Bizə yazın

Baku

-°C

USD

-

Bakıda lift idarəsi ilə "JEK" birləşib binanın liftini "satdılar" -  PROBLEM 

Cəmiyyət 07 Avqust 2025, 12:44

870

Bakının mərkəzində yaşayan  bir  qrup  sakin  şikayət edir.

Söhbət Səbail rayonu,Hacı Zeynalabdin Tağıyev küçəsi 16/18 ünvanında yaşayan sakinlərdən gedir. Binada yaşayan sakinlər mənzillərinə rahatlıqla  daxil ola bilmirlər.Binanın pilləkənləri təmir adıyla sökülüb,pilləkənlərin   tutacaqları çıxarıldığı üçün  mənzillərə qalxmaq  təhlükəli  hal  alıb.Həmçinin binanın lifti də sakinlərin əlindən alınıb.

CityPost.az   xəbər  verir   ki, bu barədə Oxu24.com-a  bina sakinləri məlumat verib.

“Artıq 15 günə yaxındır ki, bu vəziyyətlə üz-üzəyik.Pilləkənlərin dəmir  məhəccərləri sökülüb.Buradan qalxmaq bizim üçün əzabdır.Yaşlı anam var.Bu pilləkənlə qalxıb,düşə bilmir.Bundan əlavə binanın lifti "özəlləşdirilib".

Yuxarıda yerləşən bir sahibkarın mənzilinə verilib. Liftdən yalnız onlar istifadə edə bilərlər.Sakinlər çıxılmaz duruma düşüb. "JEK"-ə də şikayət etmişik.Ancaq  tədbir görülməyib. Biz liftin kartının digər sakinlərə də verilməsini və pilləkənlərin tezliklə təmirinin yekunlaşmasını tələb edirik”,-deyə bina sakini Gülarə Vəliyeva bildirib.

Dəmir məhəccərləri çıxarılan pilləkən sakinlərə təhlükə yaradır.

Oxu24.com məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki,binanın pilləkənləri  keçmiş Azərbaycan SSR-in  sabiq  ticarət naziri, həmçinin 1992-ci ildə  Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş  Ağasəlim Bağırov tərəfindən  təmir olunub.

Təmir işləri  başlandıqdan sonra  binanın  4-cü  mərtəbəsində  yaşayan  iş  adamı  Tamerlan Rəsulzadə rəsmi qurumlara şikayət  edərək  işlərin dayandırılmasını  tələb  edib. İki qonşu arasında  yaranan  mübahisə  bütün  binanı  pilləkənsiz  və  liftsiz  qoyub.

Araşdırmamız  zamanı  o  da məlum  oldu  ki, bina üçün nəzərdə tutumuş  ümumi  lift  yalnız  iş  adamı  Tamerlan  Rəsulzadənin  ailə  üzvlərinin  mənzilinə  xidmət  göstərir. Binanın  digər mərtəbələrində yaşayan  sakinlər  lift üzünə həsrət qalıb.

Bəs,binanın  liftini  kim  sahibkara verib?

Bu suala cavab tapmaq məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin “LiftTəmir” İstehsalat Birliyi ilə əlaqə saxladıq. Birlikdən saytımıza bildirdilər ki,onlar yalnız liftlərin işlək olub-olmaması işlərinə baxırlar. Digər məsələlərin onlara aidiyyatı yoxdur.

Bina sakinlərinin  binanın pilləkən   probleminə gəldikdə isə rəsmi qurum araşdırmaların aparıldığını bildirib.

Oxu24.com məsələ ilə bağlı   Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən şifahi olaraq saytımıza bildirdilər ki, sözügedən ünvanda sakin tərəfindən aparılan söküntü işləri yarımçıq dayandırılıb.

Buna səbəb isə,tarixi abidə olan binanın pilləkənlərində aparılan təmir işləri zamanı qanuna uyğun olaraq  Dövlət Xidmətinə əvvəlcədən məlumat verilməməsi olub. 

“Hazırda həmin şəxs tərəfindən aparılan işlər dayandırılıb.Müvafiq tədbirlər görülür”,-deyə qurumdan verilən məlumatda  qeyd  olunur.

Oxu24.com məsələni diqqətdə saxlayacaq.

Miri Məcidli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda və bəzi bölgələrdə külək güclənəcək - Sarı xəbərdarlıq 

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 8-i axşamdan 11-i gündüzədək küləkli hava gözlənilir.Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Xızı, Qobustan, Cəlilabad, Biləsuvar, Mingəçevir, Hacıqabul, Sabirabad, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, İmişli, Beyləqan, Zərdab, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Şirvan, Salyan, Neftçala, Saatlı, Ağcabədidə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur....

08 Avqust 2025, 15:43

Qızıl kəskin bahalaşdı

Bakı vaxtı ilə saat 9:56-ya olan məlumata görə, qızıl 1% bahalaşaraq 1 unsiya üçün 3488 dollar olub.CityPost.az   Reuters-ə istinadən  xəbər  verir  ki,   spot qiymətlər ABŞ-ın tarifləri ilə bağlı qeyri-müəyyənlik və FED-in əsas faiz dərəcəsinin azaldılması gözləntiləri fonunda ardıcıl ikinci həftədir artmaqdadır.Financial Times bir gün əvvəl ABŞ-ın İsveçrədən tədarük edilən əsas mallardan biri olan 1 kq qızıl külçələrinin idxalına tariflər tətbiq etdiyini xəbər vermişdi.Dünya Qızıl Şurasının məlumatına görə, mərkəzi banklar iyun ayında qiymətli metal alışlarını yenidən artıraraq 22 tona çatıb. Ən böyük alıcı dörd aylıq satış seriyasını qıraraq ehtiyatlarını bir anda doqquz ton artıran Özbəkistan Mərkəzi Bankı olub. Qazaxıstan Milli Bankı...

08 Avqust 2025, 13:10

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (08.08.2025) 

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.CityPost.az  xəbər verir ki, avronun məzənnəsi 0,1 % azalaraq 1,9819 manat, 100 Rusiya rublunun məzənnəsi isə 1 % artaraq 2,1453 manat təşkil edib.

08 Avqust 2025, 10:27

Bakı metrosunda dünyaya gəlmiş körpəyə güzəşt və imtiyazlar olacaq

"Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) müraciət qeydə alınıb.Bu barədə CityPost.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.Məlumata əsasən, hadisə yerinə təcili tibbi yardım briqası cəlb olunub.36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2 200 qram olan oğlan uşağı dünyaya gəlib.Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir....

08 Avqust 2025, 10:26

Rusiyada  Aİ-95 markalı benzinin qiyməti növbəti dəfə rekord qırıb

Rusiyada  “Premium-95” markalı benzinin birja qiyməti artmaqda davam edir və ardıcıl dördüncü gündür ki, yeni rekord müəyyənləşdirir. CityPost.az  xəbər  verir   ki, bu, Sankt-Peterburq Beynəlxalq Ticarət Birjasının məlumatlarından irəli gəlir.Aİ-95 markalı benzinin qiyməti cümə axşamı günü 0,95% artaraq bir ton üçün 79,567 min rubl təşkil edib ki, bu da növbəti rekorddur. Bu yanacaq növü ardıcıl dördüncü ticarət günü üçün yeni maksimum qiymət təyin edir.AI-92 markalı benzin 1,04% bahalaşaraq bir ton üçün 68,321 min rubla yüksəldi və tədricən rekord qiymətə yaxınlaşdı (2023-cü ilin sentyabrında bir ton üçün 70,508 min rubl).Yay dizel yanacağının dəyəri 0,38% artaraq bir ton üçün 58,676 min rubla, mayeləşdirilmiş...

07 Avqust 2025, 19:10

Fikrin gül ayələri - Sərvaz HÜSEYNOĞLU 

Ədəbi qənaətim və təcrübəm daxilində "o şair xoşbəxtdir ki, anlayanı var və yaxud olacaq" - deyə anladanların yanındayam. Bu mənada, imzası ədəbiyyatsevərlərə yaxşı tanış olan Gülayə o xoşbəxtlərdəndir ki, bir söz adamı kimi, anlayanları var. Olub. Olacaq.Bu anlayanlar, dəyər verənlərin sırasında Xalq şairi Fikrət Qocanın adı başdan gəlir. O, Gülayənin "Yuxunu sulara söylə" kitabına yazdığı ön sözdə onun səmimi, poetik fikrin mükəmməl ifadəsilə izlənən şeirlərindən etdiyi seçmələri belə dəyərləndirirdi ki: "Bu misralar elə bil yüzillərin mahir aşıqlarının yolgöstərənliyi, ifası fonunda yazılıb. Bu yazılanlar qoşma deyil. Qoşmadan bəri elə usta addımdır ki, həm qoşmadasan, həm də qoşmadan bərisən. Gülayənin şeirlərinin havası,...

07 Avqust 2025, 14:24