ərəb dövlətlərini İranı daha fəal şəkildə cilovlamağa, eləcə də İsrailin özünümüdafiəsini və onunla inteqrasiyasını dəstəkləməyə çağırır.CityPost.az  xəbər verir ki, bu, Pentaqon tərəfindən 23 yanvarda açıqlanan yeni ABŞ Milli Müdafiə Strategiyasında öz əksini tapıb."ABŞ daha dinc və çiçəklənən Yaxın Şərq axtarır. Bu transformasiyanı yalnız ABŞ-ın regiondakı müttəfiqləri və tərəfdaşları təmin edə bilər. Bizim vəzifəmiz onları bu səylərdə dəstəkləmək, ABŞ Prezidenti Donald Trampın ayıq və amansız diplomatiyası ilə qoyulmuş möhkəm təməli gücləndirməkdir", - sənəddə deyilir....

24 Yanvar 2026, 09:35

İndoneziyada torpaq sürüşməsi zamanı 7 nəfər ölüb

İndoneziyanın Qərbi Yava əyalətində torpaq sürüşməsi olub.CityPost.az  “Reuters“ə istinadən xəbər verir ki, nəticədə 7 nəfər ölüb, 82 nəfər itkin düşüb.Bildirilib ki, ərazidə güclü yağışlar müşahidə olunur.Torpaq sürüşməsi Qərbi Bandung bölgəsində yerləşən bir kənddə baş verib.

24 Yanvar 2026, 09:34

Salyanda avtoxuliqanlıq edən sürücü həbs edilib 

Salyanda avtoxuliqanlıq edən sürücü həbs edilib.CityPost.az xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə idarə etdiyi “Azsamand” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Hüseyn Bağırov saxlanılıb.Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.Məhkəmənin qərarı ilə H.Bağırov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib....

23 Yanvar 2026, 20:19