Rasim Həmidov saxlanıldı
Hadisə 17 İyul 2025, 16:58
36836
Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün Rasim Həmidovun şikayəti əsasında keçmiş həyat yoldaşı Sevinc Həmidova barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması və 253300021 nömrəli cinayət işinin istintaqının yekunlaşması ilə bağlı məlumat vermişdik.
Dünən Rasim Həmidov Ağcabədi Rayon Məhkəməsində hakim Etibar Quliyevin sədrliyi ilə saat 11:30-da Ağcabədi Rayon Məhkəməsində zal №1-də təqsirləndirilən şəxs Həmidova Sevinc Baxşeyş qızı ilə bağlı 1(017)-78/2025 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində məhkəmə iclasında iştirak etməli idi.
Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin topladığı materiallar əsasında işə baxılmalı idi.
Məhkəmənin qət etdiyinə görə,Sevinc Həmidova birgə nikahdan olan 3 övladlarının saxlanması üçün hər ay,hər uşağa görə Rasim Həmidova 150 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin ,yazılanlara görə aliment ödəməli olan S.Həmidova məhkəmənin qanuni qətnaməsini saya salmır,belə ki,qətnaməni icra etməməkdən ötrü süni əngəl törətməklə müxtəlif cür bəhanələr gətirib.
Qeyd edək ki, Ağcabədi Rayon Məhkəməsinin 28.03.2023-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Borclunun olduğu yer müəyyən edilmədiyindən icra məmurunun 02.12.2022-ci və 12.04.2023-cü il tarixli qərarları ilə axtarışla şöbəyə gətirilmiş S.Həmidova Ağcabədi Rayon Məhkəməsinin 25.01.2023-cü 10.09.2024-cü il tarixli qərarları ilə hər biri 500 manat olmaqla iki dəfə inzibati qaydada cərimə edilmişdir.
Həmçinin oxuyun
Lakin, məhkəmədən bir gün öncə Rasim Həmidov Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 15 iyul 2025-ci il tarixdə,səhər saatlarında saxlanılıb.İşin istintaqı müstəntiq Əsəd Məmmədova həvalə olunub.
Rasim Həmidovun atası Həmid Həmidovun iddiasına görə,oğlunun heç bir günahı yoxdur. O, keçmiş arvadı Sevinc Həmidovanın qohumlarının sifarişi əsasında saxlanılıb və Xızı Rayon Polis Şöbəsində işgəncələrə məruz qalıb.
Ata Həmid Həmidov bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Ombudsman Aparatına,Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət ünvanlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov CityPost.az saytına açıqlamasında həmin şəxsin saxlanılmasını təsdiqləyib. Lakin,işgəncə iddialarını təkzib edərək, hələlik Rasim Həmidov ətrafında müvafiq araşdırmalar aparıldığını bildirib.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bayram Məmmədovun anasını öldürən qardaşı vəfat etdi
Bayram Məmmədovun həbs edilən qardaşı vəfat edib. Avqustun 1-də anasını qətlə yetirərək həbs edilən Elvin Məmmədov dünyasını dəyişib.Citypost.az xəbər verir ki, NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, o, gecə saatlarında Sabunçu xəstəxanasına gətirilib və orada ölüb. Onun vəfatının səbəbi hələlik bilinmir.Qeyd edək ki, Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır.Məsələ ilə bağlı Penitensiar xidmətin və TƏBİB-in mətbuat xidmətlərinə sorğu göndərilib....
24 Avqust 2026, 10:11
Xırdalandakı qətlə görə saxlanılanların fotoları üzə çıxdı
Abşeron rayonunda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.Citypost.az qafqazinfo-ya istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Aslanov və 2006-cı il təvəllüdlü Ceyhun Cəbrayılov saxlanılaraq istintaqa təhvil verilib.Qeyd edək ki, ötən gecə Xırdalan şəhər Yusif Məmmədəliyev küçəsində 1995-ci il təvəllüdlü Rasif Rəhman oğlu Abdullayev bıçaqlanaraq qətlə yetirilib.
20 Avqust 2026, 14:32
14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən öldü
Şəmkirdə bədbəxt hadisə baş verib.Citypost.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Dağ Daşbulaq kəndində qeydə alınıb.Belə ki, kənd sakini 2012-ci il təvəllüdlü E. Cəfərov ov tüfəngindən açılan atəşdən ölüb.İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.
20 Avqust 2026, 13:26
GÖZÜM ALDANASI BİR ŞEY QALMADI
Gördüm batilini"eynəkli adam",Duydum paxırını,parıltılı göz.Mənə dərdin tanış,yuvasız qalan,Mənə ağrın doğma boğazlanan söz...Gülüzlü yalanlar,sürtük pərdələr,Gözümü aldadan,düzdən çoxuymuş.Açdı idrakımı daşadəymələr,Oyanıb gördüm ki,heç nə yoxuymuş.Gözlərim su içməz düşən axşamdan;Ulduzu gözümlə göz-gözə durmaz.Gözümdə dan atıb,aydınlanar dan,Yenə də gözümdən içimi duymaz.Beləcə gözümdə anlamaq dərdi,Minillik yolçusu oldum bu yolun.Daha əlcək oldum yorğun əllərdəDaha daş dələmmir yumşalmış dolum.Qırat da şumluqda yeriyə bilməz,Əkib şum etdilər buğda yerimi.Dirilik suyu da dirildə bilməzÖlən cəsarətin yüzdə birini.Daha dizin-dizin sürünmək qalıb,Daha korun-korun yanmaq əzabı.Daha ağrılara bürünmək qalıb,Daha sualların dilsiz cavabı...İndi daşdan-daşa çırpılan başım,Bir məslək uğrunda di hayqır,di yan.Bas köksün üstünə iyirmi beş yaşı:"Bu dünya sürüşkən,bu dünya yalan".Bel-əyirmək üçün,baş-hiylə üçün,Dil yalmanmaq üçün,dərdimə bir...
19 Avqust 2026, 15:10
Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var
Gəncədə üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.Belə ki, hərəkətdə olan üç avtomobil toqquşub. Qəza zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.Hadisə yerinə polis əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.
13 Avqust 2026, 21:21
Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl oğurlayıb
Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl oğurlayıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.Rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov saxlanılıb. O, hadisəni usta kimi işlədiyi evdə törədib.Araşdırmalar davam etdirilir.
11 Avqust 2026, 15:54