Bizə yazın

Baku

-°C

USD

-

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alanların siyahısı genişlənib 

Cəmiyyət 28 İyul 2025, 17:32

386

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alanların siyahısı genişlənib

CityPost.az-ın xəbərinə görə, Nazirlər Kabinti bununla bağlı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edib.

Qərara əsasən, qızıl otağının nəzarətçiləri bu siyahıya daxil edilib.

Qırma sahələrində nəzarətçilər də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ala biləcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sumqayıtda zəncirvari qəza olub, bir nəfər ölüb 

Sumqayıtda zəncirvari qəza olub.CityPost.az   xəbər verir ki, hadisə Novxanı yolunda qeydə alınıb. İdarəetməni itirən “Kia” markalı avtomobil magistral yolda hərəkətdə olan digər avtomobillərlə toqquşub. Nəticədə avtomobildə olan sərnişin 1992-ci il təvəllüdlü Günel Hüseynova xəsarət alıb. O, xəstəxanada ölüb.Fakt araşdırılır.

29 İyul 2025, 10:22

Xalq artistinin oğlu vəfat etdi - FOTO 

Xalq artisti, mərhum aktyor Həsən Məmmədovun oğlu Əvəz Məmmədov 57 yaşında dünyasını dəyişib.CityPost.az xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.Qeyd edək ki, Əvəz Məmmədovun atası, Azərbaycanın tanınmış teatr və kino ustası, Xalq artisti Həsən Məmmədov 2003-cü ildə vəfat edib.Allah rəhmət eləsin.

29 İyul 2025, 09:12

Ağalarov da Bakıya gəldi - O da Rusiyadan gedir?

Azərbaycan əsilli rusiyalı tanınmış milyarder Araz Ağalarov Azərbaycandadır.Bakupost.az xəbər verir ki, bu barədə milyarderin oğlu, iş adamı, xalq artisti Emin Ağalarov paylaşım edib.O bildirib ki, atasını “Sea Breeze” ilə tanış edib. Belə ki, A.Ağalarov burada 7 il əvvəl olub və həmin vaxt heç bir struktur mövcud deyildi.Araz Ağalarovun məhz indi Bakıya gəlməsi isə maraq çəkməyə bilməz.Qeyd edək ki, azərbaycanlı milyonçulara qarşı Rusiyada xüsusi kampaniya başlayıb. Bir müddət əvvəl məşhur iş adamı İsgəndər Xəlilovun Rusiyadakı ofisinə xüsusi təyinatlılar tərəfindən hücum edildiyi bildirilmişdi və bu informasiyanın ardınca İ.Xəlilovun ailəsini də götürərək, Bakıya gəldiyi üzə çıxdı.Bunun ardınca isə Rusiyada yaşayan azərbaycanlı iş adamlarının...

28 İyul 2025, 21:30

Azərbaycanda elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək 

Elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək.CİTYpOST.AZ  xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Elektroenergetika haqqında” qanuna dəyişiklikdə əksini tapıb.Qanuna əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.

28 İyul 2025, 16:16

İyulun 29-u hava necə olacaq?  

İyulun 29-da gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə  CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraitiBakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 28-dən 29-na keçən gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 23-27° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.Sabah Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı,...

28 İyul 2025, 12:26

Kamran Əliyev Xətai rayonunda vətəndaşları qəbul edəcək 

Baş prokuror Kamran Əliyev paytaxtın Xətai rayonunda vətəndaşları qəbul edəcək.Bu barədə CityPost.az-a  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Baş prokuror Kamran Əliyev avqustun 1-də saat 10:00-da Xətai rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Xətai rayon sakinlərinin qəbulunu keçirəcək.Vətəndaşlar qəbulla bağlı Xətai rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı,...

28 İyul 2025, 11:10