DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
Hadisə 28 İyul 2025, 19:25

469
Ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və s.) ilə təchiz edən şəbəkə ifşa olunub.
"Report" xəbər verir ki, onlar Dövlət İmtahan Mərkəzinin müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən görülmüş tədbirlərlə müəyyənləşdirilərək saxlanılıblar və barələrində DTX-də cinayət işi başlanılıb.
Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün sosial şəbəkə hesabında paylaşım edib.
Həmçinin oxuyun
Qeyd edilir ki, göstərilən məsələ bəzi abituriyentlərin nəticələrinin ləğv olunması ilə nəticələnib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

İİV qorxulu deyil: ABŞ-da 100 faiz qoruyan dərman yaradılıb
“Kommersant” yazır ki, ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti altı ay ərzində HİV infeksiyasından qorunma təmin edəcək “Yeztuqo” dərmanını təsdiqləyib.CityPost.az xəbər verir ki, Gilead tərəfindən yaradılmış preparatın tətbiqi hər il 1,3 milyon insanı yoluxduran immun çatışmazlığı virusu ilə mübarizədə dönüş nöqtəsi ola bilər.Məlumata görə, Yeztuqo kapsid inhibitorları sinfinə aiddir və virusun orqanizm hüceyrələrinə nüfuz etməsinə mane olur. Dərman artıq uğurlu klinik sınaqlardan keçib və 2024-cü ildə Science jurnalından İlin Sıçrayışı mükafatını alıb.Gilead dərmanı Şimali Amerika, Cənubi Afrika, Braziliya, İsveçrə və bir sıra digər ölkələrdə qeydiyyata almağa başlayıb. Bundan əlavə, QİÇS-lə Mübarizə üzrə Qlobal Fondla bağlanmış müqaviləyə əsasən, Yeztuqo 120...
29 İyul 2025, 16:25

Moldovada polis "tabutu" müsadirə edib
Moldova polisi Kişinyovda fəallardan “Avropa demokratiyası”nın dəfnini simvolizə edən tabutu müsadirə edib. Bu barədə “Sputnik Moldova 2.0” Telegram kanalı məlumat yayıb.“Görünür, tabut Moldovanın milli təhlükəsizliyinə və Avropa yoluna təhlükə yaradır”, - nəşr qeyd edib.Fəallar polis maşınına mindirilərək aparılıb. İyulun 29-da, Moldovanın Konstitusiya Günündə birləşmiş müxalifət liderləri blokun qeydə alınması üçün sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edirlər. Ölkənin Mərkəzi Seçki Komissiyasının binası qarşısında mitinq keçirilir.Nigar...
29 İyul 2025, 14:50

Bakıda kişi məsciddə yatdığı yerdə öldürüldü - Foto
İyulun 26-na keçən gecə paytaxtın Bülbülə qəsəbəsində yerləşən İmam Ümmət məscidində qətl törədilib. CityPost.az xəbər verir ki, gecə saat 04 radələrində 1990-cı il təvəllüdlü Nadir Səfərov məscidin namaz otağında yatdığı yerdə qətlə yetirilib. 32 bıçaq xəsarəti alan şəxs hadisə yerində ölüb. Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Elvin Məmmədov polis tərəfindən saxlanılıb. Vətən müharibəsi iştirakçısı olan Elvinin psixoloji problemlərinin olduğu və tərəflər arasında hadisədən bir qədər əvvəl şəxsi münasibətlər zəminində mübahisənin yarandığı bildirilir. Qətlə yetirilən N.Səfərovun Bülbülədə hörmətli şəxs olduğu, xeyriyyəçi kimi tanındığı qeyd edilir. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (Qafqazinfo)...
28 İyul 2025, 09:59

Qəzada ölənlər bir ailənin üzvləri imiş
Ötən gün Laçında baş verən qəzada ölənlər ailə üzvləri olub. “Qafqazinfo”nun məlumatına görə, Laçın rayon Qarakeçdi kəndi ərazisində baş qəzada ölənlər - avtomobilin sürücüsü keçmiş polis əməkdaşı Mahir Abdullayev, onun həyat yoldaşı Şəhla Novruzova və qadının bacısı Xədicə Novruzovadır. Avtomobildə xəsarət alaraq xəstəxanaya yerləşdirilən isə M.Abdullayevanın qardaşı qızı Abdullayeva Ramilədir.Qeyd edək ki, ailə üzvləri öz doğma yurdlarından, Laçının Hacıxanlı kəndindən qayıdırmış.
27 İyul 2025, 11:16

Polşa Rusiya ilə müharibəyə hazırlaşır
Polşanın baş naziri Donald Tusk bildirib ki, ümumilikdə Avropa və xüsusilə də Polşa 2027-ci ilə qədər Rusiya ilə potensial müharibəyə hazır olmalıdır.PAP agentliyi xəbər verir ki, o, bu barədə iyulun 26-da Pabianice şəhərində çıxışı zamanı bildirib.Tuskun sözlərinə görə, Polşa hökuməti vəziyyəti sabitləşdirmək və milli təhlükəsizliyi gücləndirmək üçün qarşıdakı iki ildən maksimum istifadə etmək niyyətindədir.Nazirlər Kabinetinin rəhbəri NATO-nun yeni Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, ABŞ Silahlı Qüvvələrinin general-leytenantı Aleks Qrinkeviçin də oxşar qiymətləndirmələrinə istinad edib. Onun fikrincə, 2027-ci ilə qədər Rusiya və Çin o qədər güclü ola bilər ki, ABŞ və NATO arasında razılaşdırılmış qarşıdurma üçün imkanlar axtarmağa başlayacaqlar.Miri...
26 İyul 2025, 23:00

20 yaşlı gəncin meyiti tapılıb
Sabirabad rayonunda su kanalında batan 20 yaşlı gəncin meyiti tapılıb. Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Musayev Səfərağa Elşən oğlunun boğulduğu kanala Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.Ötən gündən başlayaraq aparılan axtarışlar nəticəsində suda boğulan gəncin meyiti batdığı yerdən 15-16 kilometr aralıda tapılıb, bu gün saat 16:00 radələrində aidiyyəti üzrə təhvil verilib.Faktla bağlı araşdırma aparılır....
26 İyul 2025, 17:25