Bizə yazın

Baku

-°C

USD

-

Xanımının göz yaşları Rəsulzadəni necə xilas etmişdi? -Tarixi FAKTLAR 

Maraqlı 01 Avqust 2025, 14:08

5369

Məhəmməd Əmin Rəsulzadənin həyat  yoldaşı  Vanda  Rozanska ilə bağlı maraqlı  faktları  təqdim  edirik: 

Vanda Rozanska 23 iyun 1895-ci ildə Varşavada doğulub.

Atasının adı Yan, anasının adı isə Anila idi.O,Varşava Universitetinin fransız filologiyası fakültəsini bitirib. Tələbəlik illərində inqilabi fəaliyyətlə məşğul olub və özünü "inqilabçı" adlandırıb, sosialist ideyalarına maraq göstərib və siyasi hərəkatda iştirak edib. Onun Polşanın görkəmli dövlət xadimi Yuzef Pilsudski ilə qohumluğu deyilsə də, təsdiqlənmir.

Vanda Rozanska Parisdə Məhəmməd Əmin Rəsulzadə ilə tanış olur.

Onların arasında dərin bir sevgi və hörmət yaranır. Onlar 3 may 1936-cı ildə Parisdə evlənir. Evləndikdən sonra Vanda xanımın adı Leyla olaraq dəyişdirilir.

M.Ə. Rəsulzadə "Leyli və Məcnun" poemasından ilhamlanaraq, ona "Leyla" deyə müraciət edirdi. Adını dəyişdirdiyinə baxmayaraq, Leyla Rəsulzadə xristian katolik dini baxışlarına sadiq qalmışdı. Dindar olmasa da, həftə sonları İtalya səfirliyinin bağçasındakı katolik kilsəsinə dua etməyə gedirdi.

Evləndikdən sonra cütlük Polşada yaşayır. 1939-cu ildə İkinci Dünya müharibəsi başlayır.M. Ə. Rəsulzadə almanların və rusların əlinə düşməmək üçün 6 sentyabr 1939-da təcili olaraq Rumıniyaya keçir. Rəsulzadənin pasportu olmadığı üçün Buxarestə, Türkiyənin Rumınıyadakı səfiri, köhnə dostu Hamdulla Sübhi Tanrıövərə sığınır.

Leyla Rəsulzadə isə ailəsi ilə alman işğalçılarına qarşı aparılan müstəqillik mübarizəsinə qatılmışdı. Vərəqələrin hazırlanması və toplanması üçün ən uyğun yer onların evi seçilmişdi. Lakin, Leyla xanımın bacısının əri "Gestapo" tərəfindən həbs edilib öldürüldükdən sonra, o da Polşadan qaçaraq Rumıniyada məskunlaşır.

1944-cü ildə Sovet ordusu artıq cəbhəni yarıb Qərb istiqamətində irəliləyirdi. Rumınıyaya yaxınlaşdıqlarını gördükdə Rəsulzadələr müharibədə neytrallığını saxlayan İsveçrəyə keçmək istəyirlər. Lakin İsveçrə sərhəd qoşunları sərhədi keçməyə icazə vermir.

M.Ə. Rəsulzadəni xilas edən onun həyat yoldaşı Vanda xanımın göz yaşları olur.1968-ci ildə Edmund Xaraşkeviçə yazdığı məktubunda bu hadisəni belə xatırlayırdı: "İsveçrəyə daxil ola bilmədik (vizamızın olmasına baxmayaraq). Hər yeri atəş bürümüşdü. Ona görə özümüz öz həyatımızı xilas edərək dərbədər gəzirdik. Frayburq-im-Braysqauda xəstəxanada azərbaycanlı bir həkim tapıldı, bizə kömək edirdi. Lakin, sonra Reyndən keçid başladı, özüm bu "inanılmaz" möcüzələrə inana bilmirəm ki, sağ-salamat çıxdıq.Sonra isə müttəfiqlərin "qardaşlaşması" başladı. Yoldaşım "mütləq doğma Bakıya qayıtmalı idi". Və yalnnız onun polyak həyat yoldaşının inanılmaz ah-naləsi amerikalı zabitin ürəyinə toxundu və ayrılmadıq".

1947-ci ildə cütlük Türkiyəyə köçür və Ankarada məskunlaşır. Onların övladı olmur. Ankarada yaşadıqları müddətdə Leyla Rəsulzadə ərinin siyasi mübarizəsində ona mənəvi dəstək verir, eyni zamanda sadə bir həyat sürür.

Türkiyənin Təhsil naziri Tofiq İlərinin köməyi ilə Ankara Milli Kitabxanasında çalışır. Ankarada yaşayarkən universitetin coğrafiya fakültəsinin rus dili və ədəbiyyatı bölümündə dərs vermək təklifi alır və mövcud işindən daha artıq maaş təklif olunsa da dərhal rədd edir.

Rus dilini ana dili kimi bilməsinə rəğmən, rus dili müəlliməsi kimi çalışmağı qəbul etmir.1955-ci ildə M.Ə.Rəsulzadənin vəfatından sonra Leyla Rəsulzadə Ankarada yaşayır.

Onun həyat yoldaşına dərin bağlılığı vardı və ölümündən sonra tənha və yoxsul bir həyat sürür.Leyla Rəsulzadə 21 may 1974-cü ildə müalicə aldığı Ankara xəstəxanasında mədə qanamasından vəfat edir. O, Cəbəci Əsri məzarlığının xristian bölməsində, 504-cü ada 55 parseldə dəfn edilir. Leyla Rəsulzadənin ölümü ilə bağlı Türkiyədə mühacirlər tərəfindən nəşr olunan "Azerbaycan" dərgisinin 1974-cü ildə çap edilmiş 210-cu sayında nekroloq dərc edilmişdi. Bu nekroloqda onun fədakar bir qadın olduğu vurğulanmış və həyat yoldaşı M.Ə.Rəsulzadənin mühacirət dövründə ona göstərdiyi mənəvi dəstək xüsusilə qeyd olunmuşdu. 2017-ci ildə Azərbaycan Kültür Dərnəyin təşəbbüsü və Anıtlar Dərnəyinin dəstəyi ilə onun yararsız hala düşmüş məzarı bərpa edilib...

Müəllif: Namiq Həsənov 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Axan çaylarda balıqçılıq: mövsümlərə görə növlər və ən çox tutulan balıqlar

Azərbaycanın axan çayları həm ekosistem baxımından, həm də balıqçılıq üçün böyük əhəmiyyət kəsb edir. Kür, Araz, Qanıx və digər çaylarda müxtəlif balıq növləri yayılıb və hər mövsüm fərqli imkanlar təqdim edir. Balıqçılar yazdan qışa qədər çayların müxtəlif sahələrində fərqli növləri tuturlar.Citypost.az xəbər verir ki, ən çox rast gəlinən balıq növlərinə alabalıq (Salmo trutta fario), sazan (Cyprinus carpio), qızılbalıq (Carassius auratus), sudak (Sander lucioperca) və kiçik çay balığı növləri (Barbus spp.) daxildir. Alabalıq əsasən dağ çaylarında yaşayır və yaz-payız aylarında aktiv olur. Sazan çayın dərin və geniş sahələrində rast gəlinir və yazın sonu ilə payız aylarında tutulur. Sudak daha çox Kür...

03 Mart 2026, 11:55

Vəli Axundov Cəfər Cabbarlının ailəsinə necə yardım edib?

Azərbaycanın o zamankı rəhbəri Vəli Axundov görkəmli yazıçı Cəfər Cabbarlının çətin vəziyyətdə olan həyat yoldaşına necə kömək edib?Citypost.az xəbər verir ki, Sona xanım 60 yaşında ölkə rəhbərliyinə məktub göndərərək ərinin vəfatından sonra ona Azərbaycan hökuməti tərəfindən 120 manat təqaüd ayrıldığını bildirib. Məktubunda xəstəliyini, qocalığını və işləyə bilmədiyini qeyd edən Sona Cabbarlı əlavə təqaüd verilməsi və ya ərinə görə aldığı təqaüdün artırılmasını xahiş edib.Bu müraciətə cavab olaraq 1967-ci il noyabrın 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosu Sona Cabbarlıya ittifaq dərəcəli fərdi təqaüd ayırıb və beləliklə onun təqaüdü artırılıb. Qərarın qəbul olunmasında isə Azərbaycanın o zamankı rəhbəri Vəli Axundovın rolu olub.Əli...

03 Mart 2026, 10:32

Giləmeyvələr yaddaşı yaxşılaşdıra bilər

Tədqiqatçılar bildirirlər ki, giləmeyvələrin müntəzəm istehlakı erkən yaddaş pozuntuları olan insanlarda yaddaşı müəyyən qədər yaxşılaşdıra bilər. Eyni zamanda, bu məhsullar piylənmə ilə bağlı iltihabın azalmasına və insulin həssaslığının yaxşılaşmasına kömək edir.Citypost.az-ın xəbərinə görə, son 20 ildə aparılmış klinik tədqiqatların analizi göstərir ki, giləmeyvələrin yaddaş, diqqət və digər kognitiv funksiyalar üzərində müsbət təsiri müşahidə olunub. Eyni zamanda, bu məhsullar iltihab, insulin müqaviməti, toxluq hormonları və bağırsaq-beyin əlaqəsi kimi piylənmə ilə bağlı göstəricilərə də təsir göstərir.Ən ardıcıl nəticələr yaddaş sahəsində olub. Təsir nisbətən az olsa da, müxtəlif tədqiqatlarda təkrarlanıb, xüsusilə yüngül kognitiv pozuntuları olan insanlarda – bu, demensiyaya yol açan mərhələlərdən biri...

02 Mart 2026, 11:56

İnsan beyni gün ərzində minlərlə qərar verir 

Elm adamları bildirir ki, insan beyni gündə təxminən 30–35 000 fərdi qərar qəbul edir. Maraqlısı isə odur ki, bu qərarların çoxu şüuraltı şəkildə baş verir və biz onların bir çoxunun fərqinə belə varmırıq.Citypost.az xəbər verir ki, psixoloqların sözlərinə görə, səhər saatları beyinin ən məhsuldar olduğu dövrdür. Bu zaman insanlar daha rasional düşünür, mürəkkəb problemləri həll etməkdə daha uğurludurlar. Axşam saatlarında isə intuitiv qərarlar üstünlük qazanır – yəni, bir çox qərarlarımız hisslərimiz və vərdişlərimiz əsasında formalaşır.Bundan əlavə, elm adamları qeyd edir ki, gündəlik həyatımızda qəbul etdiyimiz qərarların çoxu kiçik rutinlər və vərdişlərlə bağlıdır: hansı geyimi seçəcəyimiz, yeməyimizi necə hazırlayacağımız, iş planlarımızın sırası...

02 Mart 2026, 11:32

Bəzi ədviyyatlar depressiya əlamətlərini azalda bilər 

Son elmi araşdırmalar göstərir ki, gündəlik qidalanmada istifadə olunan bəzi ədviyyatlar depressiya əlamətlərinin şiddətini azaltmağa kömək edə bilər. Aparılan meta-analiz nəticələrinə əsasən, xüsusilə zerdeçal, zəfəran, zəncəfil, qara istiot və acı bibər kimi ədviyyatlar beyin fəaliyyətinə müsbət təsir göstərir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu ədviyyatların tərkibində olan kurkumin, kapsaisin və piperin kimi aktiv bitki birləşmələri neyroprotektiv xüsusiyyətlərə malikdir. Bu maddələr sinir toxumasında iltihabi prosesləri azaldır, oksidativ stresi aşağı salır və əhval-ruhiyyə ilə sıx bağlı olan serotonin və dopamin kimi neyrotransmitterlərin tənzimlənməsində iştirak edir.Araşdırmada xüsusi diqqət bağırsaq–beyin oxuna yönəldilib. Bu sistem bağırsaq mikrobiotası ilə mərkəzi sinir sistemi arasında qarşılıqlı əlaqəni...

02 Mart 2026, 10:41

Köhnə kitabların qoxusu: kimyəvi nostalji  

Kitabsevərlər üçün köhnə kitabların qoxusu xüsusi bir nostalji hissi yaradır. Bu ətir təsadüfi deyil – mütəxəssislər bildirirlər ki, onun səbəbi oksidləşmiş kimyəvi birləşmələrdir. Zamanla kitabın kağızında və mürəkkəbində olan molekullar hava ilə təmasda oksidləşir və bizə tanış olan, köhnə kitabların xarakterik qoxusunu bəxş edən kimyəvi maddələr əmələ gəlir.Citypost.az xəbər verir ki, Kitabların bu unikal aroması, yalnız maddi dəyişikliklərin nəticəsi deyil, həm də oxucuların yaddaşında müəyyən duyğular oyadır. Bir çox insanlar üçün köhnə kitab qoxusu uşaqlıq xatirələrini, oxuma vərdişlərini və sükutlu kitabxana mühitlərini xatırladır. Elmi araşdırmalar göstərir ki, kağızdakı lignin və selüloz kimi komponentlər oksidləşdikdə bu ətri yaradan aromatik maddələr ortaya...

27 Fevral 2026, 17:45