Bizə yazın

Baku

-°C

USD

-

Ramiz Mehdiyevin qızı mübarizəni uduzdu 

Cəmiyyət 24 İyul 2025, 10:47

607

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın “Baku Oksford Məktəbi”ndə 1/2 hissə pay uğrunda mübarizəsi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ötən gün Ali Məhkəmə son qərarını açıqlayıb.

Yüksək instansiya məhkəməsi təsdiq edib ki, nə Kamilə Əliyeva, nə də məktəbin təsisçisi Mehriban Məmmədova əmlak üzərində mülkiyyət hüququna malikdir. Bu səbəbdən kassasiya şikayəti rədd edilib. “Baku Oksford Məktəbi” rəsmən müsadirə edilmiş hesab olunub.

Xatırladaq ki, “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona, xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə 13 il 9 ay həbs cəzası verilib.

Məmmədovun özünün və yaxınlarının milyonlarla manat dəyərində əmlakı, o cümlədən “Baku Oksford Məktəbi” də müsadirə olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Qapını açan kimi bıçağı anama vurub, sonra...”  VİDEO

Goranboyda baş verən qətlin tükürpədici detalları üzə çıxıb.Goranboy rayon sakinləri - 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.Hazırda istintaq davam edir.CityPost.az  xəbər verir  ki,Baku TV hadisə baş verən ailədən reportaj hazırlayıb.Ətraflı videodan izləyə bilərsiniz:...

25 İyul 2025, 15:57

Rasimdən şok iddia: Qolumu sındırdılar 

Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün Rasim Həmidovun  şikayəti əsasında keçmiş həyat yoldaşı Sevinc Həmidova barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət  işinin   başlanması və  253300021 nömrəli cinayət işinin istintaqının yekunlaşması ilə bağlı məlumat vermişdik.Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun  keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə  Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin topladığı materiallar baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilib.Bu gün  Ağcabədi Rayon Məhkəməsində  hakim Etibar  Quliyevin  sədrliyi ilə  saat 15:00-da  Ağcabədi Rayon Məhkəməsində  zal...

24 İyul 2025, 12:50

“WhatsApp” da yeni funksiya olacaq 

“WhatsApp” istifadəçilərə xüsusi mesajlar üçün xatırlatmalar təyin etməyə imkan verəcək yeni funksiyanı sınaqdan keçirir.CityPost.az  xəbər  verir   ki, bu yenilik mesajları tez-tez oxuyan, cavab verməyi təxirə salan və nəhayət bunu unudanlara kömək etmək məqsədi daşıyır. Bu barədə məlumatı WABetaInfo (WBI) portalı  yayıb.Məlumata görə, xatırlatma qurmaq üçün mesajın üzərinə uzun basmalı olacaqsınız, bundan sonra menyuda “Mənə xatırlat” seçimi görünəcək. İstifadəçilər əvvəlcədən təyin edilmiş vaxt intervallarından birini - 2, 8 və ya 24 saatı seçə və ya öz vaxtını təyin edə biləcəklər.Quraşdırıldıqdan sonra mesajın küncündə kiçik bir zəng işarəsi görünəcək, bu da yazışmada onu vizual olaraq vurğulayacaqdır. Müəyyən edilmiş vaxt başa çatdıqda, WhatsApp...

24 İyul 2025, 12:14

Pentaqon Heqsetin istefasını tələb edən məktub hazırlayır

Bir sıra Pentaqon rəsmiləri ABŞ müdafiə naziri Pit Heqsetin istefasını tələb edən kollektiv məktub hazırlayır. CityPost.az   xəbər  verir   ki,bu barədə mənbələrə istinadən Daily Mail qəzeti məlumat yayıb.Nəşr qeyd edib ki, may ayından etibarən məktub layihələri yüksək və orta səviyyəli hərbi məmurlar, eləcə də mülki işçilər arasında “dolaşır”. Mənbənin sözlərinə görə, orada deyilir: “Amerika ictimaiyyətinə bildirin ki, bu adamın nə etdiyi barədə heç bir fikri yoxdur.”“Bəzi Pentaqon rəsmiləri Pete Hegseth-i müdafiə naziri olmağa yararsız elan etməyə cəhdlər edir”, - nəşr yazır.Məktubda siyasiləşmiş qərar qəbuletmə prosesi, bütün şöbənin "disfunksiyası", aşağı əhval-ruhiyyə, həmçinin "Hegseth-in müxalif fikrin kökünü kəsmək vəsvəsəsi" səbəbindən yaranan paranoyak atmosferlə...

23 İyul 2025, 16:51

Azərbaycan Ordusunun zabiti vəfat etdi 

Azərbaycan Ordusunun zabiti vəfat edib.CityPost.az   “Teleqraf”a istinadən xəbər verir ki, hadisə Kəlbəcər rayonunda yerləşən “N” saylı hərbi hissələrin birində baş verib.Əslən Ağcabədi rayonundan olan leytenant Qasımov Azad Ziyad oğlu xidmət etdiyi hərbi hissədə vəfat edib.Mərhum bu gün doğulduğu rayonda dəfn olunacaq.Qeyd edək ki, A.Qasımov ailəli olub və bir övladı var.Faktla bağlı araşdırma aparılır.

23 İyul 2025, 11:09

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb 

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,25 %-dən 7 %-ə endirilməsi barədə qərar qəbul edib.CityPost.az bu barədə AMB-yə istinadən xəbər verir.Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 %-dən 6 %-ə, yuxarı həddi isə 8,25 %-dən 8 %-ə endirilib."Sabahdan qüvvəyə minəcək qərar faktiki inflyasiyanın proqnoz inflyasiyasının trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib", - deyə AMB bəyan edib.Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə sentyabrın 10-da açıqlanacaq....

23 İyul 2025, 10:17