Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi - “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”
Cəmiyyət 06 May 2025, 13:04
15467
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-da yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işğəncələrdən Bakıya qaçması haqda xəbər dərhal ölkə gündəminin müzakirə mövzularından birinə çevrildi. Xəbər verildiyi kimi, M.Pənahov oğluna 2022-ci ilin yayında “Fairmont” hoteldə dəbdəbəli toy edib. O, Həlimə adlı xanımla ailə qurub. Mərasimdə nazirlər, deputatlar, icra başçıları, generallar və nüfuzlu iş adamları iştirak edib.
Lakin bu evlilikdən 17 ay sonra məişət zorakılığının qurbanı olan qadın Haqqin.az saytının redaksiyasına müraciət edib. Bildirilir ki, yeni evlənənlər ABŞ-da, Los-Ancelesdə MSK sədrinin oğluna 2 milyon 35 min 400 dollara aldığı dəbdəbəli villada yaşayıb. Evli cütlük Britaniyanın – “Halifax”, “Natwest”, həmçinin Dubay, hətta Amerika banklarında hesabları olub və bu hesablardan milyonlar xərclənib. Yeni evlənənlərin şirin həyatı Məhəmməd Pənahovun pis vərdişlərə, ilk növbədə spirtli içkilərə aludəçiliyi ortaya çıxandan sonra başlayıb. Məsələn, Məhəmməd Pənahov bir dəfəyə 26 butulka pivəni boşaldıb, sonra isə boş şüşələri hamilə arvadına atıb. Pənahovun belə aludəçiliyi qadına qarşı çoxlu qan və zorakılığa səbəb olur və hamilə arvadı övladını itirir. 17 aylıq evlilikdən sonra qadın bu həyata dözməyərək villadan qaçmaq qərarına gəlib. Valideynləri dəfələrlə Kaliforniya polisi ilə əlaqə saxlamağı tövsiyə ediblər, lakin o, xilasını Bakıya qaçmaqda görüb.
CityPost.az haqqin.az-a istinadən xəbər verir ki, qadın Bakıda da dinclik tapmayıb. Belə ki, Məhəmməd Pənahov qadına hədə-qorxu gəlməkdə və təhdidlərə davam edib. Bildirilir ki, qadın boşanma iddiası ilə Binəqədi Məhkəməsinə müraciət edib və iddia təmin edilib.
Hələ ki nə MSK sədri, nə onun ailəsi məsələyə münasibət bildirməyiblər. Azərbaycan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elşad Hacıyevin sözlərinə görə, hazırda bu hadisə ilə bağlı rəsmi məlumat yoxdur. Bununla belə, o, əmin edib ki, müvafiq məlumatlar daxil olduqdan sonra Daxili İşlər Nazirliyi dərhal rəsmi açıqlama verəcək. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnstitutu da baş verənlərə münasibət bildirib. Ombudsman müraciətində zərərçəkmiş qadını qəbul etməyə və ona hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib. Bundan əlavə, işə psixoloq və sosial işçi cəlb olunacaq və o, qadının mövcud vəziyyətdən çıxması üçün əlindən gələni edəcək.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, MSK sədrinin oğlundan qaçan qadın qoruma altına alına bilər: “Zorakılığa məruz qalan bu qadın istəsə, sığınacaqda yaşaya bilər. Sosial işçilərimiz ona bu gərgin vəziyyətdən çıxmağa kömək edər”.
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında məsələyə bu cür reaksiya bildirib: “Bildiyim qədərilə, həmin qadının 38 yaşı var. Bu yaşda bir insan artıq kifayət qədər həyat təcrübəsinə malik olur və hüquqlarını bilməməsi inandırıcı görünmür. Xüsusilə də uzun müddət ABŞ-da yaşayan, orada ailə quran bir qadının hüquqi mühitdən xəbərsiz olması real deyil. Əgər doğrudan da əri tərəfindən mütəmadi olaraq fiziki zorakılığa məruz qalıbsa, yaşadığı ölkədə – ABŞ-da hüquq-mühafizə orqanlarına, polisə və ya qadın hüquqları ilə məşğul olan təşkilatlara müraciət edə bilərdi.
ABŞ-da belə hallara qarşı çox sərt qanunlar var. Ər arvadını döyərsə, ən azı 5 il müddətinə həbs cəzası ilə üzləşə bilər. Orada ailədaxili zorakılıq məsələlərinə çox həssas və ciddi yanaşılır, qısa müddətdə məhkəmə qərarları çıxarılır, zərərçəkənin təhlükəsizliyi təmin olunur. Ola bilər ki, qadın qorxub, təhdid edilib, ya da ailəsinin gələcəyinə görə narahat olub. Bu səbəbdən də çıxış yolunu Bakıya dönməkdə görüb”.
Onun sözlərinə görə, əgər qadın onların təşkilatına müraciət edərsə, ona bütün imkanlar daxilində dəstək göstərməyə hazırdırlar: “Sadəcə, bu məsələdə məni ən çox sarsıdan məqam odur ki, Məzahir Pənahovu cəmiyyət içində ciddi, ailə dəyərlərinə sadiq, yüksək əxlaqi mövqeyi olan bir insan kimi tanımışam və ona həqiqətən böyük hörmət bəsləmişəm. Amma görünən odur ki, çox tərbiyəsiz bir oğul böyüdüb. Oğlu bu davranışı ilə təkcə öz atasını deyil, Azərbaycanı və özünü biabır edib.
Bütün bunların kökündə isə çox vaxt “məhdudiyyətsiz imkanlar” dayanır. Çoxlu pul, güc və toxunulmazlıq hissi insanlarda nəzarətsizlik yarada bilər. Halbuki mən tanıyıram ki, oliqarx övladları arasında çox tərbiyəli, savadlı, davranışlarına diqqət edən insanlar da var. Hər şey ailə tərbiyəsindən və valideyn nəzarətindən asılıdır. Bəziləri deyə bilər ki, ata oğulun, oğul da atanın əməllərinə görə cavabdeh deyil. Evdə saxladığı it birini dişləyərsə, hüquqi cəhətdən onun sahibi məsuliyyət daşıyır. Əgər evində böyütdüyün övlad cəmiyyət üçün təhlükəli davranış sərgiləyirsə, deməli, burada valideyn məsuliyyəti də gündəmə gəlir. Düzgün tərbiyə verilməli idi”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Abdullayevlər sülaləsinin 4 generalı üzə çıxdı -DOSYE
Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.Prezident İlham Əliyevin Sərəncamı ilə general-mayor Adil Ələsgər oğlu Abdullayevə "general-leytenant" ali hərbi rütbəsi verilib.CityPost.az xəbər verir ki, 48 yaşlı A.Abdullayev ötən il fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini təyin edilib. O son təyinata qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.Abdullayev FHN-dən öncə Dövlət Gömrük Komitəsində Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.Oxu24.com-un əldə etdiyi məlumata görə,Abdullayevlər nəslində daha 3 general da var.Onlar yeni general rütbəsi almış Adil Abdullayevin əmiləridirlər.Onlardan biri Qüdrət Abdullayev Fövqəladə Hallar Nazirliyində Baş Əməliyyat İdarəsinin rəisi vəzifəsini tutur.2008-ci ildən general-mayor ali rütbəsini...
16 Dekabr 2025, 15:18
Milli Qvardiyanın komandanı vəzifəsindən azad olundu
Azərbaycan Milli Qvardiyasının komandanı, general-mayor Akif Yusifov vəzifəsindən azad olunub.“Yeni Sabah”ın əldə etdiyi xəbər görə, bu barədə müvafiq sərəncam imzalanıb.Sərəncama əsasən, A.Yusifov ehtiyata buraxılıb. Qeyd edək ki, Azərbaycan Prezidentinin 7 fevral 2013-cü ildə sərəncamı ilə Akif İsaxan oğlu Yusifov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Milli Qvardiyanın komandanı təyin edilmişdi. Həmin ilin dekabrın 25-də ona general-mayor ali hərbi rütbəsi verilib.
16 Dekabr 2025, 14:35
Son iyirmi ildə FHN üçün 1 134 yeni texnika alınıb
Son iyirmi il ərzində Fövqəladə Hallar Nazirliyi (FHN) üçün 1 134 yeni texnika alınıb.CityPost.az xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov FHN işçilərinin peşə bayramı günü və nazirliyin yaradılmasının 20-ci ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.Nazir xatırladıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə yaradılan nazirlik ötən 20 il ərzində dövlət başçısının qayğısı nəticəsində müasir texnika ilə təmin olunub:"Nazirlik yaradılanda əksər texnika köhnə idi, qısa zamanda nazirliyin texnika bazası müasir avadanlıqla təmin olunub. Ötən illər ərzində 1 134 yeni texnika alınıb. Qısa müddət ərzində nazirliyin 9 regional mərkəzi istifadəyə verilib. Xüsusi ixtisaslı kadrların hazırlanması məqsədi...
16 Dekabr 2025, 14:27
Vətən müharibəsi və antiterror əməliyyatında iştirak edənlər cəzalarından tam azad ediləcək
Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları cəzalarından tam azad ediləcək.CityPost.az-ın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Prezident İlham Əliyevin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya élan edilməsi haqında parlamentin qərar layihəsində əksini tapıb.Layihəyə əsasən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər:- Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında,...
16 Dekabr 2025, 14:11
Cəmil Həsənli yenə DTX-yə çağırıldı
Milli Şuranın sədri, böyük tarixçi alim Cəmil Həsənli yenə DTX-ya çağırılıb.CityPost.az xəbər verir k, bu barədə Cəmil Həsənli özünün sosial şəbəkə hesabında paylaşım edib.O bildirib ki, bu gün saat 3-də yenidən DTX-yə dəvət edilib.Onun Abbas Abbasovla əlaqələrinə görə çağırıldığı ehtimal edilir. Dəqiq məlumat açıqlanmayıb.Qeyd edək ki, “Ramiz Mehdiyev işi” ilə əlaqədar noyabrın 29-da AXCP sədri Əli Kərimli və bir neçə partiya funksioneri saxlanılıb....
16 Dekabr 2025, 13:37
Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq
Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq.CityPost.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən, işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları, əsaslandırıldıqda və mümkün olduqda nəzərə alınmalıdır.Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib....
16 Dekabr 2025, 13:21