11 yaşlı qıza əxlaqsızlıq edən ilahiyyatçıya hökm oxundu
Cəmiyyət 07 May 2025, 14:14

520
Abşeron Rayon Məhkəməsində 11 yaşlı qıza qarşı seksual hərəkətlər edən ilahiyyatçı Hacı Salman Kamiloğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Hacı Salman 3 il 9 ay azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il iyunun 22-də saat 19 radələrində Abşeron rayonu, Masazır kəndi ərazisində baş verib. Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək ?
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti davam edir.Citypost.az-ın xəbərinə görə, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Qeyd edilib ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək.
11 May 2025, 19:00

Şəki, Tərtər və Daşkəsənə dolu düşdü
Milli Hidrometeorologiya Xidmətinin mayın 11-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.Citypost.az-ın xəbərinə görə, Naftalan, Şəki, Göygöl, Zaqatala, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Balakən və Goranboyda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 19, Tərtər 18, Bakıda və Abşeron yarımadasında 17, Mingəçevirdə 16, Kəlbəcər və Şəkidə 15 m/s-yə çatır.Mayın 11-i saat 17:05 radələrində Şəki rayonuna və Tərtər rayonuna diametri 5-7 mm, Daşkəsən rayonuna isə diametri 1 mm olan dolu düşüb.Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək....
11 May 2025, 18:48

Şuşada 16 bina inşa ediləcək
Şuşa şəhərində dördüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 16 binanın inşası nəzərdə tutulub.Citypost.az APA-ya istinadən xəbər verir ki, bu barədə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı İsmayıl İsmayılov bildirib."Şuşa şəhərində dördüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 16 binanın inşası nəzərdə tutulub. Kompleksin ümumi sahəsi 6,2 hektardır. Ümumilikdə yaşayış kompleksində 274 mənzilin inşası planlaşdırılır. Binalarda bir, iki, üç, dörd və beşotaqlı mənzillər olacaq.Yaşayış kompleksinin ərazisində zəruri sosial infrastruktur yaradılacaq. Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad edildikdən sonra burada genişmiqyaslı tikinti-quruculuq prosesinə başlanılıb. Bu gün şəhər tarixi siması və mədəni irsi qorunub saxlanılmaqla bərpa olunur, doğma sakinlərinə yenidən...
11 May 2025, 18:39

FHN əhaliyə müraciət etdi
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bəzi ərazilərdə hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, bəzi çaylarda sululuğun artacağı, sel və daşqın keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.Citypost.az xəbər verir ki, qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür...
11 May 2025, 17:34

DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
May ayının 11-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində, Xudafərin körpüsü istiqamətində naməlum şəxslərin şübhəli hərəkəti müşahidə olunub.Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.İran ərazisindən keçən şəxslər körpüdə qazıntı aparıblarQeyd edilib ki, İran İslam Respublikası ərazisindən "Xudafərin" körpüsünə daxil olan 4 nəfər sürünərək körpünün Azərbaycan Respublikası ərazisindəki hissəsinə keçərək körpünün sütun hissəsində qazıntı işləri aparmağa başlayıblar.Sərhəd naryadı hadisəyə dərhal müdaxilə edibDövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı dərhal hadisə yerinə cəlb olunub, eyni zamanda müqabil tərəfin sərhəd nümayəndəliyinə təcili olaraq hadisə barədə məlumat verilib.Sərhəd pozucularının aqibətiSərhəd naryadının həmin istiqamətə...
11 May 2025, 14:38

Bakıda yanan köməkçi tikilidə meyit aşkarlanıb
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 10 m² olan köməkçi tikilinin içərisində məişət və taxta tullantıları yanıb.Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
11 May 2025, 10:32