Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda iki dərman vasitəsində qüsurlar aşkarlanıb, geri çağırılıb 

Hadisə 31 İyul 2025, 14:50

476

İki dərman vasitəsinin könüllü geri çağırılması üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə (AEM) müraciət edilib.

CityPost.az  xəbər verir ki, bu barədə AEM məlumat yayıb.

Məlumata əsasən, dərman vasitələrindən biri “Para-Denk 125 Suppos” ticarət adlı paracetamol – 125 mg/supp tərkibli rektal şamlar №10 (2×5) blisterdə, karton qutu qablaşmada olan dərman vasitəsi, digəri isə “Para-Denk 250 Suppos” ticarət adlı paracetamol – 250 mg/supp tərkibli rektal şamlar №10 (2×5) blisterdə, karton qutu qablaşmada olan dərman vasitəsidir.

Geri çağırılmaya səbəb kimi qablaşdırma zədələnmələri (sızmalar) göstərilib. Qeyd edilən dərman vasitələrinin geri çağırılma dərəcəsinin üç (dərman vasitəsinin şəxsin həyat və sağlamlığına birbaşa təhlükə yaratmadığı hallar), dərman vasitəsinin geri çağırılma səviyyəsinin isə “C” (topdansatış müəssisəsinə qədər) səviyyəsində müəyyən olunduğu bildirilib.

Yoxlama zamanı hər iki dərman vasitəsində göstərilən qüsurların mövcudluğu təsdiqlənib.

Adıçəkilən dərman vasitələrinin geri çağırılması barədə qərar qəbul edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sərnişinlər təyyarədə cərimələndi

Türkiyədə təyyarə tam dayanmadan yerlərini tərk edən sərnişinlər ilk dəfə cərimələnib. CityPost.az   xəbər  verir ki, bu barədə “HavaSosyalMedya” aviasiya ictimaiyyəti məlumat yayıb.İnsident Pegasus Hava Yollarına məxsus Sofiya-İstanbul Sabiha Gökçen hava limanına uçan PC272 reysinin bortunda baş verib.Eniş etdikdən sonra bəzi sərnişinlər təyyarə bələdçilərinin təyyarə tam dayanana qədər yerində qalmaları barədə dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, özbaşına oturacaqlarından qalxaraq əl yüklərini çıxarmağa başlayıblar. Nəticədə ekipaj polis çağırmalı olub. İlkin məlumatlara görə, qanunu pozanlar 70 dollar  cərimə olunublar.Bu, Türkiyədə may ayından bəri tətbiq edilən yeni qaydaların tətbiqi ilə bağlı ilk hadisədir. Mövcud qaydalara görə, taksi sürərkən və ya “təhlükəsizlik kəmərlərini bağlayın” siqnalı söndürülməmişdən...

01 Avqust 2025, 15:05

Lukaşenko Rusiyaya gəldi 

 Belarus prezidenti Aleksandr Lukaşenko Sankt-Peterburqa gəlib.CityPost.az  xəbər  verir   ki, məlumatda qeyd olunur ki, Lukaşenkonu hava limanında Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko qarşılayıb.Bundan əvvəl Lukaşenkonun bu gün Rusiyaya gələrək Vladimir Putinlə görüşəcəyi bildirilirdi. Dövlət başçılarının görüşü təkbətək formatda keçiriləcək. Liderlər Belarus-Rusiya münasibətlərinin inkişafı, birlik layihələri, beynəlxalq gündəm və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.Putin və Lukaşenko sonuncu dəfə iyunun sonunda Minskdə Avrasiya İqtisadi Forumunda görüşüblər.Miri...

01 Avqust 2025, 12:44

Rusiya nefti Hindistan sahillərində qalıb

Bloomberg xəbər verir ki, Hindistanın qərb sahillərində Rusiya nefti daşıyan ən azı dörd tanker boş vəziyyətdədir.CityPost.az  xəbər  verir   ki, Agentliyin məlumatına görə, gecikmənin səbəbi Hindistanın bu Rusiya karbohidrogeninin alınmasının ABŞ və Avropa İttifaqının təzyiqləri fonunda diqqət mərkəzində olmasıdır. Söhbət Camnaqar sahillərində lövbər salan sanksiyaya məruz qalmış Achilles və Elyte gəmilərindən gedir. Digər iki tanker, Destan və Horae, sahildən daha da uzaqdadır.Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp Rusiya neftinin alıcılarını yüksək idxal rüsumları ilə hədələdikdən sonra Yeni Dehli Hindistanın neft emalı zavodlarını digər ölkələrdən neft almaq planlarını hazırlamağa çağırıb.Keçən həftə Hindistanın dövlət neft emalı zavodlarının 100% ABŞ rüsumları təhlükəsi səbəbindən...

01 Avqust 2025, 12:25

Arzusu uçmaq idi,parça-parça oldu 

Rusiyada kişi faciəli şəkildə ölüb.CityPost.az  xəbər  verir   ki, Kirov rayonunda yaşlı kişi öz istehsalı olan helikopterlə havaya qalxmağa cəhd edərkən  faciəli şəkildə ölüb.Məlumatı  REN TV  yayıb.Faciə Kirov rayonunun Zalazna kəndində baş verib. O, gənc yaşlarından pilot olmaq arzusunda olub, həyatını təyyarə modelləşdirməsinə həsr edib. 1964-cü ildən bəri o, beş təyyarə hazırlayıb.Vladimir yaxınları ilə bir gün əvvəl gəldiyi Kirov vilayətindəki Zalaznada növbəti zehnini sınaqdan keçirməyi planlaşdırıb. Lakin mühərriki işə salarkən nasazlıq yaranıb və   helikopterin qanadları yerindən çıxıb.Parçalardan biri 88 yaşlı kişinin başına dəyib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Həkimlər əlindən gələni etsələr də, onu xilas edə bilməyiblər. Həvəskar pilot aldığı xəsarətlərdən xəstəxanada dünyasını...

01 Avqust 2025, 12:18

DİN açıqlama yaydı

Ötən gün ölkə ərazisində cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.CityPost.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.Qeyd olunub ki, axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib....

01 Avqust 2025, 10:20

Avqust–sentyabr aylarında Tehran susuz qala bilər – İran prezidenti xəbərdarlıq etdi 

İran Prezidenti Məsud Pəzəşkiyan ölkənin su böhranı ilə üzləşə biləcəyi barədə ciddi xəbərdarlıq edib. O, Zəncan vilayətinin Planlaşdırma Şurasının iclasında çıxış edərək bildirib ki, Tehranda su istehlakına ciddi nəzarət tətbiq olunmazsa, şəhərin su anbarları avqust və sentyabr aylarında tamamilə quruyacaq.CityPost.az   xəbər verir  ki,  Dövlət başçısı su resurslarının qeyri-effektiv idarə olunmasının ölkəni çıxılmaz vəziyyətə sala biləcəyini vurğulayıb. Onun sözlərinə görə, universitetlərin və sahə mütəxəssislərinin apardığı araşdırmalar göstərir ki, hazırkı qaydalar və normativlər su sərfiyyatının artmasına səbəb olur və vəziyyəti daha da ağırlaşdırır.“Elə bir gün gələ bilər ki, içməli suyumuz belə qalmasın,” – deyə Pəzəşkiyan xəbərdarlıq edib.İranda su qıtlığı son illər ciddi...

31 İyul 2025, 17:49