Barəsində rüşvət qalmaqalı yaranan şəxsə yüksək vəzifə verdi — Nazirlikdən məsələyə reaksiya
Hadisə 14 Aprel 2025, 15:08
35934
Ekspertin öz verdiyi rəyi təkzib etməsi qalmaqala səbəb olub.
Citypost.az saytı xəbər verir ki, Oxu24.com saytına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”, Publik Hüquqi Şəxsin vəzifəli şəxsləri baş direktor, professor Ədalət Həsənov və həmin qurumun hazırda Komisyon Ekspertizalar Şöbəsinin rəisi Cavid Cahangirli barədə maraqlı məlumatlar daxil olub.
Belə ki, məlumatı saytımıza verən şəxs M.Ş.M-nın iddiasına görə 2015-ci ildə Bakı Şəhər Prokrorluğunda onun barəsində istintaq araşdırılması apardığı dövrdə tibbi ekspert Cavid Cahangirli ondan qırx min manat almaqla istintaqa cəlb edilməmək şərti ilə barəsində ağır (xroniki pankreatit, qaraciyərin polikistozu və xroniki hepatit) xəstəliyin daşıyıcı olduğuna dair 174/KEŞ nömrəli, 27 May 2016-cı il tarixli tibbi-ekspert rəyi verilib.
Dərhal onun barəsində açılmış cinayət işinin təqibi həmin tibbi rəyə əsasən dayandırılıb.
Lakin 2017-ci ilin sentyabr ayında cinayət işi Bakı şəhəri Səbail Rayon Polis İidarəsinin istintaq şöbəsindən alınaraq davam etdirilməsi üçün Bakı Şəhər Prokrorluğunun istintaq idarəsinin müstəntiqi Zöhrab Səməndovun icraatına verilib.
Özünün şikayətçiyə dediyi sözlərə görə,Bakı Şəhər Prokrorluğunun təpkisinə dözə bilməyən Cavid Cahangirli M.Ş.M-nın müalicəsinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Mərkəzləşmiş Xəstəxanasında davam etdirilə biləcəyinə dair (öz verdiyi rəyi ləğv etməklə) 276/KEŞ nömrəli, 06 sentyabr 2017-ci il tarixdə yeni tibbi rəy verib.
Cavid Cahangirli M.Ş.M-a baş verənlərin səbəbini aldığı qırx min manatın beş min manatını qaytararaq belə izah edib ki, onun barəsində istintaqı təqib edən Bakı Şəhər Prokrorluğu israrla verdiyi tibbi rəyin ləğv edilməsini tələb etdiyi üçün belə addım atıb.
O qalan pulların baş direktor Ədalət Həsənova, şöbə rəisi Ziyafəddin Məmmədova və digər tibbi ekspert Rafik Nuriyevə çatdığını söyləyib və 10 gün ərzində həmin şəxslərdən qalan pulları alıb qaytaracağına söz verib.
Aralarındakı söhbətdən üç gün sonra M.Ş.M istintaq orqanı tərəfindən həbsə alınıb. M.Ş.M yaxın adamları onun sifarişi ilə Cavid Cahangirlidən qalan pulları tələb etsə də, O, ümumiyyətlə, tələbkarı tanımadığını, aralarında belə bir şey olmadığını bildirib.
Həbs yerindən M.Ş.M dəfələrlə verdiyi pulların qalan hissəsini tələb etməkdən ötrü zəng etsə də, Cavid Cahangirli onun zənglərini cavabsız qoyub. Məcburiyyət qarşısında qalan iddiaçı Cavid Cahangirlinin qanunsuz hərəkətlərindən Baş Prokrorluğa şikayət ünvanlayıb. Cavid Cahangirli bundan sonra istintaqa cəlb olunub. İstintaq zamanı çoxsaylı şahid ifadələri alınmış, sorğular verilmiş, müvafiq ekspertizalar təyin edilmiş, hadisənin baş verdiyi ərəfədə iddiaçının və MTE və PA Birliyinin tibbi eksperti Cavid Cahangirlinin istifadəsində olmuş mobil telefon nömrələrindən çıxarışlar edilmiş, üzləşmə və digər zəruri istintaq hərəkətləri aparılmışdır. Şikayət əsasında tibbi ekspert Cavid Cahangirli barəsində toplanmış materiallar Azərbaycan Respublikası Cinayət Məcəlləsi 126.3 və 309.1-ci maddələri ilə başlanmış 190206051 nömrəli cinayət işinə əlavə edilmişdir.
Oxu24.com araşdırma aparan zamanı bir sıra maraqlı nüaslar ortaya çıxıb. Məlum olub ki, baş direktor Ədalət Həsənov Baş Prokrorluğun barəsində araşdırma apardığı şəxsi – yəni adi tibbi ekspert Cavid Cahangirlinin səlahiyyətlərini məhdudlaşdırmaq əvəzinə, aqibəti bəlli olmayan qalmaqaldan sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinə məhəl qoymadan onu daha yüksək vəzifəyə -komisyon ekspertizalar şöbəsinə rəis təyin edib.
Mövcud təyinatın Cavid Cahangirlinin hansı müsbət göstəricisinə görə olduğunu öyrənməkdən ötrü “MTE və PAB” phş-nin baş direktoru , professor Ədalət Həsənov KİV haqqında qanun tələblərini pozaraq sorğumuzu cavabsız qoydu.
Həmçinin oxuyun
Sayt baş direktor Ədalət Həsənovun və Komisyon Ekspertizalar Şöbəsinin rəisi Cavid Cahangirlinin də mövqelərini işıqlandırmağa hazırdır.
Qeyd olunan iddialarla bağlı Səhiyyə Nazirliyinə sayt tərəfindən sorğu ünvanlanıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə,Cavid Cahangirli Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində vəzifəyə təyin edilməsində hər hansı qanun pozuntusu mövcud deyil.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Laçında traktor minaya düşüb
Laçın rayonunda mina partlayışı baş verib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.Məlumata görə, işğaldan azad edilmiş Laçın rayonunun Fingə kəndi ərazisində 2026-cı il 25 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib.Ağcabədi rayon sakini 1992-ci il təvəllüdlü Quliyev Ülfət Saday oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb.Hadisə zamanı xəsarət alan olmayıb.Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan...
26 Sentyabr 2026, 11:58
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.Bu barədə Citypost.az Daxili İşlər Nazirliyindən məlumat verib.Bildirilib ki, sentyabrın 25-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
26 Sentyabr 2026, 10:20
43 yaşlı qadın diş çəkdirdikdən sonra VƏFAT ETDİ
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib.Citypost.az xəbər verir ki, mərhumun bacısı Cəmilə Mahmudova Baku TV-yə açıqlamasında onun həkim məsuliyyətsizliyi səbəbindən həyatını itirdiyini iddia edib.Şikayətçi bildirib ki, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-ü diş ağrısı ilə Bilgəh Sağlamlıq Mərkəzinə müraciət edib. Ailənin iddiasına görə, stomatoloq Samir Novruzov dişi çəkdikdən sonra qadının halı kəskin pisləşib.Vəziyyəti ağırlaşan Leyla Əhmədova Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Həkim Məhəmməd Davudov tərəfindən əməliyyat olunaraq Reanimasiya şöbəsində müalicəsi davam etdirilən xəstə sentyabrın 6-sı vəfat edib.Daha ətraflı süjetdə:...
25 Sentyabr 2026, 10:19
Yeni doğulan nəvəsini yolda öldürüb, quyuya atan nənə həbs edildi - Naxçıvanda dəhşət
Naxçıvanda yeni doğulan körpəni öldürən 1974-cü il təvəllüdlü K.S-nin məhkəmə prosesi başa çatıb.CityPost.az Xitab24.az-a istinadən xəbər verir ki, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dəhşətli faktlar üzə çıxıb.Məlum olub ki, qadının öldürdüyü körpə onun öz qızı tərəfindən dünyaya gətirilib. 52 yaşlı təqsirləndirilən şəxsin ağlasığmaz cinayətinə səbəb isə körpənin nikahdankənar doğulması olub.Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində doğulan uşaq evə aparılan zaman avtomobildə boğularaq öldürülüb. Qadın uşağın səsinin eşidilməməsi üçün sürücüdən maqnitofona səs verilməsini istəyib.Körpəni üzü üstə çevirən qadın uşağın ağız və burun boşluğunu sağ qolunun iç səthinə sıxmaqla onun tənəffüs prosesinin qarşısını alıb, təxminən 10-15 dəqiqə həmin vəziyyətdə saxlayaraq öz...
24 Sentyabr 2026, 20:26
Biləsuvarda 17 kq narkotik aşkarlanıb
Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb.DİN-in Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib.Saxlanılan M.Abdullayevdən 10 kiloqramdan artıq narkotik vasitə və 118 ədəd narkotik tərkibli həblər aşkarlanıb.Şöbə əməkdaşlarının həyata keçirdiyi digər tədbirlərlə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən F.Pirməmmədov saxlanılıb. Həmin şəxsdən 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.Qeyd edilib ki, son 10 gün ərzində Biləsuvar rayonunda polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlarla ümumilikdə 34 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb....
24 Sentyabr 2026, 14:47
Bakıda evdən 33 min manat oğurlanıb
Paytaxtın Xəzər rayonu ərazisində yerləşən mənzillərin birindən pul oğurlanması barədə polisə müraciət daxil olub.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Citypost.a-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən V.Qurbanov saxlanılıb.Araşdırmalarla saxlanılan şəxsin tanışının evindən 33 min manat pul vəsaitini oğurladığı müəyyən edilib.Faktla bağlı araşdırma aparılır.
23 Sentyabr 2026, 17:28