Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflanıb
Siyasət 09 Avqust 2025, 00:45

523
Vaşinqtonda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh sazişinin mətni paraflanıb.
Həmçinin oxuyun
CityPost.az xəbər verir ki, sənəd iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması və sülhün təmin olunmasını özündə əks etdirir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Prezidenti İlham Əliyev: Bu gün biz sülh sazişinə start veririk
Bu gün biz sülh sazişinə start veririk.CityPost.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə söyləyib.Dövlət başçısı bildirib ki, sülh sazişi prosesi uzun müddətdir davam edir:“Sülh sazişinin paraflanması burada dünyada birinci nömrəli paytaxtda və möhtəşəm prezidentin iştirakı ilə həyata keçirilir. Bu, o deməkdir ki, burada heç bir şübhə olmamalıdır. Baş nazir Paşinyan və ya mən əgər geriyə addım atmaq fikrində olsaydıq, bura gəlməzdik. Tam əmin ola bilərsiniz ki, Azərbaycan xalqı və icması üçün burada baş verənlər əbədi, uzunmüddətli sülhə gətirib çıxaracaq.”...
09 Avqust 2025, 01:19

Tramp: Azərbaycan və Ermənistan geri addım atmayacaq
Azərbaycan və Ermənistan geri addım atmayacaq.CityPost.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüşdə bildirib.Tramp bildirib ki, problemlər hər yerdə var: “Böyük problemlər həll olundu. Kiçik problemləri biz həll edərik".
09 Avqust 2025, 01:17

Prezident İlham Əliyev: 907-ci düzəliş 33 ildən sonra bu gün ləğv olundu
907-ci düzəliş 33 ildən sonra bu gün ləğv olundu.CityPost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə mətbuata birgə bəyanatında bildirib.Dövlətimizin başçısı bununla bağlı ABŞ Prezidenti Donald Trampa təşəkkürünü ifadə edib.
09 Avqust 2025, 01:14

Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzalanıb
Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzaladılar.
09 Avqust 2025, 00:57

Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşü olub
Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşü olub.CityPost.az xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəfli münasibətlərin gündəliyinin və regional məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib.Söhbət zamanı Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının strateji müstəvidə əməkdaşlığının inkişaf perspektivləri, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi və regiondakı sülh gündəliyinə dair fikir mübadiləsi aparılıb.23:50Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 7-də Vaşinqtonda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşü olub.CityPost.az xəbər verir ki, əvvəlcə dövlət başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə...
08 Avqust 2025, 07:42

Trampın İlham Əliyev və Paşinyanla görüşü gözlənilir
ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Ağ Evdə Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşü gözlənilir.CityPost.az xəbər verir ki, bu haqda “The Washington Post” mənbələrə istinadən məlumat yayıb.Danışıqlar sülhə nail olmaq yolunda mühüm diplomatik addım kimi qiymətləndirilir. “The Washington Post” eyni zamanda görüşdə ölkələr arasında sülh sazişinin elan oluna biləcəyini də istisna etməyib.Bununla yanaşı, sosial şəbəkələrdə D.Trampın cümə günü Azərbaycan və Ermənistan liderləri ilə görüşünün proqramı yayılıb.Proqrama əsasən, Tramp ABŞ vaxtı ilə 14:30-da (Bakı vaxtı ilə 22:30) N.Paşinyanla, 15:20-də (Bakı vaxtı ilə 23:20) isə Prezident İlham Əliyevlə görüş keçirəcək.Həmin gün Bakı vaxtı ilə gecə yarısı...
06 Avqust 2025, 10:36