Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri – SENSASİON ADLAR 

Cəmiyyət 26 İyul 2025, 16:56

463

Məlum olduğu kimi, iyulun 24-də Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Bununla bağlı Rusiyanın baş naziri Mixail Mişustin sərəncam imzalayıb.

CityPost.az  xəbər verir ki, Day.az informasiya portalında Qusmanın vəzifəsindən azad olunmasının səbəbləri ilə bağlı məqalə dərc olunub.

Qusmanın vəzifədən azad olunmasının pərdəarxası

Sözügedən məqalədə bildirilib ki, Qusmanın III Şuşa Qlobal Media forumunda Azərbaycan Prezidenti İlham Əliyevə verdiyi sual Rusiya elitasında qıcıq yaradıb:

“Rusiya Prezident Administrasiyası rəhbərinin media və ictimaiyyətlə əlaqələrə nəzarət edən birinci müavini Aleksey Qromov onun haqqında kəskin danışıb. Bundan əlavə, TASS-ın baş direktoru Andrey Kondraşov da Qusmana öz narazılığını bildirib”.

Məqalədə həmçinin Rusiya hakimiyyətində antiazərbaycan əhval-ruhiyyəsinin artmasından da bəhs olunub:

“Rusiyanın Azərbaycana qarşı antaqonizmi təkcə Bakının Ukraynanın ərazi bütövlüyünü tanıması ilə bağlı deyil. Bu münasibətin kökləri Moskvanın Azərbaycanın suveren siyasətini qəbul edə bilməməsi ilə əlaqəlidir.

Azərbaycan dövləti ölkə ərazisində xarici təsir şəbəkələrinə qarşı ardıcıl mübarizə aparır. Qərb agentləri, İranın təsir şəbəkəsi - bunların hamısı ardıcıl olaraq ifşa edilib və məhv edilib.

Azərbaycan heç vaxt imkan verməyib ki, hər hansı qüvvə ölkəmizdən öz maraqları üçün istifadə etsin. Təəccüblü deyil ki, növbə Moskvanın uzun illərdir qurduğu Rusiya təsir şəbəkəsinə çatıb”.

Rusiya təsir şəbəkəsinin ifşası

Məqalədə Azərbaycanda vəzifədən uzaqlaşdırılan Rusiya təsir şəbəkəsinin üzvlərinin adları da qeyd olunub:

“2020-ci ildə Vətən müharibəsi ərəfəsində Rusiyanın ölkədəki təsir dairəsinə qarşı ciddi zərbələr endirildi. Ramiz Mehdiyev və Nəcməddin Sadıqovun vəzifədən çıxarılması bu xəttin başlanğıcı idi. Həmin dövr ərzində Əli Həsənov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Oktay Əsədov, Azad Rəhimov, Eldar Mahmudov oxşar aqibətlə üzləşdi.

Son olaraq isə Azər Qasımov vəzifəsindən azad edildi.

Bu kontekstdə bir vaxtlar deputat olmuş, sonradan “yoxa çıxan” Elşad Mirbəşiri də xatırlamaq yerinə düşər. FSB ilə əlaqələri üzə çıxdıqdan sonra o, ictimai arenadan və Sosial Tədqiqatlar Mərkəzindən uzaqlaşdırıldı.

Son aylarda “Rus evi” və “Sputnik” kimi strukturların fəaliyyəti də ölkədə məhdudlaşdırılıb”.

Məqalədən də göründüyü kimi, Moskvanın Azərbaycana qarşı tutduğu radikal mövqe heç də rəsmi Bakının Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı deyil.

Kremli qəzəbləndirən əsas faktor Azərbaycanda Rusiya şəbəkəsinə qarşı görülən ardıcıl tədbirlərdir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Atlant"a istirahətə gedənlər peşman oldular: Ortaya biabırçı video çıxdı 

Bu ildən etibarən müəllimlərin  Həmkarlarlar İttifaqı Təşkilatının  xətti ilə  yay  tətili  zamanı  sığorta hesabına  sanatoriyalara göndərilməsi həyata keçirilir. CityPost.az   Oxu24.com -a istinadən  xəbər  verir   ki, göndərişlər  zamanı  ödənişlərin  böyük  hissəsi  sığorta  hesabına qarşılanır. Bu addım  alqışalayiq  olsa da,ortada müəyyən problemlər də var.Bu barədə  saytımıza  göndərişlə  istirahət  üçün  gedən  bir  qrup  müəllim  məlumat  verib.Onların  sözlərinə  görə,istirahət üçün göndərildikləri  Nabranda  yerləşən  "Atlant" istirahət mərkəzi  sözün  hər  mənasında  cəhənnəmə  çevrilib."Biz sevinmişdik ki,istirahət edəcəyik,amma başqa mənzərə  ilə  qarşılaşdıq.Gəldiyimiz  bu  istirahət  mərkəzində  nizamsızlıq,natəmizlik  və  təşkilati  işlərin  sıfır  səviyyədə  olması  istirahətimizi heç  etdi.Burada  adi  yemək  almaq üçün  saatlarla  növbəyə  dayanmalı olursan...Yaşlısı,xəstəsi,uşağı  var...Onlar  bu  şəraitdə  necə  dincələ bilər?",-deyə  müəllimlərdən...

27 İyul 2025, 08:26

“Rusiyadan o qəzanın məsuliyyətini üzərinə götürməsini gözləyirik” - Prezidentin köməkçisi 

“Azərbaycanla Rusiya arasında münasibətlərdəki bu vəziyyət AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə yaranıb”.CityPost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib:“Hadisə Rusiyanın ərazisində, Rusiyanın hava məkanında baş vermişdi və biz onun necə baş verdiyini bilirik. Bu, sirr deyil. Qonşu və tərəfdaş dövlət olan Azərbaycan Rusiyadan məsuliyyəti üzərinə götürməsini və bu məsələdə ədaləti təmin etməsini gözləyir”....

26 İyul 2025, 16:32

Bazar gününün havası açıqlanıb 

Azərbaycanda iyulun 27-də bəzi yerlərdə 36, bəzilərində isə 39 dərəcə isti gözlənilir.CityPost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın...

26 İyul 2025, 13:11

“Qapını açan kimi bıçağı anama vurub, sonra...”  VİDEO

Goranboyda baş verən qətlin tükürpədici detalları üzə çıxıb.Goranboy rayon sakinləri - 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.Hazırda istintaq davam edir.CityPost.az  xəbər verir  ki,Baku TV hadisə baş verən ailədən reportaj hazırlayıb.Ətraflı videodan izləyə bilərsiniz:...

25 İyul 2025, 15:57

Rasimdən şok iddia: Qolumu sındırdılar 

Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün Rasim Həmidovun  şikayəti əsasında keçmiş həyat yoldaşı Sevinc Həmidova barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət  işinin   başlanması və  253300021 nömrəli cinayət işinin istintaqının yekunlaşması ilə bağlı məlumat vermişdik.Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun  keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə  Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin topladığı materiallar baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilib.Bu gün  Ağcabədi Rayon Məhkəməsində  hakim Etibar  Quliyevin  sədrliyi ilə  saat 15:00-da  Ağcabədi Rayon Məhkəməsində  zal...

24 İyul 2025, 12:50

“WhatsApp” da yeni funksiya olacaq 

“WhatsApp” istifadəçilərə xüsusi mesajlar üçün xatırlatmalar təyin etməyə imkan verəcək yeni funksiyanı sınaqdan keçirir.CityPost.az  xəbər  verir   ki, bu yenilik mesajları tez-tez oxuyan, cavab verməyi təxirə salan və nəhayət bunu unudanlara kömək etmək məqsədi daşıyır. Bu barədə məlumatı WABetaInfo (WBI) portalı  yayıb.Məlumata görə, xatırlatma qurmaq üçün mesajın üzərinə uzun basmalı olacaqsınız, bundan sonra menyuda “Mənə xatırlat” seçimi görünəcək. İstifadəçilər əvvəlcədən təyin edilmiş vaxt intervallarından birini - 2, 8 və ya 24 saatı seçə və ya öz vaxtını təyin edə biləcəklər.Quraşdırıldıqdan sonra mesajın küncündə kiçik bir zəng işarəsi görünəcək, bu da yazışmada onu vizual olaraq vurğulayacaqdır. Müəyyən edilmiş vaxt başa çatdıqda, WhatsApp...

24 İyul 2025, 12:14