Bizə yazın

Baku

-°C

USD

-

"Atlant"a istirahətə gedənlər peşman oldular: Ortaya biabırçı video çıxdı 

Cəmiyyət 27 İyul 2025, 08:26

357

Bu ildən etibarən müəllimlərin  Həmkarlarlar İttifaqı Təşkilatının  xətti ilə  yay  tətili  zamanı  sığorta hesabına  sanatoriyalara göndərilməsi həyata keçirilir.

 CityPost.az   Oxu24.com -a istinadən  xəbər  verir   ki, göndərişlər  zamanı  ödənişlərin  böyük  hissəsi  sığorta  hesabına qarşılanır. Bu addım  alqışalayiq  olsa da,ortada müəyyən problemlər də var.

Bu barədə  saytımıza  göndərişlə  istirahət  üçün  gedən  bir  qrup  müəllim  məlumat  verib.

Onların  sözlərinə  görə,istirahət üçün göndərildikləri  Nabranda  yerləşən  "Atlant" istirahət mərkəzi  sözün  hər  mənasında  cəhənnəmə  çevrilib.

"Biz sevinmişdik ki,istirahət edəcəyik,amma başqa mənzərə  ilə  qarşılaşdıq.Gəldiyimiz  bu  istirahət  mərkəzində  nizamsızlıq,natəmizlik  və  təşkilati  işlərin  sıfır  səviyyədə  olması  istirahətimizi heç  etdi.Burada  adi  yemək  almaq üçün  saatlarla  növbəyə  dayanmalı olursan...Yaşlısı,xəstəsi,uşağı  var...Onlar  bu  şəraitdə  necə  dincələ bilər?",-deyə  müəllimlərdən biri  bildirib.

"Atlant"da yaşanan biabırçı  mənzərə  ilə  bağlı  saytımıza  görüntülər də təqdim olunub.

Sözügedən  görüntüləri  təqdim edirik:

Oxu24.com iş günlərində  məsələ ilə  bağlı  qarşı tərəflərin də  mövqeyini  təqdim  edəcək.

Miri Məcidli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır 

"Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır".Bu barədə Mərkəzi Klinikanın Baş həkimi Prof. Dr. Kamran Musayev məlumat verib.Həkim deyib ki, xalq artistinin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

27 İyul 2025, 15:24

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 

İyulun 28-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq....

27 İyul 2025, 12:56

Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri – SENSASİON ADLAR 

Məlum olduğu kimi, iyulun 24-də Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Bununla bağlı Rusiyanın baş naziri Mixail Mişustin sərəncam imzalayıb.CityPost.az  xəbər verir ki, Day.az informasiya portalında Qusmanın vəzifəsindən azad olunmasının səbəbləri ilə bağlı məqalə dərc olunub.Qusmanın vəzifədən azad olunmasının pərdəarxasıSözügedən məqalədə bildirilib ki, Qusmanın III Şuşa Qlobal Media forumunda Azərbaycan Prezidenti İlham Əliyevə verdiyi sual Rusiya elitasında qıcıq yaradıb:“Rusiya Prezident Administrasiyası rəhbərinin media və ictimaiyyətlə əlaqələrə nəzarət edən birinci müavini Aleksey Qromov onun haqqında kəskin danışıb. Bundan əlavə, TASS-ın baş direktoru Andrey Kondraşov da Qusmana öz narazılığını bildirib”.Məqalədə həmçinin Rusiya hakimiyyətində antiazərbaycan əhval-ruhiyyəsinin artmasından da bəhs...

26 İyul 2025, 16:56

“Rusiyadan o qəzanın məsuliyyətini üzərinə götürməsini gözləyirik” - Prezidentin köməkçisi 

“Azərbaycanla Rusiya arasında münasibətlərdəki bu vəziyyət AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə yaranıb”.CityPost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib:“Hadisə Rusiyanın ərazisində, Rusiyanın hava məkanında baş vermişdi və biz onun necə baş verdiyini bilirik. Bu, sirr deyil. Qonşu və tərəfdaş dövlət olan Azərbaycan Rusiyadan məsuliyyəti üzərinə götürməsini və bu məsələdə ədaləti təmin etməsini gözləyir”....

26 İyul 2025, 16:32

Bazar gününün havası açıqlanıb 

Azərbaycanda iyulun 27-də bəzi yerlərdə 36, bəzilərində isə 39 dərəcə isti gözlənilir.CityPost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın...

26 İyul 2025, 13:11

“Qapını açan kimi bıçağı anama vurub, sonra...”  VİDEO

Goranboyda baş verən qətlin tükürpədici detalları üzə çıxıb.Goranboy rayon sakinləri - 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.Hazırda istintaq davam edir.CityPost.az  xəbər verir  ki,Baku TV hadisə baş verən ailədən reportaj hazırlayıb.Ətraflı videodan izləyə bilərsiniz:...

25 İyul 2025, 15:57