Rasim Həmidov Fuad Ələsgərovla görüşdü
Cəmiyyət 07 Avqust 2025, 14:20

1078
O,ətrafında baş verənlərlə bağlı geniş məlumat verib.
Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün Rasim Həmidovun iddiasına görə onun Xızı Rayon Polis Şöbəsində müstəntiq Əsəd Məmmədovun və rəis müavini Məhəmməd Qarayevin iştirakı ilə döyülməsi,işgəncələrə məruz qalması və aldığı zərbələr nəticəsində sağ qolunun sındırılması ilə bağlı məlumat vermişdik.Rasim Həmidov və atası 92 yaşlı Həmid Həmidov baş verənlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə,Azərbaycan Respublikasının Birinci vitse - prezidenti Mehriban xanım Əliyevaya, İnsan Haqları Üzrə Müvəkkil,Ombudsman Səbinə Əliyevaya ,Daxili işlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə Xızı Rayon Polis Şöbəsində işgəncə verərək onunla qeyri-insani rəftar edənlərin tapılaraq qanunamüvafiq qaydada məsuliyyətə cəlb olunmaqla cəzalandırılmaqlarına göstəriş verilməsinə dair müraciət ünvanlayıb.
CityPost.az xəbər verir ki,Dünən, Rasim Həmidov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qəbulunda olub.O,qəbul zamanı ətrafında baş verənlərlə bağlı məlumat verib.Barəsində Xızı Rayon Polis Şöbəsində açılmış qondarma cinayət işinin araşdırılmasının digər rayon polis idarəsinə verilməsini xahiş edib.
Xatırladaq ki, Rasim Həmidovun şikayəti əsasında keçmiş həyat yoldaşı Sevinc Həmidova barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması və 253300021 nömrəli cinayət işinin istintaqının yekunlaşması ilə bağlı məlumat vermişdik.
Bildiririk ki, Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin topladığı materiallar baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilib.
16 iyul 2025-ci il tarixdə Ağcabədi Rayon Məhkəməsində hakim Etibar Quliyevin sədrliyi ilə saat 11:30-da Ağcabədi Rayon Məhkəməsində zal №1-də təqsirləndirilən şəxs Həmidova Sevinc Baxşeyş qızı ilə bağlı 1(017)-78/2025 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində məhkəmənin ikinci iclası baş tutub. Lakin,Rasim Həmidov səhhətində olan problemlərlə və keçirdiyi psixoloji gərginliklə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinə, qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirkar barədə hökm çıxarılmasına dair hakim Etibar Quliyevə telegram yollayıb.
Növbəti məhkəmə prosesi bu ilin sentyabrın 3-nə təyin olunub.
Məhkəmənin qət etdiyinə görə,Sevinc Həmidova birgə nikahdan olan 3 övladlarının saxlanması üçün hər ay,hər uşağa görə Rasim Həmidova 150 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin ,yazılanlara görə aliment ödəməli olan S.Həmidova məhkəmənin qanuni qətnaməsini saya salmır,belə ki,qətnaməni icra etməməkdən ötrü süni əngəl törətməklə müxtəlif cür bəhanələr gətirib.
Qeyd edək ki, Ağcabədi Rayon Məhkəməsinin 28.03.2023-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Borclunun olduğu yer müəyyən edilmədiyindən icra məmurunun 02.12.2022-ci və 12.04.2023-cü il tarixli qərarları ilə axtarışla şöbəyə gətirilmiş S.Həmidova Ağcabədi Rayon Məhkəməsinin 25.01.2023-cü 10.09.2024-cü il tarixli qərarları ilə hər biri 500 manat olmaqla iki dəfə inzibati qaydada cərimə edilmişdir.
Lakin, məhkəmədən bir gün öncə Rasim Həmidov Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 15 iyul 2025-ci il tarixdə,səhər saatlarında saxlanılmışdır.Rasim Həmidov 21 iyul axşam saatlarında Xızı Rayon Polis Şöbəsindən buraxılıb.
Rasim Həmidovun atası Həmid Həmidovun iddiasına görə,oğlunun heç bir günahı yoxdur. O, keçmiş arvadı Sevinc Həmidovanın qohumlarının sifarişi əsasında saxlanılaraq Xızı Rayon Polis Şöbəsində işgəncələrə məruz qalıb.
Həmçinin oxuyun
Məsələni dəqiqləşdirmək üçün CityPost.az Rasim Həmidovun özü ilə əlaqə saxlayıb.O,deyib:”Xızı Rayon Polis Şöbəsində polis polkovnik-leytenantı Məhəmməd Qarayevn iştirakı ilə mənə insana yaraşmayan isgəncələr verdilər.Sağ qolum zərbələrin təsirindən sınıb.Orada məndən keçmiş arvadım Sevinc Həmidovaya qarşı açdığım aliment iddiasını geri götürməyimi tələb edirdilər.Zor gücünə guya döyülmədiyimə və işgəncə almadığıma dair izahat aldılar.Məni xəbərdar etdilər ki,baş verənlər barədə şikayətçi olsam,yenidən tutacaqlar.Mən cənab Prezident İlham Əliyevə,Daxili işlər naziri Vilayət Eyvazova,Ombudsman Səbinə Əliyevaya,Baş prokuror Kamran Əliyevə müraciət etmişəm ki,Xızı Rayon Polis Şöbəsində barəmdə başlanmış heç bir əsası olmayan qondarma cinayət işinin istintaqı mükəmməl və ədalətli araşdırılması üçün yaşadığım Sumqayıt şəhəri və ya istənilən neytral digər rayon polis idarəsinə həvalə edilsin.Daxili işlər naziri Vilayət Eyvazova ünvanladığım müraciətlə bağlı 11 avqust 2025-ci il tarixə DİN-ə dəvət olunmuşam.”
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov CityPost.az saytına açıqlamasında həmin şəxsin saxlanılmasını təsdiqləyib. Lakin,işgəncə iddialarını təkzib edərək, hələlik Rasim Həmidov ətrafında müvafiq araşdırmalar aparıldığını bildirmişdi.
Xatırladaq ki,Sevinc Həmidovanın keçmiş əri cavabdeh Rasim Həmidova qarşı qızıl-zinyət,cehiz əşyalarının,iri və xırda buynuzlu mal-qaranın və ya onların dəyərinin qaytarılması,birgə nikah dövründə əmlakın əldə edilməsinə sərf edilmiş pul vəsaitinin tərəflər arasında bölüşdürülməsi və pul tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsi (hakim Cavad İbrahimov) 29 may 2025-ci il tarixdə 2(047)293/2025 saylı qətnamə çıxarmışdır.
Məhkəmə qətnaməsinə görə,R.Həmidov S.Həmidovaya onun iddia etdiyi kimi 79 min manat deyil,5 min manat pul və ya qətnamədə göstərilən əşyaları natura şəklində qaytarmalıdır.Qətnamədən narazı qalan hər iki tərəf Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriblər.
Laçın Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli n 2 (047)293/2025 saylı qətnaməsindən S.Həmidovanın nümayəndəsi (qardaşı) Rəhim Baxşeyiş oğlu Həmidov tərəfindən verilən appelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (Hakim Tofiq Heydərov) qərardad çıxarıb.
Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Laçın Rayon Məhkəməsinə qaytarılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Bakıda və bəzi bölgələrdə külək güclənəcək - Sarı xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 8-i axşamdan 11-i gündüzədək küləkli hava gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Xızı, Qobustan, Cəlilabad, Biləsuvar, Mingəçevir, Hacıqabul, Sabirabad, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, İmişli, Beyləqan, Zərdab, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Şirvan, Salyan, Neftçala, Saatlı, Ağcabədidə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur....
08 Avqust 2025, 15:43

Qızıl kəskin bahalaşdı
Bakı vaxtı ilə saat 9:56-ya olan məlumata görə, qızıl 1% bahalaşaraq 1 unsiya üçün 3488 dollar olub.CityPost.az Reuters-ə istinadən xəbər verir ki, spot qiymətlər ABŞ-ın tarifləri ilə bağlı qeyri-müəyyənlik və FED-in əsas faiz dərəcəsinin azaldılması gözləntiləri fonunda ardıcıl ikinci həftədir artmaqdadır.Financial Times bir gün əvvəl ABŞ-ın İsveçrədən tədarük edilən əsas mallardan biri olan 1 kq qızıl külçələrinin idxalına tariflər tətbiq etdiyini xəbər vermişdi.Dünya Qızıl Şurasının məlumatına görə, mərkəzi banklar iyun ayında qiymətli metal alışlarını yenidən artıraraq 22 tona çatıb. Ən böyük alıcı dörd aylıq satış seriyasını qıraraq ehtiyatlarını bir anda doqquz ton artıran Özbəkistan Mərkəzi Bankı olub. Qazaxıstan Milli Bankı...
08 Avqust 2025, 13:10

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (08.08.2025)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.CityPost.az xəbər verir ki, avronun məzənnəsi 0,1 % azalaraq 1,9819 manat, 100 Rusiya rublunun məzənnəsi isə 1 % artaraq 2,1453 manat təşkil edib.
08 Avqust 2025, 10:27

Bakı metrosunda dünyaya gəlmiş körpəyə güzəşt və imtiyazlar olacaq
"Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) müraciət qeydə alınıb.Bu barədə CityPost.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.Məlumata əsasən, hadisə yerinə təcili tibbi yardım briqası cəlb olunub.36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2 200 qram olan oğlan uşağı dünyaya gəlib.Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir....
08 Avqust 2025, 10:26

Rusiyada Aİ-95 markalı benzinin qiyməti növbəti dəfə rekord qırıb
Rusiyada “Premium-95” markalı benzinin birja qiyməti artmaqda davam edir və ardıcıl dördüncü gündür ki, yeni rekord müəyyənləşdirir. CityPost.az xəbər verir ki, bu, Sankt-Peterburq Beynəlxalq Ticarət Birjasının məlumatlarından irəli gəlir.Aİ-95 markalı benzinin qiyməti cümə axşamı günü 0,95% artaraq bir ton üçün 79,567 min rubl təşkil edib ki, bu da növbəti rekorddur. Bu yanacaq növü ardıcıl dördüncü ticarət günü üçün yeni maksimum qiymət təyin edir.AI-92 markalı benzin 1,04% bahalaşaraq bir ton üçün 68,321 min rubla yüksəldi və tədricən rekord qiymətə yaxınlaşdı (2023-cü ilin sentyabrında bir ton üçün 70,508 min rubl).Yay dizel yanacağının dəyəri 0,38% artaraq bir ton üçün 58,676 min rubla, mayeləşdirilmiş...
07 Avqust 2025, 19:10

Fikrin gül ayələri - Sərvaz HÜSEYNOĞLU
Ədəbi qənaətim və təcrübəm daxilində "o şair xoşbəxtdir ki, anlayanı var və yaxud olacaq" - deyə anladanların yanındayam. Bu mənada, imzası ədəbiyyatsevərlərə yaxşı tanış olan Gülayə o xoşbəxtlərdəndir ki, bir söz adamı kimi, anlayanları var. Olub. Olacaq.Bu anlayanlar, dəyər verənlərin sırasında Xalq şairi Fikrət Qocanın adı başdan gəlir. O, Gülayənin "Yuxunu sulara söylə" kitabına yazdığı ön sözdə onun səmimi, poetik fikrin mükəmməl ifadəsilə izlənən şeirlərindən etdiyi seçmələri belə dəyərləndirirdi ki: "Bu misralar elə bil yüzillərin mahir aşıqlarının yolgöstərənliyi, ifası fonunda yazılıb. Bu yazılanlar qoşma deyil. Qoşmadan bəri elə usta addımdır ki, həm qoşmadasan, həm də qoşmadan bərisən. Gülayənin şeirlərinin havası,...
07 Avqust 2025, 14:24