Dövlət rəsmiləri Şuşada toplandı
Cəmiyyət 17 Aprel 2025, 13:00

1269
Şuşada keçirilən I İslam Dünyası Mədəniyyət Forumu başa çatıb.
Citypost.az xəbər verir ki, “Münaqişədən sonrakı dövrdə mədəni irsin qorunması və canlandırılması” mövzusunda keçirilən forumda Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov, Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət nazirinin müavinləri Fərid Cəfərov, Səadət Yusifova və digər rəsmilər, media mənsubları iştirak ediblər.
Tədbir çərçivəsində “Beynəlxalq mühafizə mexanizmləri təcrübədə: İslam dünyasında postmünaqişə irsinin öyrənilməsi" və “Mədəni irsin dirçəldilməsi: mədəni irsin qorunmasında texnoloji innovasiyalar və rəqəmsallaşma" mövzusunda panel sessiyalar keçirilib.
Sessiyalarda çıxışçılar mədəni irsin qorunması, bərpası və digər lazımi proseslər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa-yenidənqurma prosesi barədə geniş söz açılaraq bunun nümunəsində mədəni irsə qayğı və diqqətin artırılmasına diqqət çəkilib.
Qeyd edək ki, forum Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO və Azərbaycan Prezidentinin Şuşa Rayonunda Xüsusi Nümayəndəliyinin tərəfdaşlığı ilə baş tutub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Mədəniyyət Nazirliyi dramaturqun Ulu Öndərə həsr etdiyi əsərini səhnələşdirməkdən imtina edir?
86 yaşlı görkəmli yazıçı-dramaturq Marat Haqverdiyevin Ulu öndərimiz, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi “Əsrin möcüzəsi və üç dəniz əfsanəsi” adlı dram əsərinin Mədəniyyət Nazirliyi tərəfindən kölgədə qoyulması dramaturqu narazı salıb.Dramaturqun yazdığı əsər teatr səhnələrində nümayiş etdirilməkdən imtina olunub.Həmçinin əsərə film çəkilməsi də təxirə salınıb. Bundan sonra 86 yaşlı yazıçı-dramaturq Mədəniyyət Nazirliyindən Baş Prokurorluğa şikayət edib.CityPost.az xəbər verir ki, yazıçı, araşdırmaçı jurnalist Nəcibə İlkin 86 yaşlı dramaturqa ögey mövqe bəslədiyinə görə Mədəniyyət Nazirliyini tənqid edən məqalə hazırlayıb.O,həmçinin mədəniyyət nazirinə müraciət edərək cənab naziri xoşagəlməz halın qarşısını almağa çağırıb.Sözügedən müraciəti təqdim edirik:Mədəniyyət Nazirliyində yuva salmış qara qüvvələr hansı ixtiyarla...
09 May 2025, 18:30

Bərdədə 15 yaşlı oğlan Tərtər çayında boğulub
Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.Hadisə şahidlərindən əldə etdiyi məlumata görə, Ağdam rayon sakini - 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində boğulub.Hələ ki onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.İlkin məlumata görə, Ə.Fərəcov Tərtər çayının sahilinə yaxın şadlıq saraylarından birində toyda olub.
09 May 2025, 18:29

Azərbaycan hərbçiləri paradda keçid etdi - Video
Moskvada Qırmızı meydanda faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə Qələbə paradı başlayıb.Azərbaycan hərbçiləri də paradda keçid edib.Həmin anın videosunu təqdim edirik:
09 May 2025, 14:47

Prezident və xanımı Şuşada açılışda iştirak etdi
Mayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.CityPost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.***Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.***Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər.Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb....
09 May 2025, 14:12

Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə "İnstagram" hesabında paylaşım edib.CityPost.az xəbər verir ki, paylaşımda deyilir:"Əziz veteranlar! Biz sizin mərdliyinizlə, cəsarətinizlə və şücaətinizlə fəxr edirik! Böyük Qələbə Gününüz mübarək!" View this post on Instagram A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan) ...
09 May 2025, 10:16

İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür.Citypost.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla andı.Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini dərin hörmətlə yad etdi.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Dövlət başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular.Tanınmış dövlət xadimi...
09 May 2025, 10:14