Bizə yazın

Baku

-°C

USD

-

Sumqayıtda 51 yaşlı kişinin meyiti aşkarlanıb 

Hadisə 20 Aprel 2025, 11:07

6455

Sumqayıtda 51 yaşlı kişinin meyiti tapılıb.

Hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Mübariz Həsən oğlu Tağıyevin meyiti yaşadığı binanın qarşısında aşkarlanıb. Onun ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxıldığı güman edilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Onların məhkəməsi BAŞLADI 

Terroru maliyyələşdirmədə təqsirləndirilən Namiq Nəbiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.CityPost.az   xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.Məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına verilib və baxış iclası noyabrın 18-nə təyin edilib.Qeyd edək ki, DTX tərəfindən saxlanılan Namiq Nəbiyev AR Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları saxlama) və 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddələri ilə ittiham olunur. Cəzaların qismən toplanılması ilə Namiq Nəbiyev 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum edilə bilər....

04 Noyabr 2025, 15:21

Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinə hökm oxundu 

Rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, sabiq direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin sabiq müdiri Tahir Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. CityPost.az  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçən prosesdə hökm oxunub. Hökmə əsasən, Saleh Novruzi, Tahir Vəliyev, Yadulla Balışov 9 il azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslərin yaşı və səhhəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. Onların cəzası 5 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Qeyd edək ki, ötən ilin mayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə...

04 Noyabr 2025, 12:39

Elariz Məmmədoğlunun dələduzluqda təqsirləndirilən kürəkəninə hökm oxunub 

Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışan 10 il müddətə azadlıqdan məhrum edilib.Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar.İttihama görə, təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar...

03 Noyabr 2025, 17:52

Xalq artistinin kürəkəni artistlik edir   

Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadənin adının dələduzluqda hallanması barədə xəbər vermişdik.Onun yaxın dostları Qasımlı Boran Fazil oğlu,Qasımlı Sahil Fazil oğlu və  Məmmədzadə Məmməd İmran oğlu birlikdə bu əməli törətdiyi iddia olunur.Məlumata görə,R.Qasımzadə qızıl-ziynət ticarəti   adı ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq onları aldadıb.Şikayətçilər sırasında Elşən Mahmudbəyli,Mirəli Cəfərov,Pərvanə Cəfərova da var.Məlumata görə,Rüfət Qasımzadənin başqa şəxslərlə də anoloji problemləri var.O,insanları tora salmaq məqsədi ilə dayısının Mərkəzi Univermaqdakı qızıl mağazasını öz obyekti kimi təqdim edirmiş və bu yolla insanları iş qurmaq adı ilə yoldan çıxarırmış.CityPost.az  yazıda adı hallanan Rüfət Qasımzadə ilə əlaqə saxlayıb.O,sayta açıqlamasında ziddiyətli fikirlər səsləndirib.Əvvəlcə onun...

03 Noyabr 2025, 15:17

Vəzifəli şəxslər niyə tutulub?

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.CityPost.az  xəbər verir ki, əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb.Saxlanılan Qaradağ Rayon İcra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 gün müddətinə həbs edilib.Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin32.5, 311.3.1, 32.5, 311.3.3, 311.3.2, 311.3.3-cü maddələri ilə ittiham edilir....

02 Noyabr 2025, 12:59

İcra başçısı Süleyman Mikayılovun müavini həbs olundu 

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb.CityPost.az  "Unikal"a istinadla bildirir ki, yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Muradov Nadir Yədulla oğlu həbs edilib. Onun hansı səbəbdən həbs olunduğu hələlik açıqlanmayıb. N.Muradovla bağlı məhkəmə tərəfindən 4 aylıq həbsqətimkan tədbiri ilə bağlı qərar verilib.

01 Noyabr 2025, 23:24