Bizə yazın

Baku

-°C

USD

-

32 nəfəri ölümə məhkum edən hakim öldü   

Cəmiyyət 04 Avqust 2025, 14:47

1087

Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər  Seyidovun  ölməsinə dair sosial şəbəkələrdə müxtəlif səpkili geniş yazılar yer almaqdadır.

Sabiq hakim uzunsürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib.

CityPost.az  Ənvər Seyidov haqda maraqlı məlumatlar əldə edib.

Ənvər Seyidov 1949-cu il martın 29-da Oğuz rayonunda anadan olub.Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə 1964-cü ildən başlayan hüquqşünas səhiyyə və rabitə sahəsində müxtəlif işlərdə çalışdıqdan sonra, 1972-ci ildə Azərbaycan Ədliyyə Nazirliyi sistemində işə başlamaqla respublika  VVAQ Arxivinin müdiri, Notariat və VVAQ İdarəsinin baş məsləhətçisi, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi, Cəlilabad Rayon Məhkəməsinin sədri vəzifəsində işləmişdir. 1990-cı ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin, 2000-ci ildən Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin, 2011-ci ildən 2019-cu ilədək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifələrində işləmişdir. Hərbi polkovnikdir

1994–99-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komisiyasının üzvü, təftiş qrupunun rəhbəri olmuşdur. O, fəaliyyəti dövründə bir sıra səs-küylü cinayət işlərini araşdırması ilə tanınıb. Onun sədrliyi ilə keçmiş müdafiə naziri Rəhim Qazıyev barəsində əvvəlcə qiyabi ölüm hökmü çıxarılıb. Sonradan hökm dəyişdirilərək Qazıyev ömürlük azadlıqdan məhrum edilib. Həmin hadisədən sonra onlar arasında münasibətlər kəskinləşib, Rəhim Qazıyev Ənvər Seyidovu açıq debatlara çağırıb.Azərbaycan Milli Hərəkatının öncüllərindən olan,tanınmış şair Xəlil Rza Ulutürkün uzunmüddətli həbsinə dair hökm çıxarsa da, sonradan onun çıxardığı hökm Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi protest əsasında dəyişdirilmiş və ona bəraət verilmişdir. 

Ənvər Seyidovun baxdığı işlər arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilən Səid Rüstəmbəylinin, eləcə də bir neçə NİDA fəalının cinayət işləri də yer alır.

Elə həmin ərəfələrdə Ənvər Seyidov bir neçə MTN-çinin mükafatlandırılması üçün keçmiş nazir Eldar Mahmudova məktub yazmışdı. Həmin məktub da geniş müzakirə mövzusuna çevrilmişdi. Məşhur sabiq hakim sonuncu dəfə təqaüdə çıxdıqdan sonra pensiyasının düzgün hesablanmaması ilə bağlı Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verməsi ilə gündəmə gəlmişdi.

Adının açıqlanmasını istəməyən mənbənin verdiyi məlumata görə,Ənvər Seyidov 32 nəfər barədə ölüm hökmü çıxarması ilə fəxr edirmiş.Onun bədii “yaradıcılıqla” məşğul olduğu da deyilir.Ənvər Seyidov hansısa  yollarla Azərbaycan Yazıçılar Birliyinin yüksək qatlarına yol tapmış və AYB-nin üzvü olmuş,hətta bir sıra ədəbi mükafatlara “layiq görülmüşdür.”

Digər bir mənbədən aldığımız məlumata görə,Ənvər  Seyidovun müəllifliyi ilə dərc olunan kitablar başqa şəxslər tərəfindən maddi maraq qarşılığında ərsəyə gəlib.Həmin kitabların əsl müəlliflərinin kimliyi də çoxlarına bəllidir.Həmin şəxslərin yazdığı əsərlər Hüseybala Mirələmov  və Tağı Əhmədovun müəllifliyi ilə də nəşr edilib.

Ənvər Seyidovun iki övladı var. Onlardan biri – Fərrux Seyidov Konsitutsiya Məhkəməsi sədrinin müşaviri,digəri isə Bakı Dövlət Universitetində çalışır.

Ənvər Seyidovun Nərimanov metrosu ətrafında bir neçə ticarət obyekti var və onlar hazırda icarəyə verilib.

Ənvər Seyidov keçmiş daxili işlər naziri İsgəndər Həmidovla dolayısı yolla bacanaq olub.Onun Ağdaşın keçmiş icra başçısı Tofiq İbrahimovla da  yaxın qohumluq əlaqəsi  mövcuddur.

Müşərrəfxanım 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah Bakıda və rayonlarda şimşək çaxacaq, leysan yağacaq 

Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a  verilən xəbərə görə, əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 22-25, gündüz 29-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 40-45 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı...

10 Avqust 2025, 20:45

Bakıda və bəzi bölgələrdə külək güclənəcək - Sarı xəbərdarlıq 

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 8-i axşamdan 11-i gündüzədək küləkli hava gözlənilir.Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Xızı, Qobustan, Cəlilabad, Biləsuvar, Mingəçevir, Hacıqabul, Sabirabad, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, İmişli, Beyləqan, Zərdab, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Şirvan, Salyan, Neftçala, Saatlı, Ağcabədidə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur....

08 Avqust 2025, 15:43

Qızıl kəskin bahalaşdı

Bakı vaxtı ilə saat 9:56-ya olan məlumata görə, qızıl 1% bahalaşaraq 1 unsiya üçün 3488 dollar olub.CityPost.az   Reuters-ə istinadən  xəbər  verir  ki,   spot qiymətlər ABŞ-ın tarifləri ilə bağlı qeyri-müəyyənlik və FED-in əsas faiz dərəcəsinin azaldılması gözləntiləri fonunda ardıcıl ikinci həftədir artmaqdadır.Financial Times bir gün əvvəl ABŞ-ın İsveçrədən tədarük edilən əsas mallardan biri olan 1 kq qızıl külçələrinin idxalına tariflər tətbiq etdiyini xəbər vermişdi.Dünya Qızıl Şurasının məlumatına görə, mərkəzi banklar iyun ayında qiymətli metal alışlarını yenidən artıraraq 22 tona çatıb. Ən böyük alıcı dörd aylıq satış seriyasını qıraraq ehtiyatlarını bir anda doqquz ton artıran Özbəkistan Mərkəzi Bankı olub. Qazaxıstan Milli Bankı...

08 Avqust 2025, 13:10

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (08.08.2025) 

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.CityPost.az  xəbər verir ki, avronun məzənnəsi 0,1 % azalaraq 1,9819 manat, 100 Rusiya rublunun məzənnəsi isə 1 % artaraq 2,1453 manat təşkil edib.

08 Avqust 2025, 10:27

Bakı metrosunda dünyaya gəlmiş körpəyə güzəşt və imtiyazlar olacaq

"Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) müraciət qeydə alınıb.Bu barədə CityPost.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.Məlumata əsasən, hadisə yerinə təcili tibbi yardım briqası cəlb olunub.36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2 200 qram olan oğlan uşağı dünyaya gəlib.Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir....

08 Avqust 2025, 10:26

Rusiyada  Aİ-95 markalı benzinin qiyməti növbəti dəfə rekord qırıb

Rusiyada  “Premium-95” markalı benzinin birja qiyməti artmaqda davam edir və ardıcıl dördüncü gündür ki, yeni rekord müəyyənləşdirir. CityPost.az  xəbər  verir   ki, bu, Sankt-Peterburq Beynəlxalq Ticarət Birjasının məlumatlarından irəli gəlir.Aİ-95 markalı benzinin qiyməti cümə axşamı günü 0,95% artaraq bir ton üçün 79,567 min rubl təşkil edib ki, bu da növbəti rekorddur. Bu yanacaq növü ardıcıl dördüncü ticarət günü üçün yeni maksimum qiymət təyin edir.AI-92 markalı benzin 1,04% bahalaşaraq bir ton üçün 68,321 min rubla yüksəldi və tədricən rekord qiymətə yaxınlaşdı (2023-cü ilin sentyabrında bir ton üçün 70,508 min rubl).Yay dizel yanacağının dəyəri 0,38% artaraq bir ton üçün 58,676 min rubla, mayeləşdirilmiş...

07 Avqust 2025, 19:10