Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda ilk ali təhsilli həkim qadın  - Sona xanım Vəlixanın HƏYATI 

Maraqlı 07 Avqust 2025, 10:42

6326

(19 iyun 1883– 4 aprel 1982) — göz həkimi, əməkdar elm xadimi, professor, Azərbaycan Tibb İnstitutunun kafedra müdiri, Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri.

İlk oftalmoloq qadın (1933), İlk Tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadını olmuşdur. Elmi işinin dərinliyinin və dəyərinin təsdiqi 1931-ci ildə “Endoftalmitin patoloji anatomiyasına dair” məqaləsi Nobel Komitəsinin diqqətini özünə cəlb edib və onun Nobel mükafatına namizədliyi qeydiyyata alınıb. İkinci dünya müharibəsinin başlanması səbəbindən onun elmi işi müvəffəqiyyət qazanmayıb. Qırmızı ulduz ordeni, Tibb əlaçısı döş nişanı, eləcə də 2 medalla təltif olunmuşdur. İbrahim Rəhimovun qızıdır.

Sona xanım Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk ali təhsilli həkim qadın olmuşdur.

1923–1939-cu illərdə S. Vəlixan Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışmış, 1939–1971-ci illərdə isə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olmuşdur. 1946–1960-cı illərdə S. İ. Vəlixan Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini tutmuşdur.

Sona Vəlixan 60-dan artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir. Onun elmi işləri əsasən cüzam, sifilis, vərəm və müxtəlif şişlər nəticəsində zədələnmiş görmə üzvünün morfoloji dəyişiklikləri, gözün zədəsi, qlaukoma və traxoma problemlərinə həsr olunmuşdur. S. Vəlixan tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadını olmuşdur.

Elmi işinin dərinliyinin və dəyərinin təsdiqi 1931-ci ildə “Endoftalmitin patoloji anatomiyasına dair” məqaləsi ilə Nobel Komitəsinin diqqətinin özünə cəlb etmişdir. S. Vəlixan ömrünün böyük hissəsini oftalmoloq kadrların hazırlanması kimi nəcib işə həsr etmiş, onun rəhbərliyi altında 3 doktorluq və 18 namizədlik dissertasiyası müdafiə edilmişdir.

Prof. S. İ. Vəlixan kliniki işlə bərabər geniş konsultativ işi də aparır, elmi-pedaqoji, müalicə fəaliyyəti ilə yanaşı ictimai problemlərə də böyük məsuliyyətlə yanaşırdı. 1945–1950-ci illərdə o, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri olmuşdur.

Professor Sona xanım Vəlixan Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, orden və medallarla təltif olunmuşdur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Axan çaylarda balıqçılıq: mövsümlərə görə növlər və ən çox tutulan balıqlar

Azərbaycanın axan çayları həm ekosistem baxımından, həm də balıqçılıq üçün böyük əhəmiyyət kəsb edir. Kür, Araz, Qanıx və digər çaylarda müxtəlif balıq növləri yayılıb və hər mövsüm fərqli imkanlar təqdim edir. Balıqçılar yazdan qışa qədər çayların müxtəlif sahələrində fərqli növləri tuturlar.Citypost.az xəbər verir ki, ən çox rast gəlinən balıq növlərinə alabalıq (Salmo trutta fario), sazan (Cyprinus carpio), qızılbalıq (Carassius auratus), sudak (Sander lucioperca) və kiçik çay balığı növləri (Barbus spp.) daxildir. Alabalıq əsasən dağ çaylarında yaşayır və yaz-payız aylarında aktiv olur. Sazan çayın dərin və geniş sahələrində rast gəlinir və yazın sonu ilə payız aylarında tutulur. Sudak daha çox Kür...

03 Mart 2026, 11:55

Vəli Axundov Cəfər Cabbarlının ailəsinə necə yardım edib?

Azərbaycanın o zamankı rəhbəri Vəli Axundov görkəmli yazıçı Cəfər Cabbarlının çətin vəziyyətdə olan həyat yoldaşına necə kömək edib?Citypost.az xəbər verir ki, Sona xanım 60 yaşında ölkə rəhbərliyinə məktub göndərərək ərinin vəfatından sonra ona Azərbaycan hökuməti tərəfindən 120 manat təqaüd ayrıldığını bildirib. Məktubunda xəstəliyini, qocalığını və işləyə bilmədiyini qeyd edən Sona Cabbarlı əlavə təqaüd verilməsi və ya ərinə görə aldığı təqaüdün artırılmasını xahiş edib.Bu müraciətə cavab olaraq 1967-ci il noyabrın 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosu Sona Cabbarlıya ittifaq dərəcəli fərdi təqaüd ayırıb və beləliklə onun təqaüdü artırılıb. Qərarın qəbul olunmasında isə Azərbaycanın o zamankı rəhbəri Vəli Axundovın rolu olub.Əli...

03 Mart 2026, 10:32

Giləmeyvələr yaddaşı yaxşılaşdıra bilər

Tədqiqatçılar bildirirlər ki, giləmeyvələrin müntəzəm istehlakı erkən yaddaş pozuntuları olan insanlarda yaddaşı müəyyən qədər yaxşılaşdıra bilər. Eyni zamanda, bu məhsullar piylənmə ilə bağlı iltihabın azalmasına və insulin həssaslığının yaxşılaşmasına kömək edir.Citypost.az-ın xəbərinə görə, son 20 ildə aparılmış klinik tədqiqatların analizi göstərir ki, giləmeyvələrin yaddaş, diqqət və digər kognitiv funksiyalar üzərində müsbət təsiri müşahidə olunub. Eyni zamanda, bu məhsullar iltihab, insulin müqaviməti, toxluq hormonları və bağırsaq-beyin əlaqəsi kimi piylənmə ilə bağlı göstəricilərə də təsir göstərir.Ən ardıcıl nəticələr yaddaş sahəsində olub. Təsir nisbətən az olsa da, müxtəlif tədqiqatlarda təkrarlanıb, xüsusilə yüngül kognitiv pozuntuları olan insanlarda – bu, demensiyaya yol açan mərhələlərdən biri...

02 Mart 2026, 11:56

İnsan beyni gün ərzində minlərlə qərar verir 

Elm adamları bildirir ki, insan beyni gündə təxminən 30–35 000 fərdi qərar qəbul edir. Maraqlısı isə odur ki, bu qərarların çoxu şüuraltı şəkildə baş verir və biz onların bir çoxunun fərqinə belə varmırıq.Citypost.az xəbər verir ki, psixoloqların sözlərinə görə, səhər saatları beyinin ən məhsuldar olduğu dövrdür. Bu zaman insanlar daha rasional düşünür, mürəkkəb problemləri həll etməkdə daha uğurludurlar. Axşam saatlarında isə intuitiv qərarlar üstünlük qazanır – yəni, bir çox qərarlarımız hisslərimiz və vərdişlərimiz əsasında formalaşır.Bundan əlavə, elm adamları qeyd edir ki, gündəlik həyatımızda qəbul etdiyimiz qərarların çoxu kiçik rutinlər və vərdişlərlə bağlıdır: hansı geyimi seçəcəyimiz, yeməyimizi necə hazırlayacağımız, iş planlarımızın sırası...

02 Mart 2026, 11:32

Bəzi ədviyyatlar depressiya əlamətlərini azalda bilər 

Son elmi araşdırmalar göstərir ki, gündəlik qidalanmada istifadə olunan bəzi ədviyyatlar depressiya əlamətlərinin şiddətini azaltmağa kömək edə bilər. Aparılan meta-analiz nəticələrinə əsasən, xüsusilə zerdeçal, zəfəran, zəncəfil, qara istiot və acı bibər kimi ədviyyatlar beyin fəaliyyətinə müsbət təsir göstərir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu ədviyyatların tərkibində olan kurkumin, kapsaisin və piperin kimi aktiv bitki birləşmələri neyroprotektiv xüsusiyyətlərə malikdir. Bu maddələr sinir toxumasında iltihabi prosesləri azaldır, oksidativ stresi aşağı salır və əhval-ruhiyyə ilə sıx bağlı olan serotonin və dopamin kimi neyrotransmitterlərin tənzimlənməsində iştirak edir.Araşdırmada xüsusi diqqət bağırsaq–beyin oxuna yönəldilib. Bu sistem bağırsaq mikrobiotası ilə mərkəzi sinir sistemi arasında qarşılıqlı əlaqəni...

02 Mart 2026, 10:41

Köhnə kitabların qoxusu: kimyəvi nostalji  

Kitabsevərlər üçün köhnə kitabların qoxusu xüsusi bir nostalji hissi yaradır. Bu ətir təsadüfi deyil – mütəxəssislər bildirirlər ki, onun səbəbi oksidləşmiş kimyəvi birləşmələrdir. Zamanla kitabın kağızında və mürəkkəbində olan molekullar hava ilə təmasda oksidləşir və bizə tanış olan, köhnə kitabların xarakterik qoxusunu bəxş edən kimyəvi maddələr əmələ gəlir.Citypost.az xəbər verir ki, Kitabların bu unikal aroması, yalnız maddi dəyişikliklərin nəticəsi deyil, həm də oxucuların yaddaşında müəyyən duyğular oyadır. Bir çox insanlar üçün köhnə kitab qoxusu uşaqlıq xatirələrini, oxuma vərdişlərini və sükutlu kitabxana mühitlərini xatırladır. Elmi araşdırmalar göstərir ki, kağızdakı lignin və selüloz kimi komponentlər oksidləşdikdə bu ətri yaradan aromatik maddələr ortaya...

27 Fevral 2026, 17:45