Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Hadisə 08 May 2025, 15:20
5146
Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Yolçuyev Anar Elmar oğlu, Məlikli Reyhan Mirbala qızı, Aslanov Zamiq Qurbanəli oğlu və Zaxarov Elşən Musa oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Həmçinin oxuyun
Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qusarda yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub
Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (1 qadın, 3 kişi) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Qusar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və sıyrılmış yaraları, politravma, qamış sümüyünün üçdə bir hissəsinin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.Vəziyyətləri ağır qiymətləndirilən 1966-cı il (qadın) və 2017-ci il (kişi) təvəllüdlü pasiyentlərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.2022-ci il təvəllüdlü (hər ikisi kişi) azyaşlıların vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Hər iki şəxsin meyiti təşrih olunması üçün...
14 Dekabr 2025, 22:57
Göygöldə avtomobil piyadanı vuraraq öldürüb
Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki hərəkətdə olan “KİA” markalı minik maşını yolu keçmək istəyən 1965-ci il təvəllüdlü M.Mamedovu vurub. Piyada hadisə yerində ölüb. Qəzada sonra minik maşını yol kənarındakı dəmir arakəsməyə çırpılıb, daha sonra aşıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.
14 Dekabr 2025, 11:35
Elbəyi Kərimli həbsdə vəfat etdi
AXCP üzvü Elbəyi Kərimlinin həbsxanada öldüyü haqda xəbərlər yayılıb. CityPost.az xəbər verir ki, məlumatla bağlı Ədliyyə Nazirliyindən bildirilib ki, Elbəyi Kərimlinin ölüm faktı ilə əlaqədar Xəzər rayon prokurorluğunda araşdırma aparılır. Xatırladaq ki, o, 2024-cü ilin aprelində 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. (Mənbə: qafqazinfo)
13 Dekabr 2025, 20:02
DİN açıqlama yaydı
Ötən gün dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılıb.CityPost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə sözügedən şəxslər saxlanılaraq istintaqa təhvil verilib.
13 Dekabr 2025, 18:20
260 nəfər saxlanılıb
Azərbaycanda dekabrın 12-də axtarışda olan 260 nəfər saxlanılıb.CityPost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, ötən gün, həmçinin borclu şəxs qismində axtarışda olan 238 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
13 Dekabr 2025, 17:55
Gəncədə qadın dəm qazından zəhərlənib
Gəncədə zəhərlənmə hadisəsi baş verib.Hadisə şəhər ərazisində qeydə alınıb.Belə ki, 1986-cı il təvəllüdlü R.Paşayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Qadına tibbi yadım göstərilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.Məlumata görə, 39 yaşlı qadın yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.Faktla bağlı araşdırma aparılır.
13 Dekabr 2025, 16:56