Prezident nekroloq imzaladı
Cəmiyyət 04 Avqust 2025, 15:32

915
Azərbaycan Prezidenti İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb.
CityPost.az xəbər verir ki, nekroloqda deyilir:
“Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də ömrünün 83-cü ilində vəfat etmişdir.
Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1960–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almış, 1965–1969-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur.
Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi əməkdaş kimi başlayan Elçin Əfəndiyev 1969–1975-ci illərdə orada işləmişdir. O, 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi, 1987–1993-cü illərdə isə Xaricdə yaşayan həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyəti rəyasət heyətinin sədri olmuşdur. Elçin Əfəndiyev 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışmışdır.
Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan yazıçı Elçin Əfəndiyev bütün fəaliyyəti ərzində 60-cı illər nəslinin ənənələrinə sadiqlik nümayiş etdirmiş və milli bədii fikrin zənginləşməsində mühüm rol oynamışdır. O, hələ ədəbi yaradıcılığa başladığı ilk vaxtlardan mənəvi axtarışlarla dolu əsərlərinin poetik gücü ilə geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Realist psixoloji təhlilin dərinliyi və bədii-estetik ifadə vasitələrinin rəngarəngliyi ilə seçilən bu əsərlər Azərbaycan nəsrinin qiymətli nümunələridir.
Ədəbiyyatımızın yeni mərhələsinin formalaşmasının fəal iştirakçısı olan sənətkar uzaq və yaxın tarixi keçmişimizlə bağlı roman, povest, hekayə və pyeslərində xalqımızın mənəvi-əxlaqi dəyərlərinin təbliğini diqqət mərkəzində saxlamışdır. Elçinin ssenariləri əsasında çəkilən filmlər uğurlu ekran həyatı yaşayaraq Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuşdur.
Elçin Əfəndiyev tənqidçi-ədəbiyyatşünas kimi klassik irsə və müasir ədəbi prosesə dair aktual mövzularda dəyərli elmi-nəzəri yazıları, portret-oçerkləri ilə ədəbi mühitin inkişafına sanballı töhfələr vermişdir.
Yazıçının əsərləri bir çox xarici dillərə tərcümə olunmuş, müxtəlif teatr səhnələrində tamaşaya qoyularaq müəllifinə şöhrət qazandırmışdır. Onun mötəbər beynəlxalq konfranslarda çıxışları elmi və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Elçin Əfəndiyev ölkəmizin ictimai-siyasi və mədəni həyatında daim yaxından iştirak etmişdir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin dərinləşməsində xidmətləri onun azərbaycançılıq məfkurəsinə sədaqətinin bariz ifadəsidir. Elçin Əfəndiyev uzun illər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində təqdirəlayiq fəaliyyət göstərmişdir.
Elçin Əfəndiyevin xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının ali dövlət mükafatları – “İstiqlal” (2003), “Şərəf” (2013), “Şöhrət” (2018) ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2023) ilə təltif edilmişdir.
Görkəmli yazıçı və alim, tanınmış ictimai-siyasi xadim, səmimi və təvazökar insan Elçin İlyas oğlu Əfəndiyevin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.
Allah rəhmət eləsin!”
İlham Əliyev
Mehriban Əliyeva
Həmçinin oxuyun
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Adil Kərimli
Polad Bülbüloğlu
İsa Həbibbəyli
Anar Rzayev
Nəriman Həsənzadə
Kamal Abdullayev
Çingiz Abdullayev
Hacı İsmayılov
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sabah Bakıda və rayonlarda şimşək çaxacaq, leysan yağacaq
Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən xəbərə görə, əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 22-25, gündüz 29-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 40-45 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı...
10 Avqust 2025, 20:45

Bakıda və bəzi bölgələrdə külək güclənəcək - Sarı xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 8-i axşamdan 11-i gündüzədək küləkli hava gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Xızı, Qobustan, Cəlilabad, Biləsuvar, Mingəçevir, Hacıqabul, Sabirabad, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, İmişli, Beyləqan, Zərdab, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Şirvan, Salyan, Neftçala, Saatlı, Ağcabədidə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur....
08 Avqust 2025, 15:43

Qızıl kəskin bahalaşdı
Bakı vaxtı ilə saat 9:56-ya olan məlumata görə, qızıl 1% bahalaşaraq 1 unsiya üçün 3488 dollar olub.CityPost.az Reuters-ə istinadən xəbər verir ki, spot qiymətlər ABŞ-ın tarifləri ilə bağlı qeyri-müəyyənlik və FED-in əsas faiz dərəcəsinin azaldılması gözləntiləri fonunda ardıcıl ikinci həftədir artmaqdadır.Financial Times bir gün əvvəl ABŞ-ın İsveçrədən tədarük edilən əsas mallardan biri olan 1 kq qızıl külçələrinin idxalına tariflər tətbiq etdiyini xəbər vermişdi.Dünya Qızıl Şurasının məlumatına görə, mərkəzi banklar iyun ayında qiymətli metal alışlarını yenidən artıraraq 22 tona çatıb. Ən böyük alıcı dörd aylıq satış seriyasını qıraraq ehtiyatlarını bir anda doqquz ton artıran Özbəkistan Mərkəzi Bankı olub. Qazaxıstan Milli Bankı...
08 Avqust 2025, 13:10

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (08.08.2025)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.CityPost.az xəbər verir ki, avronun məzənnəsi 0,1 % azalaraq 1,9819 manat, 100 Rusiya rublunun məzənnəsi isə 1 % artaraq 2,1453 manat təşkil edib.
08 Avqust 2025, 10:27

Bakı metrosunda dünyaya gəlmiş körpəyə güzəşt və imtiyazlar olacaq
"Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) müraciət qeydə alınıb.Bu barədə CityPost.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.Məlumata əsasən, hadisə yerinə təcili tibbi yardım briqası cəlb olunub.36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2 200 qram olan oğlan uşağı dünyaya gəlib.Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir....
08 Avqust 2025, 10:26

Rusiyada Aİ-95 markalı benzinin qiyməti növbəti dəfə rekord qırıb
Rusiyada “Premium-95” markalı benzinin birja qiyməti artmaqda davam edir və ardıcıl dördüncü gündür ki, yeni rekord müəyyənləşdirir. CityPost.az xəbər verir ki, bu, Sankt-Peterburq Beynəlxalq Ticarət Birjasının məlumatlarından irəli gəlir.Aİ-95 markalı benzinin qiyməti cümə axşamı günü 0,95% artaraq bir ton üçün 79,567 min rubl təşkil edib ki, bu da növbəti rekorddur. Bu yanacaq növü ardıcıl dördüncü ticarət günü üçün yeni maksimum qiymət təyin edir.AI-92 markalı benzin 1,04% bahalaşaraq bir ton üçün 68,321 min rubla yüksəldi və tədricən rekord qiymətə yaxınlaşdı (2023-cü ilin sentyabrında bir ton üçün 70,508 min rubl).Yay dizel yanacağının dəyəri 0,38% artaraq bir ton üçün 58,676 min rubla, mayeləşdirilmiş...
07 Avqust 2025, 19:10