Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
Cəmiyyət 02 May 2025, 15:30

8776
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyir.
Citypost.az Haqqin.az-a istinadən xəbər verir ki, o, müraciət edərək hadisənin ABŞ-də baş verdiyini iddia edib və Azərbaycana qaçaraq həyatda qala bildiyini vurğulayıb.
Onun sözlərinə görə, həyat yoldaşı spirtli içki aludəçisi olub. Qadın bildirib ki, əri pivəni içdikdən sonra boş butulkaları onun üzərinə atıb. Bu zaman xanım hamilə olduğunu bildirib. Şikayətçinin sözlərinə görə, şiddətə məruz qaldığı belə insidentlərdən biri zamanı övladını itirib.
O, 17 ay birgə yaşadıqdan sonra Kaliforniyada qaldıqları villadan qaçmağa qərar verib. Məlumata görə, qadının valideynləri və qohumları dəfələrlə ona Kaliforniyada polisə müraciət etməyi tövsiyə ediblər, lakin o, Bakıya qaçaraq xilas olub.
Qeyd olunub ki, Pənahovun oğlu Bakıda olan həyat yoldaşına zəng edərək onu hədələyib. Nəticədə qadın boşanma iddiası ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
Sayt yazır ki, həmin dövrdə işsiz olan M.Pənahov Los-Ancelesin prestijli bölgəsində 2.035.400 dollara dəbdəbəli villa alıb. Bildirilib ki, cütlük ABŞ-də maliyyə çətinliyi çəkməyib və onların “Halifax”, “Natwest” kimi Britaniya, eləcə də ABŞ və Dubay banklarında hesabları olub.
Məlumat üçün bildirək ki, cütlük 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı qurub, daha sonra Los-Ancelesə köçüb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər.CityPost.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım qonağı qarşıladılar.Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilli salamlayan Prezident İlham Əliyev dedi:-Zati-aliləri, xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Dəvətimi qəbul etdiyinizə və Azərbaycana səfərə gəldiyinizə görə sağ olun. Siz Azərbaycanda birinci dəfə deyilsiniz. Mehribanla bizim Sizinlə əvvəlki görüşlərimizlə bağlı çox yaxşı xatirələrimiz var. Zaman sürətlə keçir. Sizin ötən səfərinizdən artıq altı il keçib və əlbəttə, bu vaxt ərzində həm dünyada, həm ölkəmizdə, həm də regionda öyrəşdiyimiz stereotipləri tamamilə dəyişən hadisələr baş verib.Xalqlarımız...
04 May 2025, 10:29

Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
Məlum olduğu kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun gəlini əri Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını açıqlayıb. Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, Məhəmməd Pənahovun adı əvvəllər də bir neçə qalmaqalda, o cümlədən adam döymə cinayətində hallanıbmış.O, 2010-cu ildə Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən binada Azərbaycan Tibb Universitetinin “Məhkəmə təbabəti”nin baş müəllimi, əməkdar müəllim Oleq Mirzəyevə qarşı zorakılıq edib.O.Mirzəyevlə eyni binada yaşayan Məhəmməd Pənahov həyətdə söyüş söydüyünə görə baş müəllimin qınağına tuş gəlib. Ancaq M.Pənahov üzr istəmək əvəzinə, onun boğazından tutaraq xəsarət yetirib. Müəllim aidiyyəti üzrə 22-ci bölməyə müraciət edib.Bundan əlavə, elə həmin binada yaşayan Milli Məclis sədrinin...
03 May 2025, 21:56

DYP həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib. Citypost.az xəbər verir ki, müraciətdə hazırda ölkənin dağlıq və dağətəyi rayonlarında hökm sürən yağışlı havanın yol hərəkəti təhlükəsizliyi baxımından əlverişsiz hesab olunduğu qeyd olunub."Xüsusilə, gecə və səhər saatlarında müşahidə edilən dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq, bu bölgələrə səfər edən sürücülər zəruri ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamalıdırlar. Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı,...
03 May 2025, 21:32

Bazar günü leysan yağacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin 3-dən 4-nə keçən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, axşam yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək.Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı...
03 May 2025, 21:29

"Bakı Marafonu-2025"ə görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) "Bakı Marafonu-2025" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.Müraciətdə marafona görə sabah səhər saat 09:00-dan 16:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkətin tam məhdudlaşdırılacağı qeyd olunub.Belə ki, Bayraq Meydanından başlayaraq Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov - A.Cəlilov küçələrinin kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti, Z.Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti,...
03 May 2025, 10:03

Məzahir Pənahovun gəlini ilə bağlı rəsmilərdən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyib. Pənahovun oğlu işgəncələrdən Kalforniyadan Bakıya qaçan həyat yoldaşına zəng edərək onu hədələyib. Nəticədə qadın boşanma iddiası ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
02 May 2025, 22:33