Goranboyda tikinti materialları istehsalı müəssisəsi istifadəyə verilib - YENİLƏNİB
Siyasət 23 İyun 2025, 14:57

845
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib.
CityPost.az xəbər verir ki, Goranboy rayonunun Qazanbulaq kəndində yaradılan müəssisə gips-karton, astar və üzlük gips məhsulları istehsal edəcək. Müəssisədə il ərzində 10 milyon kvadratmetr gips-karton lövhə, 150 min ton gipsəsaslı quru qarışıqlar istehsal olunacaq. Müasir avadanlıqla təchiz olunan müəssisədə istehsal edilən məhsulların yerli bazarda satışı ilə yanaşı, bir neçə ölkəyə ixracı da nəzərdə tutulur. Burada 200 nəfər daimi işlə təmin ediləcək. İstehsal zamanı istifadə edilən əsas xammal - yerli gips daşı Azərbaycanın müxtəlif regionlarındakı yataqlardan tədarük olunacaq. Növbəti mərhələdə kalsit və perlit istehsalı xətlərinin qurulması planlaşdırılır ki, bu da məhsulların maya dəyərinin aşağı düşməsinə səbəb olacaq.
Bununla yanaşı, gələcək inkişaf strategiyası çərçivəsində müəssisə fəaliyyətini genişləndirərək metal profil istehsalının təşkilini hədəfləyir. İnvestisiya dəyəri 33 milyon manat olan müəssisənin ümumi sahəsi 5 hektardır. Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən müəssisəyə 3,9 milyon manat güzəştli kredit ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına müəssisə idxal etdiyi avadanlıqlara görə 900 min manat güzəşt əldə edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm layihələrin icrası ölkə iqtisadiyyatının şaxələndirilməsinə, yeni iş yerlərinin açılmasına, xüsusilə sənayenin müxtəlif sahələrinin davamlı inkişafına böyük təkan verib. Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə müasir sənaye müəssisələri, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı artır, ixrac imkanları genişlənir. Belə müəssisələrin bölgələrdə yaradılması isə ümumilikdə regionların sosial-iqtisadi inkişafını təmin etməklə, onların iqtisadi potensialının möhkəmləndirilməsində, məşğulluğun artırılmasında da mühüm rol oynayır.
***
Həmçinin oxuyun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Dörd polkovnikə general-mayor rütbəsi verilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
25 İyun 2025, 13:18

Azərbaycan BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin üzvlüyünə seçilib
24 iyun 2025-ci il tarixində Nyu-York şəhərində keçirilmiş “Bütün Əməkçi Miqrantlar və Onların Ailə Üzvlərinin Hüquqlarının Qorunması haqqında” Beynəlxalq Konvensiyaya tərəf dövlətlərin 12-ci iclası çərçivəsində Azərbaycan Respublikası BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin (CMW) 2026-2029-cu illər üzrə üzvlüyünə seçilib.XİN-dən
25 İyun 2025, 13:06

Rəsmi Bakı İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayır
İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayırıq.XİN-dən
24 İyun 2025, 16:51

Prezident Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak edib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə "Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.CityPost.az xəbər verir ki, sonra dövlət başçısı "8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edən qonaqlarla görüşüb, onlarla söhbət edib.Söhbət zamanı bu stansiya layihəsinin əhəmiyyəti vurğulanıb.İtaliya və Çin şirkətlərinin bu layihədə iştirakının önəminə toxunulub. İşlərin qısa müddət ərzində yekunlaşması məmnunluqla qeyd edilib.Daha sonra "8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.Sonra İtaliyanın şirkətlər və "Made in Italy” naziri Adolfo Urso, İtaliyanın "Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin "Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq,...
24 İyun 2025, 16:34

Bayramov BƏƏ XİN başçısı ilə danışdı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirlikləriin xarici işlər naziri Abdullah bin Zayed ilə telefon danışığı zamanı regional təhlükəsizliyi müzakirə edib.
24 İyun 2025, 16:21

Azərbaycan ilk dəfə UNEP CPR Bürosunun sədri vəzifəsinə seçilib
24 iyun 2025-ci il tarixində BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsi (Committee of the Permanent Representatives - UNEP CPR) çərçivəsində Azərbaycan ilk dəfə UNEP CPR Bürosunun sədri vəzifəsinə seçilib.XİN-dən
24 İyun 2025, 14:21