Bizə yazın

Baku

-°C

USD

-

Başımız niyə ağrıyır?   —  Həkim səbəblərini və çarəsini açıqladı 

Tibb 11 Aprel 2025, 14:59

28378

Düzgün diaqnoz, müalicənin yarısıdır.

Bir çox insanlar baş ağrısından şikayətlənirlər, bu da müxtəlif səbəblərdən ola bilər. Həm fiziki, həm də emosional faktorlar baş ağrısına səbəb ola bilər. Stress, yuxusuzluq, qidalanmamaq və ya uzun müddət komputer ekranına baxmaq kimi bəzi hallar baş ağrılarına səbəb ola bilər. Əgər başımız  ağrıyırsa,nə edə bilərik?

Bu dəfə təqdim etdiyimiz mövzu baş ağrıları barəsindədir. 

Citypost.az   bu suala aydınlıq gətirib.

Mövzu ilə bağlı saytımıza açıqlama verən Avropa Nevrologiya Akademiyasının üzvü Nevroloq Qalib Əsədov bildirib ki, əsəbi gərginlik zamanı baş ağrıları gicgahlardan başın sıxılması, baş dərisinin ağrıması, gicgahlarda sıxıntı şəklində ağrıların olması və s. kimi hallarda ağrıkəsici dərman sizə təsir etməyəcək.

Bunlar gərginlikdir, bu halda əsəb sakitləşdirici dərmanlar baş ağrısını daha yaxşi götürür, nəinki ağrıkəsici dərmanlar. 40-a yaxın xəstəlik var ki, bunların da yeganə səbəbi baş ağrısıdır. Ən çox yayılan, xüsusi ilə də qadınlarda olan  miqren tipli baş ağrıları.  Bu halda başın bir tərəfi ağrayır. Yeri gəlmişkən miqrenin müalicəsi yoxdur, sadəcə dərmanlarla xəstənin əziyyətini yüngülləşdirmək mümkündür.

Boyunda və onurğada ağrılar olarsa bu baş ağrıları verə bilər. Kişilərdə gözün altını tutma şəklində klaster tipli baş ağrıları olur. Bəzən baş ağrıları dişə vura bilər. Buna 3-lü sinir deyirlər.

Bu zaman qətiyyən gedib dişinizi çıxarmayın. Əsas məsələ odur ki,  düzgün diaqnoz qoyulsun. Düzgün diaqnoz, müalicənin yarısıdır. Bəzən başımız ağrayanda hər hansı bir nəfər deyir ki, filan dərmanı iç, o dərman yaxşıdır və ya özümüz hər hansı ağrıkəsici dərmanı içirik. Bu düzgün deyil, bunun üçün gərək professional həkimə müraciət etmək lazımdır.

Hazırladı: Toğrul Əhmədzadə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Metastaz: Müalicə üçün ümid qalırmı?

Xərçəngin metastaz verməsi insanların ən çox qorxduğu hallardan biridir. Bir çoxları metastaz aşkar olunduqda xəstəliyin artıq müalicə olunmasının mümkün olmadığını düşünür. Mütəxəssislərin fikrincə isə, xərçəngin başqa orqanlara yayılması ciddi və mürəkkəb mərhələ olsa da, bu, hər zaman müalicə imkanlarının tamamilə tükənməsi anlamına gəlmir.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, metastaz bədxassəli şiş hüceyrələrinin ilkin yarandığı orqandan ayrılaraq qan və ya limfa sistemi vasitəsilə bədənin digər nahiyələrinə yayılmasıdır. Uzaq orqanlarda metastazların aşkarlanması adətən xəstəliyin IV mərhələyə keçdiyini göstərir. Bununla belə, hər bir xərçəng növünün gedişi, bioloji xüsusiyyətləri və müalicəyə reaksiyası fərqli olduğundan bütün pasiyentlər üçün eyni nəticəni proqnozlaşdırmaq düzgün deyil.Onkoloji sahə...

02 Sentyabr 2026, 09:37

Xolesterindən qorxmaq lazımdırmı? 

Xolesterin haqqında danışarkən insanların əksəriyyətinin ağlına ilk növbədə damarların tutulması, infarkt və digər ürək-damar xəstəlikləri gəlir. Buna görə də bir çoxları xolesterini tamamilə zərərli və orqanizm üçün təhlükəli maddə hesab edir. Halbuki mütəxəssislərin fikrincə, xolesterinə yalnız “düşmən” kimi yanaşmaq düzgün deyil. Xolesterin insan orqanizminin normal fəaliyyəti üçün vacib olan əsas maddələrdən biridir və hüceyrələrin quruluşunda mühüm rol oynayır.Citypost.az-ın məlumatına görə, insan orqanizmindəki hüceyrələrin normal fəaliyyəti üçün xolesterin lazımdır. Bu maddə hüceyrə membranlarının tərkibində iştirak edir, bəzi hormonların yaranmasında mühüm rol oynayır və orqanizmdə bir sıra həyati bioloji proseslərin normal şəkildə davam etməsinə kömək edir. Cinsi hormonların və digər steroid hormonların...

02 Sentyabr 2026, 08:19

Göz zəifləməsi və kataraktaya qarşı lutein mənbəyi olan 5 tərəvəz

Göz sağlamlığının qorunması, yaşla bağlı katarakta, torlu qışanın degenerasiyası kimi ciddi görmə pozuntularının qarşısının alınmasında lutein maddəsi müstəsna rol oynayır. Güclü antioksidant xassəsinə malik bu karotinoid maddə gözün sarı ləkə nahiyəsində toplanaraq torlu qışanı günəşin zərərli ultrabənövşəyi şüalarından, telefon, kompüter ekranlarının mavi işığından müdafiə edir. Orqanizm luteini sərbəst şəkildə sintez edə bilmədiyi üçün görmə itiliyini saxlayan bu vacib maddəni gündəlik rasiona daxil edilən müəyyən tərəvəzlər hesabına almaq lazımdır.Citypost.az xəbər verir ki, lutein baxımından ən zəngin tərəvəzlərin başında tünd yaşıl yarpaqlı ispanaq gəlir. İspanaq tərkibindəki yüksək lutein, zeaksantin konsentrasiyası sayəsində göz hüceyrələrinin oksidləşdirici stresə məruz qalmasını əngəlləyir, kataraktanın yaranma riskini kəskin...

01 Sentyabr 2026, 21:17

Mədə-bağırsaq florasını bərpa edən təbii probiyotiklər və prebiyotiklər

Mədə-bağırsaq florası, yəni mikrobiom bədənimizin həzm prosesini tənzimləyən, immun sistemini gücləndirən, ümumi sağlamlığı qoruyan milyardlarla faydalı mikroorqanizmdən ibarətdir. Stres, keyfiyyətsiz bəslənmə, xüsusilə də nəzarətsiz antibiotik istifadəsi bu həssas balansı pozaraq zərərli bakteriyaların artmasına şərait yaradır. Bağırsaq mikrobiomunu bərpa etmək, faydalı bakteriyaların sayını artırmaq üçün rasiona təbii probiyotiklər, onları qidalandıran prebiyotiklərin daxil edilməsi müstəsna əhəmiyyət kəsb edir.Citypost.az xəbər verir ki, probiyotiklər canlı faydalı mikroorqanizmlərlə zəngin olan, həzm sisteminə doğrudan canlı bakteriyalar qazandıran fermentasiya olunmuş qidalardır. Ən zəngin təbii probiyotik mənbələrinə təbii üsulla hazırlanan qatıq, kefır, kəsmik, şoraba (xüsusən kələm turşusu) daxildir. Bu qidaların mütəmadi istehlakı bağırsaq divarını qoruyan faydalı laktobasil, bifidobakteriyaların...

01 Sentyabr 2026, 21:00

Qida allergiyası və Qida dözümsüzlüyü arasındakı fərq necə müəyyən edilir?

Qida allergiyası ilə qida dözümsüzlüyü (intolerans) tez-tez bir-biri ilə səhv salınan, lakin orqanizmdə tamamilə fərqli mexanizmlərlə baş verən iki ayrı sağlamlıq problemidir. Bu iki vəziyyəti fərqləndirən əsas amil reaksiyaya cavab verən daxili sistemdir. Qida allergiyası immun sisteminin müəyyən zülalları yad maddə kimi qəbul edərək kəskin müdafiə reaksiyası verməsidir. Qida dözümsüzlüyü isə doğrudan həzm sistemi ilə bağlıdır; orqanizmdə hər hansı qidanı parçalamaq üçün cavabdeh olan fermentlərin çatışmazlığı, yaxud kimyəvi maddələrə qarşı hassaslıq fonunda meydana çıxır.Citypost.az xəbər verir ki, iki pozuntu arasındakı fərq özünü simptomların təzahür etmə sürətində, ağırlıq dərəcəsində aydın göstərir. Qida allergiyası zamanı immun sistemi İgE antitelləri istehsal edir, reaksiya...

01 Sentyabr 2026, 19:12

Sümük əriməsinə (Osteoporoz) qarşı K2 və D3 vitamini ilə zəngin menyu

Osteoporoz sümük toxumasının sıxlığının azalması, sümüklərin kövrəkləşərək tez qırılan hala gəlməsi ilə səciyyələnən metabolik xəstəlikdir. Yaşlanma prosesi, hormonal dəyişikliklər sümük kütləsinin itirilməsini sürətləndirir. Bu patologiyanın qarşısını almaq, sümük sistemini möhkəmləndirmək üçün yalnız kalsium qəbul etmək kifayət etmir. Kalsiumun həzm sistemindən qana sorulması, oradan birbaşa sümük toxumasına yönləndirilməsi üçün D3, K2 vitaminlərinin birlikdə qəbul olunması müstəsna rol oynayır.Citypost.az xəbər verir ki, D3 vitamini qida vasitəsilə alınan kalsiumun bağırsaqlarda sorulmasını təmin edən əsas amildir. Lakin kalsiumun qandan damar divarlarına deyil, sırf sümüklərə toplanması üçün K2 vitamininə ehtiyac yaranır. K2 vitamini osteokalsin zülalını aktivləşdirərək kalsiumu sümük matrisinə bağlayır, yumşaq toxumalarda, damarlarda əhəngləşmənin qarşısını...

01 Sentyabr 2026, 18:43